"Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti"
Mayın
7-də Azərbaycan Milli
Kitabxanasında Ümummilli
lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət
Nazirliyi, YAP Səbail
rayon təşkilatı və
kitabxananın birgə
təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin həyatında
kitab və mütaliənin rolu" mövzusunda tədbir keçirilib.
Ulu Öndərə
həsr olunmuş guşənin önündə
təşkil olunan tədbir çərçivəsində
BDU-nun dosenti Rasim Süleymanovun "Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" kitabının
təqdimatı da olub.
Tədbiri giriş sözü
ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ulu öndər
Heydər Əliyev Azərbaycan xalqının
XX əsrdə yetişdirdiyi
ən güclü siyasi və dövlət xadimidir. Bu böyük şəxsiyyətin
irsi xalqımızın
milli sərvətidir.
Kərim
Tahirov çıxışında
Ümummilli Liderin Milli Kitabxanaya gəlməsindən, öz
şəxsi kitabxanasından
300-dən çox kitabı
kitabxanaya bağışlamasından,
Ulu Öndərin gənclərin mütaliəsinə
böyük dəyər
yetirməsindən geniş
söz açıb.
Ulu öndər
Heydər Əliyevi Azərbaycan xalqının
böyük oğlu kimi xarakterizə edən Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Ümummilli
Lider çox zəngin bir ömür yolu keçib. O, hər zaman vətəni Azərbaycanı, onun inkişafını düşünüb
və bu yolda ömrünü şam kimi əridib.
Məhz onun nəticəsidir ki, bu gün
hər bir azərbaycanlı onu böyük hörmət və ehtiramla anır.
Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid, BDU-nun Kitabşünaslıq
və nəşriyyat
işləri kafedrasının
dosenti, "Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" kitabının
müəllifi Rasim Süleymanov çıxış
edərək ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı
misilsiz xidmətlərindən
danışıblar.
525-ci qəzet.- 2021.- 8 may.- S.7.