Sənə səni yazıram
Sənə səni yazıram
ürəyimin qanıyla,
Sənə səni yazıram qəlbimin fərmanıyla.
Misra-misra
düzülür, fikir-fikir
uçuram,
Səsim də çatmır sənə, xəyalını
qucuram.
Səni
yazıram sənə,
göyün yeddi qatında,
Duyğularım dil açır ruhumun qanadında.
Qətrə-qətrə qəlbimə, varlığıma hopursan
Sənə səni yazandan ruhum uçubdu candan.
Yollar yoluna çıxmır, ucu itib kələfin
Söz Tanrı
dərgahında, ona yetməksə çətin.
Sənə səni yazmağa
söz arayıb gəzirəm,
Söz qəlbimdə
gül açır, sənin üçün üzürəm.
Canım
candan aralı can qalmayıb canımda,
Əski dəyirman kimi hey dönüb fırlanım
da.
Ruhum rahatlıq tapır təkcə
sənin yanında
Sənə səni yazmaqdır dinim də, imanım da.
Sənli dünya
Tək səni görməkçün
gəlmiş olsaydım,
Yenə də sanardım gözəldi dünya.
Gülən gözlərində sevgi
duysaydım,
Onda inanardım
düzəldi dünya.
Ürkək baxışların könül
haləsi,
Allanmış yanağın bahar laləsi,
İçimdə kükrəyir dağ şəlaləsi.
Sən varsan deyə, gözəldi dünya.
Hüsnünü öyməyə söz
aciz qalıb,
Yoluna dikilən göz aciz qalıb,
Yaşıl çəmənlərdə iz aciz qalıb,
Hələ yazılmamış qəzəldi
dünya.
Qınama,
yaşın da kövrək
vaxtıdı,
Son baharda açan çiçək vaxtıdı,
Taleyə nə deyim, sevmək vaxtıdı?
Əl-əldən üzülsə, sozaldı
dünya.
Bu bahar
Bu bahar gecikdi qaranquşlar
da
Yuvasın qurmağa budaq tapmadı.
Həsrət puçurladı baxışlarımda,
Bircə yolluq muradına çatmadı.
Kolun bənövşəsi, çölün
laləsi,
Dağın bulaq suyu, gur şəlaləsi,
Sübhdən havalanan kəkliyin
səsi
Yal-yamacı yuxudan oyatmadı.
Qartalsız qayanın özü
qıy çəkir,
Vətən sarı baxan gözüm yol çəkir.
Dağlarsız ömrümə min bir
dərd çökür,
Dünya cənnət olsa qəlbə yatmadı.
Sənə bu ürəyi necə qaytarım
Sənə bu ürəyi necə qaytarım,
Onu zaman yorub, illər yıpradıb.
Gənclik qaynarlığım ayazıyıbdı,
Başımdan sevdanı yellər aparıb.
İllər həsrət qoydu
o doğma yurda,
Vətən nalə çəkdi qalanda darda.
Ruhum çarmıxdadı
bu çal-çağırda
Dərdim gözlərimdən
sellər aparıb.
Lətif ŞÜKÜROĞLU
525-ci qəzet.- 2021.-
8 may.- S. 15.