Faşizm üzərində
qələbənın iştirakçısı
Son illər tez-tez görüşdüyüm dostlarımdan
biri də ölkəmizin tanınmış
hüquqşünası, dəyərli
ziyalımız, professor
Habil Qurbanovdur.
Habil müəllim
ağdamlıdır. Ağdamın
hörmətli ziyalılarından
biri, hər kəsin sayğı duyduğu, İkinci Dünya müharibəsində
böyük ad-san qazanmış rəhmətlik
Surxay müəllimin oğludur. Biz onunla
44 günlük İkinci
Qarabağ müharibəsinin
hər gününü
həyəcanla izləyir,
tez-tez müharibənin
gedişini müzakirə
edirdik. Hər söhbətimizdə, onun gözlərinin necə yol çəkdiyini,
üzündə dolaşan
ümid işıqlarının
necə ötüşdüyünü
görürdüm. Qarabağ hər
bir azərbaycanlı üçün əzizdir.
Amma uşaqlığı
o torpaqda keçənlər,
o torpağın nəvazişi
ilə böyüyənlər,
əzizlərinin məzarları
o torpaqda uyuyanlar üçünsə bu torpaqların başqa bir müqəddəsliyi, başqa bir doğmalığı da var. Habil
müəllim üçün
də Qarabağın,
xüsusi ilə Ağdamın başqa bir sirri, sehri
var...
Ötən ilin 10 noyabrında, müharibə dayananda telefonla zəng edib təbrik etdiyim qarabağlı dostlarımdan biri də Habil müəllim
idi. Bir gün sonra
yenə görüşdük.
Bu dəfə Qarabağı, Ağdamı
qaytarmağımızdan aldığımız
sevinci bölüşə-bölüşə,
ötənləri xatırladıq,
o torpaq üçün
nələr edə biləcəyimizi müzakirə
elədik.
Söhbət tez-tez olduğu
kimi, yenə Surxay müəllimdən düşdü. Təkcə
Habil müəllimin atası kimi yox, həm də
bir el ağsaqqalı,
İkinci Dünya müharibəsinin qəhrəmanı
kimi (Mən Surxay müəllimi görmüşdüm
- bir vaxtlar onun rəhbərlik etdiyi Ağdam 3 saylı orta məktəbdə olmuşam
və bu nurlu, gözəl insanla yaxından söhbət etmişik). Bir vədə faşizm üzərində
qələbə çalmaqda
böyük şücaət
göstərmiş bir
igidin, faşizmdən
daha murdar bir fəlsəfənin zülmü qarşısında
heç nə edə bilməyən məzarını xatırlayan
Habil müəllim çox kövrəldi...
Sanki inləyərək, qəhər
içində o məzarların
vəhşi vandallar tərəfindən necə
dağıdıldığından, şumlandığından danışdı...
Bu dəhşətli hadisəni eşidəndə
mən də sarsıldım. Amma ona toxtaqlıq verməyə çalışdım. Dedim
ki, indi o məzarlarda dəfn olunmuş insanların ruhu da sevinir. Tezliklə öz doğmalarını öz
torpaqlarında görəcəklərini
hiss edirlər.
Ötən həftə Surxay müəllimi yenə yada saldıq. 9 may qələbə
bayramında azərbaycanlıların
da nə qədər böyük payı olduğundan danışdıq.
Bir vaxtlar Surxay müəllimin uğrunda özünü
fəda elədiyi ölkənin, çiyin-çiyinə
vuruşduğu insanların
nəvə-nəticələrinin Qarabağın başına
açdığı ağlasığmaz oyunları
lənətlədik.
Surxay müəllim
1941-ci ildə müharibə
başlayan gündən
cəbhəyə yollanmış,
1945-ci ilin avqust ayına kimi bu müharibədə iştirak edib. Müharibənin getdiyi ən qaynar ərazilərdə bir cəsur əsgər, zabit kimi ad-san qazanıb. Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna cəbhələrində
vuruşub. Əfsanəvi "Kiçik torpaq"da ən dəhşətli döyüş zonasında
başına mərmilər
yağa-yağa mübarizə
aparıb. Bir qəhrəman
pulemyotçu kimi böyük şöhrət
qazanıb. Düşmənin
yüzdən artıq
əsgərini məhv
etdiyi amansız bir döyüş zamanı pulemyotunun qalxanı deşik-deşik
olub və bu pulemyot indi
"kiçik zabit Qurbanovun pulemyotu" qeydi ilə İkinci Dünya müharibəsinin
rəşadətini əks
etdirən muzeydə saxlanılır.
O, öz pulemyotu
ilə düşmənin
onlarla təyyarəsini,
yüzlərlə əsgərini
məhv edib. Göstərdiyi böyük qəhramanlığına
görə onun sənədləri "Sovet
İttifaqı Qəhrəmanı"
adı almaq üçün təqdim
edilib. Bu adı almasında ona maneçiliklər törənsə
də, hər bir döyüşçünün
fəxr etdiyi "Qırmızı ulduz",
"Birinci dərəcəli
Vətən nüharibəsi"
ordenləri, "İgidliyə
görə" medalı
ilə təltif olunub. Ümumittifaq səviyyədə tanınan döyüşçülərdən
biri olub.
Üç dəfə ağır yaralanıb. Hər dəfə müalicə aldıqdan sonra yenidən cəbhəyə
yollanıb. Onun qələmə aldığı
"Bir əsgərin
döyüş yolu" adlı
gündəliyi oxuyanlar
hər səhifədə
onun, eyni zamanda, xalqımızın
necə gözəl xüsusiyyətləri olduğuna
bir daha şahid olduqlarını deyirlər.
Müharibə bitdikdən sonra bir qəhrəman kimi Ağdama qayıdan Surxay Qurbanov əvvəl yarımçıq qoyub cəbhəyə yollandığı
müəllimliyini davam
etdirib. Sonralar partiya işinə
irəli çəkilib,
hüquq ixtisası üzrə əlavə təhsil alıb, prokurorluq sistemində, insanların rəğbətini
qazanan ədalətli bir insan kimi
fəaliyyət göstərib.
1954-cü ildən ömrünün sonuna -
1977-ci ilə qədər
Ağdamda 3 saylı məktəbin direktoru olub. Təhsil sahəsindəki uğurlu
fəaliyyətinə görə
"Əməkdar müəllim"
və "Qabaqcıl
maarif xadimi" adlarına
layiq görülüb. O, nümunəvi
bir ziyalı, ailə başçısı
olub, vətəni üçün layiqli xidmət göstərən
7 övlad yetişdirib.
Surxay Qurbanovun böyük rəşadət göstərdiyi
İkinci Dünya müharibəsi həm də faşizm ideyasının nə qədər dəhşətli, dünyanın
nizamı, ahəngi, tərəqqisi üçün
böyük bəla olduğunu göstərən
bir hadisədir. Birinci Dünya müharibəsindən sonra,
əvvəlcə İtaliyada yaranan, sonradan Almaniyada daha sürətlə yayılan bu ideya, bu cərəyan ötən əsrin otuzuncu illərində artıq bütün Avropanı bürümüşdü. 1936-cı
ildə artıq 20 Avropa ölkəsində
49 faşist təşkilatı
fəaliyyət göstərirdi.
Ayrıca
bir xalqın qanının, irqinin başqalarından daha təmiz, daha ali, daha
müqəddəs olduğunu,
bununla da onların yer üzündə daha çox imtiyazlara malik olduğunu, bu imtiyazlar uğrunda
başqa xalqlara hər cür zülm verməyə haqqı olduğunu iddia edən bu ideya olduqca
dağıdıcı xarakter
daşıyır. İstər fəlsəfi,
istər dini, istərsə də insani baxımından tamamilə səhv, zərərli, təhlükəli
olan faşizm ötən əsrin əvvəllərində Avropa
cəmiyyətinin əhval-ruhiyyəsinin
mahiyyətindən doğan
qorxunc bir hərakat idi. İqtisadiyyatda,
elmdə, mədəniyyətdə,
siyasətdə ciddi uğurlar qazanan avropalılarda
özlərinin fövqalədə,
seçilmiş xalqlar
olduğu illüziyası
yaranmışdı. Amerikada
üç milyondan artıq hindunu qarışqa kimi qıran, başqa qitələrdəki əksər
ölkələri böyük
qırğınlarla işğal
edib müstəmləkəyə
alan, yaxud özündən asılı
vəziyyətə salan
avropalılarda özlərindən
müştəbehlik, maddiyyatçılıq, hərislik,
fürsətcillik hissləri
xeyli inkişaf etmişdi. Humanist, mənəvi,
insanlığın, cəmiyyətin
mahiyyətindən doğan
tələbləri lazımi
qədər nəzərə
ala bilməyən, əsasən rasionalist və praqmatik dəyərlərə əsaslanan
dünyagörüşündəki birtərəflilik, yarımçıqlıq,
naqislik nəticəsində
iblisanə bir nəfəslə ortaya gələn faşizm tez bir zamanda
bir çox ölkələri başdan-başa
qana bürümüşdü.
1941-ci ildə SSRİ-yə hücum edən Almaniyanın da əsas məqsədi bu ölkənin maddi resurslarından istifadə edərək bütün yer üzünü öz əsarəti altına almaq, bütün ölkələrin almanların
aliliyini təsdiq edən faşizm ideyasına baş əyməsinə nail olmaq
idi.
1945-ci ildə faşizm
ideyasını yayanlar
darmadağın oldu. Amma təəssüf
ki, bu mənfur
bəlanın kökü
kəsilmədi. Onun yer üzünə səpələnmiş
tör-töküntüləri müxtəlif şəkildə
hələ də baş qaldırmaqdadır.
Təsadüfi deyil ki, ermənilərin əksəriyyətinin
milli qəhrəman hesab etdikləri ideoloqları Q.Njde bir zamanlar faşistlərə
qoşulmuş, minlərlə
insanın məhvinə
səbəb olmuşdur. İndi yer üzü faşizmin doğma qardaşı, iyrənc övladı, Njde zəhəri ilə zəhərlənmiş olan
erməniçiliklə üz-üzədir.
Erməniçilik nümayəndələri faşistlərdən daha qorxunc ideyalarla qonşu xalqların başına bir bəla olub.
İndi erməniçiliyi müdafiə
edən şəxslər, iş adamları,
siyasətçilər, ölkə
başçıları bir
başa faşizmə, faşizmin modifakisiya olunmuş daha qorxunc bir
növünə dəstək
verməkdədirlər. Faşizm
də, onun daha təhlükəli forması olan erməniçilik də ancaq və ancaq
yer üzündə qan
burulğanlarının yaranmasına
xidmət edir.
9 may Qələbə günü
həm də bizim Surxay Qurbanov
kimi igid övladlarımızın qalibiyyət
günüdür. 8 noyabr
qələbə gününü
xalqımıza bəxş
edən insanların babalarının faşizm
üzərindəki qələbə
bayramıdır. İnşallah
erməniçilik
üzərində də
tam qələbə çalaçağıq!
Əhməd QƏŞƏMOĞLU
525-ci qəzet.- 2021.- 9 may.- S.11.