Nizami Gəncəvi
və Yunus Əmrə haqqında tamaşa göstərilib
Mayın
7-də Beynəlxalq Muğam
Mərkəzində Bakıdakı
Yunus Əmrə İnstitutunun təqdimatında
"Nizamidən Yunusa:
Birlik ilə baxmaq" adlı səhnə əsəri nümayiş edilib.
AZƏRTAC
xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə nümayiş edilən səhnə əsəri bu ilin ölkəmizdə
"Nizami Gəncəvi
ili" və qardaş ölkədə
"Bizim Yunus ili" elan edilməsi münasibətilə
hazırlanıb.
İki hissədən
ibarət tamaşanın
birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə ithaf edilib.
Səhnə əsərində rolları
Rufiz Quluzadə, Nuranə Tağıyeva, Canəli Canəliyev, Aida Bəşirova, Almaz Həsənzadə, Sənan
Muxtarov və Ədilə Əliyeva ifa edib.
Layihənin rəhbəri, tamaşanın
ssenari müəllifi,
Azərbaycanda və Türkiyədə tanınan
rəssam Günay Zebicdir (Mehdizadə), quruluşçu rejissoru Hicran Sadıqzadə, musiqi və səs rejissoru Ülviyyə Vəlizadə,
səhnə tərtibatçısı
Elman Əliyevdir.
Qeyd edək
ki, bu il Nizami Gəncəvinin 880 illiyi münasibətilə
ölkəmizdə, Yunus Əmrənin vəfatının 700
illiyi münasibətilə isə qardaş ölkədə
silsilə tədbirlər təşkil keçirilir.
525-ci qəzet.- 2021.- 9 may.- S.12.