"Xarıbülbül" festivalı Fransa İtaliya mediasında

 

"Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" beynəlxalq musiqi festivalı keçirilib hər il belə festival keçiriləcək. Festivalda İordaniya, İsrail, İraq, Estoniya, Latviya, Mərakeş, Niderland, Türkiyə, Ukrayna, Yunanıstan kimi 13 ölkədən mədəniyyət nümayəndələri iştirak edib. Həmçinin, Şuşa ISESCO tərəfindən "İslam Mədəniyyətinin paytaxtı" elan edilib".

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın "Musulmansenfrance" portalında dərc olunmuş "Azərbaycan - incəsənət istedadlar məkanı" adlı məqaləsində yer alıb.

 

Kristian Ponsölenin Bakıya səfərı zamanı söylədiyi "Bu gün şəxsən Prezident İlham Əliyevin istəyi sayəsində Patrik-Jil Persin kimi nüfuzlu tələbkar ekspert tərəfindən tərtib edilmiş Azərbaycan rəssamlarının seçilmiş möhtəşəm əsərləri ilə tanış olmaqdan, eləcə bu gözəl ölkəyə səfərdən məmnunuq" fikri ilə başlayan məqalədə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat verilib.

 

Bildirilib ki, əsrlər boyu mədəniyyətlərin, elm incəsənətdən qidalanan qədim irsin beşiyi olan Azərbaycan sivilizasiyaların birləşdiyi məkanda yerləşir. Əsrlər boyu çoxsaylı icmaların nümayəndələrinin birgə yaşadığı bu məkanda ensiklopedik biliklərə istedada sahib yeni nəsillər yetişib.

 

Məqalədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın aşıq sənəti haqqında ətraflı məlumat verilib. Bu sənətin milli kimliyin, dili, ədəbiyyatı, mədəniyyəti musiqini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verdiyi qeyd edilib.

 

Azərbaycan ədəbiyyatından söz açılaraq, Dədə Qorqud dastanı, eləcə İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi Azərbaycan mütəfəkkirlərindən, dahi şairlərindən danışılıb.

 

Həmçinin Azərbaycanın musiqi opera məktəblərindən söz açılaraq, ənənəvi muğam musiqisi, caz-muğam musiqisinin təsisçisi Vaqif Mustafazadə haqqında ətraflı məlumat verilib.

 

Azərbaycanın musiqi məkanı olduğu qeyd edilərək, Qəbələ Musiqi Festivalı, "Muğam dünyası", "İpək Yolu" beynəlxalq musiqi festivalları haqqında danışılıb. Tanınmış kinematoqraflarımız beynəlxalq film festivallarında uğur qazanmış filmlərdən yazılıb.

 

Azərbaycan rəssam fotoqraflarından bəhs olunan məqalədə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun uğurlarına, müxtəlif beynəlxalq fotomüsabiqələrdə birincilik qazanmasına da yer ayrılıb.

 

İtaliya mediası da "Xarıbülbül" festivalına diqqət ayırıb. "Giornale Diplomatico", "Agenzia Nova", "KmetroO" kimi kütləvi informasiya vasitələrində mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "Xarıbülbül" musiqi festivalına həsr olunmuş məqalələr dərc olunub.

 

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə festivalın 32 ildən sonra ilk dəfə qədim mədəniyyət beşiyi Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutduğu qeyd edilib.

 

Məqalələrdə bildirilib ki, festivalın açılışında çıxış edən Prezident İlham Əliyev festivalın əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbirsizliklə gözlədiyini nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident vurğulayıb ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri var. "Bu, hamımızın qələbəsidir", - deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

İtaliya mətbuatı festivalın Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb: "Tədbirdə Azərbaycanda yaşayan bütün xalqlardan olan sənət adamları iştirak ediblər. "Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur".

 

Prezident İlham Əliyev Şuşanın tarixindən danışıb. "Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar", - deyə o bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

 

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Bu, "Azərbaycan musiqisində multikulturalizm" şüarı ilə baş tutub. Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifaları nümayiş olunub.

 

Festivalın ilk gününə Xalq artisti Polad Bülbüloğlu öz bəstəsi olan "Azərbaycan - Odlar yurdum" "Şən Azərbaycan" mahnılarını ifa edərək yekun vurub.

 

"Festival çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Əbədi imzalar" adlı layihə təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri ilk dəfə olaraq blok şəklində dərc edilib. Bu topluya daxil edilmiş bir çox əsər ilk dəfədir ki, işıq üzü görür. Bu işlərin icrası ilə layihəyə Heydər Əliyev Fondu tərəfindən cəlb edilmiş mütəxəssislər məşğul olub... Bu toplu Azərbaycan musiqi ənənələrini, Azərbaycan bəstəkarlarının əsərlərini qorumaq yeni nəsillər üçün təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. "Əbədi imzalar" layihəsi çərçivəsində digər görkəmli bəstəkarların əsərlərinin təqdim olunması nəzər.

 

 

525-ci qəzet.- 2021.- 17 may.- S.9.