Azərbaycan xalçaları
Xorvatiyada nümayiş
etdirilib
Azərbaycanın
Xorvatiyadakı səfirliyinin təşkilatçılığı
və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi
Nikola Şubiç Zrinski meydanında "Azərbaycan
xalçaları" adlı sərginin rəsmi
açılışı olub.
AZƏRTAC
xəbər verir ki, sərgidə Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax və digər
Azərbaycan xalçaçılıq
məktəblərinə məxsus
xalçaların yüksəkkeyfiyyətli
şəkilləri xüsusi
işıqlandırma ilə
yerli sakinlərin və qonaqların gəzinti üçün
sevdikləri məkanda
nümayiş edilib.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış
mərasimindəki çıxışında
qeyd edib ki, xalçaçılıq
sənəti Azərbaycan
mədəniyyətinin bir
parçasıdır və
hazırkı sərgi
iki həftə ərzində Zaqrebdə nümayiş olunacaq.
Səfir bildirib ki, Azərbaycan
qədim xalçaçılıq
sənətinin yarandığı
dünya mərkəzlərindən
biri olmuş və xalçaçılıq
Azərbaycan xalqının
zəngin mənəvi
dünyasını, dünyagörüşünü,
dini inancını və həyat fəlsəfəsini əks
etdirib. Müxtəlif naxış elementləri
və təsvirlərlə
bəzədilən xovlu
və xovsuz xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri
barədə qonaqlara məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan
xalçaları 2010-cu ilin
noyabrında UNESCO-nun "Qeyri-maddi
Mədəni İrs"
siyahısına salınmış
və Azərbaycan el sənətkarlarının yaratdıqları
xalça sənəti
inciləri yüzilliklər
boyu dünyanın bir çox muzeylərini, o cümlədən
Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun
Ermitaj, Parisin Luvr muzeylərini bəzəyib.
Tədbirdə Xorvatiyanın sabiq Prezidenti S.Mesiç, Parlamentin üzvü V.Kaytazi, Xorvatiya Respublikasında akkreditə
olunmuş diplomatik korpus, Xorvatiya-Azərbaycan
Dostluq Cəmiyyətinin
üzvləri və ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
525-ci qəzet.-
2021.- 17 may.- S.-9.