Osloda Azərbaycan-Norveç
əlaqələrinə aid
sərgi təşkil
edilib
Norveçin paytaxtı Oslonun,
Aker Brygge bulvarında,
Azərbaycanla Norveç
əlaqələrinə və
Ümummilli lider Heydər Əliyevlə dünya şöhrətli
Norveç alimi və səyyahı Tur Heyerdal arasında
dostluq münasibətlərinə
həsr edilən
"Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf
et" adlı sərgi
açılıb.
AZƏRTAC
xəbər verir ki, Norveçdə fəaliyyət göstərən
"CAN" təşkilatının təşəbbüsü və
Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə
reallaşan sərginin
açılış mərasimində
mövcud pandemiya qaydalarına əsasən
Türkiyənin Norveçdəki
səfiri Fazlı Çorman, Qazaxıstan səfirliyinin məsləhətçisi
Talgat M. Zhumqalov, Tur Heyrdal institutunun
baş müşaviri
Beate Björge,
"Reaching Out" təşkilatın sədri Neha İkram və diasporumuzun fəalları iştirak ediblər.
Türkiyənin Norveçdəki səfiri
Fazlı Çorman mərasimin açılışında
çıxış edərək
"CAN" təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs
münasibətilə təbrik
edib. Ümummilli lider Heydər
Əliyevin "İki
dövlət, tək millət" ifadəsini yada salan diplomat, Azərbaycan və Türkiyə dostluğunun,
tarixi və mədəni əsasları
barədə söz açıb. Azərbaycan Türk
icmasının, xüsusilə
CAN təşkilatının Norveçdə aktivliyini qeyd edən səfir, həyata keçirilən layihələri
yüksək qiymətləndirib.
Daha sonra "CAN" təşkilatın
sədri Şervin Nəcəfpur rəhbərlik
etdiyi təşkilatın
fəaliyyəti, yeni sərginin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, bu
sərgi həm də Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal
və Heydər Əliyevin əlaqələrindən,
ölkələrimizi birləşdirən
ümumi dəyərlər
barəsində bəhs
edir.
Sonra çıxış
edən Tur Heyerdal İnstitutun baş məsləhətçisi
Beate Björgə Tur Heyerdalın ölkəmizə bağlılığı
və ümummilli lider Heydər Əliyevlə dostluq münasibəti barədə
söz açıb.
Öz növbəsində
norveçli fotoqraf və art-direktor Edmond Yang Azərbaycana
səfəri barədə
xatirələrini bölüşərək
deyib: "Bu gün biz Norveçlə
Azərbaycanın mədəniyyətini
bir araya gətirməyə çalışdıq,
çünki bizi birləşdirən dəyərləri
axtarıb tapmağı
sevirik. Azərbaycana ilk dəfə gələndə bu ölkə məni çox heyrətləndirdi.
İnsanların doğma
münasibəti, qonaqpərvərliyi,
Azərbaycanın yemək
mədəniyyəti ürəyimizi
isitdi". Edmond Yang bildirib ki,
bu gün Azərbaycan Avropada aşkarlanmasını gözləyən
gizli bir incidir və məhz bu səbəbdən
belə sərgilərin
keçirilm
525-ci qəzet.- 2021.- 18 may.- S.9.