"Yeddi gözəl"in şərhi ilə bağlı ikicildlik elmi monoqrafiya çıxıb

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisinin şərhi ilə bağlı ikicildlik elmi monoqrafiyası çap olunub.

 

AZƏRTAC xəbər verir ki, 1200 səhifəlik bu iki monoqrafiyada Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisində olan "Mərhəmətli Rəhimli Allahın adı ilə", "Kərim (Əkrəm) Peyğəmbər haqqında", "Kitabın yazılma səbəbi", "Səadətli padşah Əlaəddin Körpə Arslana dua", "Şaha təzim xitabı", "Sözə sitayiş, tövsiyə nəsihət", "Oğlum Məhəmmədə nəsihət", "Bəhramın dastanının başlanğıcı", "Simnarın siması Xəvərnəq qəsrinin tikilməsi", "Xəvərnəqin tərifi Nemanın yoxa çıxması", "Bəhramın ova çıxması gurları dağlaması", "Bəhramın bir oxla şir guru öldürməsi", "Bəhramın əjdahanı öldürməsi xəzinə tapması", "Bəhramın Xəvərnəqdə yeddi gözəlin şəklini görməsi", "Atasının vəfatından Bəhramın xəbər tutması", "Bəhramın İrana qoşun çəkməsi", "Sözün başlanğıcı", "İran padşahının Bəhram Gura məktubu", "Bəhramın iranlılara cavabı" adlı bölmələr beyt-beyt şərh olunub.

 

 

525-ci qəzet.- 2021.- 18 may.- S.9.