"Bizdən kim usanası..."
Yunus Əmrə
üçün
Dilində
min irmağın mini min dürlü axar,
Ərmiş dediyin kimsə minində yuyunası.
Qayalardan
süd sağar, dağlardan bal süzərsən,
Nə südün kəsiləsi, nə balın tükənəsi.
Göy
mavi isə - səndən, yer əsmər isə - səndən,
Rənginə hər baharda çiçəklər
bürünəsi.
Sözün
insan oğlunun dilindən düşməyəsi,
Sularca, rüzgarlarca, quşlarca oxunası.
Könlündəki
otağı qapısı açıq durar,
Tütünün həp tütəsi, ocağın həp
yanası.
Mehmet Aycı
Tərcümə:
Aygün ƏLƏKBƏRZADƏ
525-ci qəzet.- 2021.- 22 may. S. 10.