Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb

 

 

 

"TURQUİE NEWS": “ERMƏNİLƏR QARABAĞDA AZƏRBAYCANIN TARİXİ ABİDƏLƏRİNİ DAĞIDIBLAR”

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az  saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın "Turquie-news.com" xəbər portalında "Ermənilər Qarabağda Azərbaycanın tarixi abidələrini dağıdıblar, "Xarıbülbül" - Şuşa Azərbaycan ruhunu qoruya bildi" (Les armeniens ont detruit les monuments historiques de l'Azerbaidjan au Karabakh, " Kharybulbul" - Choucha a pu preserver l'esprit azerbaidjanais ) sərlövhəli məqaləsi yayımlanıb.

 

Məqalədə ermənilərin təxminən 30 ilə yaxın müddətdə Qarabağdakı bütün tarixi, mədəni, dini abidələri dağıtdıqları, Azərbaycan tarixini silməyə çalışdırqları bildirilir. Müəlif yazır ki, şəhərlər, kəndlər, qəbiristanlıqlar tamamilə yerlə yeksan edilib, ermənilər Azərbaycanın maddi mədəniyyət abidələrini vəhşicəsinə dağıdıblar.

 

Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli "Azərbaycan Respublikasının azad edilmiş ərazilərində xüsusi müvəqqəti idarəetmənin təşkili haqqında" fərmanına diqqət çəkən jurnalist Mədəniyyət Nazirliyinin nümayəndələrinin ərazilərdəki abidələrin mədəniyyət müəssisələrinin monitorinqini apardıqlarını sarsıdıcı nəticələr əldə olunduğunu yazır. Müəllif təəssüflə yazır ki, son 30 ildə beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları tərəfindən heç bir faktaraşdırıcı missiya həyata keçirilməyib.

 

Qarabağdakı məscid ibadətgahlar nəinki dağıdılıb, əksər hallarda Azərbaycan xalqının milli mənəvi dəyərləri təhqir edilib. Müəllif dağıdılmış bir sıra məscidləri sadalayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi siyahıya əsasən, işğal olunmuş ərazilərdə 403-ə yaxın tarixi dini abidə olduğunu,  onlardan 67-nin məscid, 144-nün məbəd 192-nin ziyarətgah olduğunu bildirib. O vurğulayıb ki, Ermənistan Respublikası azərbaycanlılara qarşı nifrətini ev heyvanlarını, o cümlədən, donuzları məscidlərin içərisində saxlayaraq nümayiş etdirdi. "İşğal olunmuş ərazilərin zəngin mədəni irsinə, eləcə xüsusi əhəmiyyət daşıyan misilsiz abidələrə bu cür münasibət Ümumdünya İrsi üçün təhlükə yaradır", - deyə jurnalist yazır.

 

Eyni zamanda, müəllif bildirir ki, Ermənistanın vandalizmi özünü yalnız müsəlman tarixi dini abidələrində deyil, həm xristian tarixi dini abidələrində büruzə verib. Kəlbəcər bölgəsindəki Xudavəng Gəncasar monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədin ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsi dağıdılmasına diqqət çəkən Zeynab Kazımova aparılan qanunsuz təmir işləri nəticəsində bu abidələrin qədim görünüşünün zədələndiyini qeyd edir. Jurnalist bildirir ki, ermənilərin əsas məkrli niyyətlərindən biri Azərbaycan ərazilərində olan Qafqazdakı alban irsini ələ keçirmək olub.

 

"Keçən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə görə, ermənilər Kəlbəcəri 25 noyabr tarixinə qədər təhvil verməli idilər. Ancaq bu dövrdə ermənilər tarixi abidələrə zərər verməyə davam etdilər. Xudavəng monastırı da bu vandalizmin qurbanı oldu. Beləliklə, ermənilər zəngləri, xaçları digər qiymətli əşyaları monastırdan qanunsuz olaraq çıxarıb Ermənistana apardılar" - müəllif yazır.

 

Ermənistanın Şuşadakı Gövhər ağa məscidinin tarixini "bərpa" adı altında saxtalaşdırdığını qeyd edən müəllif ermənilərin törətdikləri bu vəhşiliklərin "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il Protokolunun 1992-ci il Avropa Arxeoloji İrsin Qorunması Konvensiyasının tələblərini pozduğunu diqqətə çatdırıb.

 

Ermənistandan fərqli olaraq, Azərbaycanın əsrlər boyu müxtəlif mədəni dini irs ibadət yerlərini qoruyub saxladığını bildirən Zeynab Kazımova yazır ki, bunlar Azərbaycanın çoxmədəniyyətli dini tərkibinin, həmçinin tarixinin ayrılmaz hissəsidir. Buraya müxtəliflik, multikulturalizm, tolerantlıq dialoq dəyərləri daxildir.

 

Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tezliklə bütün tarixi mədəniyyət abidələrinin bərpa ediləcəyi genişmiqyaslı tikinti işlərinə başlayacağını qeyd edən müəllif Prezident İlham Əliyevin 12-13 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə onun təşəbbüsü Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan "Xarıbülbül" musiqi festivalında dediyi fikirlərə iqtibas edərək yazır ki, ermənilər cəhd etdilər, amma Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

 

525-ci qəzet.- 2021.- 20 may.- S.5.