"Xarıbülbül"
musiqi festivalı
Moldova mediasında
Moldovanın nüfuzlu "Ava.md" xəbər
portallarında Şuşanın
Cıdır düzündə
keçirilən "Xarıbülbül"
musiqi festivalı barədə məqalə
dərc edilib.
AZƏRTAC xəbər verir ki, moldovalı
jurnalist Şokina Yekaterinanın müəllifi
olduğu məqalədə
Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilməsi, uzun fasilədən sonra orada "Xarıbülbül" festivalının
keçirilməsinə dair
fikirləri yer alıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz Şuşanı işğaldan azad edib. "Azərbaycanın
mirvarisi" hesab edilən Şuşa
mədəniyyət paytaxtı
elan edilib və 30 ildən sonra orada "Xarıbülbül" festivalı
keçirilib. "Xarıbülbül" festivalının
tarixi haqqında geniş məlumat verən müəllif ilk festivalın 1989-cu ildə
keçirildiyini qeyd edib. Lakin 1992-ci ildən ermənilərin
işğalçılıq siyasəti nəticəsində
"Xarıbülbül" festivalı keçirilmirdi.
Nəhayət ki, 2021-ci ildən
yenidən bu beynəlxalq musiqi festivalı keçirilməyə
başlandı.
Festivalda Azərbaycanda
yaşayan müxtəlif
xalqların musiqi nömrələri dinlənilib.
Konsertdə Azərbaycan
xalqının Ümummilli
lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında
söylədiyi "Arzu
edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər
bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin
rəmzidir. Şuşa
hamı üçün
əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,
Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin
o bulaqları, Kəlbəcərin
o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərini
və Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin
2020-ci il noyabrın
8-də işğaldan azad
edildiyi gün xalqımıza müraciətində
dediyi "Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu,
böyük Qələbədir!
Şəhidlərimizin, Ulu
öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz
aydın olsun dünya azərbaycanlıları!
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
sözlərini əks
etdirən videoçarx
təqdim edilib.
525-ci qəzet.-
2021.- 20 may.- S.7.