Şərqşünaslıq İnstitutunda Atatürklə
bağlı elmi konfrans olub
Mayın 18-də
AMEA-da böyük siyasi
və hərbi xadim, Türkiyə Cümhuriyyətinin qurucusu
və ilk Prezidenti, Qazi Mustafa Kamal Atatürkün
140 illik yubileyinə həsr olunan "Mustafa
Kamal Atatürk - Türk dünyasının
böyük öndəri"
mövzulu elmi konfrans keçirilib.
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun
təşkilatçılığı ilə, AMEA-nın əsas binasının kiçik akt zalında gerçəkləşən
tədbiri giriş sözü ilə açan Akademiyanın vitse-prezidenti, akademik
İsa Həbibbəyli Azərbaycan
və Türkiyə arasında münasibətlərin
ən yüksək səviyyədə olduğunu
söyləyərək, bu
konfransı da dostluğun,
qardaşlığın, işbirliyinin
təzahürü kimi
dəyərləndirib. Mustafa
Kamal Atatürk haqqında fikirlərini
bölüşən İ.Həbibbəyli
onun dünya ölkələri liderləri
arasında xüsusi yerinin olduğunu vurğulayıb, türk xalqının onun ətrafında birləşərək
xarici işğalçıları
ölkədən qovduğunu
deyib. Mustafa Kamal Atatürkü istiqlal savaşının ən böyük qəhrəmanı
adlandıran İ.Həbibbəyli
onun həm də dövlətin ideoloji əsasını qurduğunu, Türkiyənin
Atatürkün yolu ilə gedərək dünya dövlətləri
arasında öz layiqli yerini tutduğunu bildirib. İ.Həbibbəyli Türkiyənin Azərbaycan
üçün qardaş
ölkə, daimi strateji müttəfiq kimi əvəzsiz olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin
təhsil müşaviri
Nihat Böyükbaş
Anadolunun 1000 ildir ki, azad, müstəqil
yaşadığını deyərək, buradan türklərin bir sıra liderinin çıxdığını və onların da uğurunun təhsili ana dildə, milli ruhda almaları
ilə bağlı olduğunu qeyd edib. O, Atatürkün də bu cür
mühitdə, mədəniyyətdə
yetişən məsləkdaşları
ətafına yığaraq
Türkiyə Cümhuriyyətini
qurduğunu söyləyib.
Türkiyəli diplomat, Mustafa Kamal Atatürkə
həsr olunan konfransı yüksək dəyərləndirərək, təşkilatçılara öz
təşəkkürünü bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında qardaşlıq münasibətlərindən
danışaraq, bu münasibətlərin inkişafında
alimlərin də rolu olduğunu qeyd edib. Şərqşünaslıq
İnstitutu yarandığı
gündən bu elm müəssisəsində türkoloji
tədqiqatlara böyük
önəm verildiyini,
Osmanlı İmperiyası
və Türkiyə Cümhuriyyətinin tarixinin,
ictimai-siyasi, sosial-iqtisadi
və mədəni inkişafının ətraflı
araşdırıldığını bildirən G.Baxşəliyeva
qeyd edib ki, şərqşünas
tarixçilər Türkiyədə
milli azadlıq hərəkatı, Türkiyə
Respublikasında dünyəvilik
prinsipinin bərqərar
edilməsi, millətçilik
ideologiyasının formalaşması,
ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin
inkişafı, islam, müasir Türkiyədə
müxtəlif ictimai-siyasi
hərəkatlar problemlərinin
öyrənilməsinə diqqət
yetiriblər.
Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev "Dünya və türk tarixində Mustafa
Kamal Atatürkün yeri"
mövzusunda məruzə
edib. Mustafa Kamal paşanın
bir millətin və bir dövlətin
- Türkiyə Cumhuriyyətinin
qurucusu və yaradıcısı olduğunu
deyən Ş.Mustafayev
qeyd edib ki, Atatürk şəxsiyyətinin
əzəməti sadəcə
Türkiyə tarixi ilə məhdudlaşmır.
Akademikin
fikrincə, Atatürk dünya
tarixindəki ən böyük siyasi, hərbi və dövlət xadimlərinin
sırasındadır.
Konfransda
tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova "Azərbaycan
hakimiyyətinin Türkiyə
milli-azadlıq hərəkatına
münasibəti", Şərqşünaslıq
İnstitutunun "Türkiyə
tarixi və iqtisadiyyatı" şöbəsinin
əməkdaşlarından Hüseyn Günəşli
"M.K.Atatürk və
Türkiyədə milli
azadlıq hərəkatı",
tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov "M.K.Atatürkün hüquqi
dövlət quruculuğu
və iqtisadi islahatları", Mirzə
Ənsərli "Türkiyə
Respublikasının güc
strukturlarının formalaşması
sahəsində M.K.Atatürkün
fəaliyyəti" mövzularında
məruzələr ediblər.
Sonra məruzələr
ətrafında müzakirələr
aparılıb.
525-ci qəzet.- 2021.- 20 may.- S.7.