Azad Laçın
Azərbaycanın dilbər
guşələrindən biri
olan Laçın rayonu 1992-ci il
18 may tarixində Ermənistan
Silahlı Qüvvələri
tərəfindən işğal
edilmişdi. 28 il yarım bu günü dərin kədərlə
anırdıq. Amma o kədərin
içində həm
də bir gün işğaldakı
bütün torpaqlarımızın
azadlığına qovuşacağı
inamı var idi. Bu inamı
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev, onun rəhbərliyi ilə güclü Ordumuz yaratmışdır.
28 il
yarım düşmən
işğalı altında
qalan Laçın artıq azadlığına
qovuşub. Cəbrayılın,
Füzulinin, Ağdamın,
Qubadlının, Zəngilanın,
Kəlbəcərin, Şuşanın
işğal tarixi olmadığı kimi, artıq Laçının
da işğal tarixi yoxdur. 1992-ci il mayın
8-də Şuşanın Ermənistan
silahlı birləşmələri
tərəfindən zəbt
edilməsi Laçının
da düşmən tapdağı altına düşməsini asanlaşdırdı.
Şuşa kimi, Laçının
işğalının bir
səbəbi də o zaman ölkəmizdə faktiki olaraq hakimiyyətsizliyin hökm
sürməsi, daxili siyasi çəkişmələr,
hakimiyyət uğrunda
mübarizə idi.
İşğal nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba
torpaqlarından qovulub.
Rayona hücum edən erməni hərbi birləşmələri burada
267 nəfəri öldürüb,
66 nəfər isə
girov götürülüb.
İşğal zamanı
Laçına ümumilikdə
7,1 milyard ABŞ dollarından çox ziyan dəyib. İşğal dövründə
ermənilər ərazisi
1835 kvadratkilometr olan Laçındakı 217 mədəniyyət,
101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət,
96 məişət, 30 rabitə,
2 avtonəqliyyat və
müxtəlif təyinatlı
istehsal müəssisələri,
13 min 745 yaşayış evini
talan və məhv ediblər. 28 il ərzində
54 dünya, 200-dən çox
yerli əhəmiyyətli
tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlarda əhalinin
bütün varidatı
qarət edilib.
Laçın rayonu ötən il
27 sentyabrda düşmənin
növbəti təxribatına
cavab olaraq başladılan 44 günlük
Vətən müharibəsində
Azərbaycanın qazandığı
böyük zəfər
nəticəsində işğaldan
azad edildi. Vətən müharibəsində biabırçı
məğlubiyyətə uğrayan
Ermənistan 9 noyabrda təslimçi bəyanata
imza ataraq Ağdam, Kəlbəcər
və Laçını
Azərbaycana qaytarmağa
məcbur oldu. Nəticədə Laçın niskilinə
də son qoyuldu.
İşğal dövründə Laçın rayonuna Ermənistan vətəndaşları
ilə yanaşı, Suriyadan, Livandan köçrülmüş ermənilər
də qanunsuz olaraq yaşayıblar.
Bir güllə belə atılmadan azad edilən Laçınla bağlı
xəbəri xalqa çatdıran Müzəffər
Ali Baş Komandan demişdi: "Böyük
sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan
xalqını bu münasibətlə ürəkdən
təbrik edirəm.
Laçın rayonunun işğaldan
azad olunması tarixi hadisədir. Özü də bir güllə
atmadan biz Laçın
rayonunu qaytardıq.
Düşməni buna məcbur
etdik. Döyüş meydanında əldə
edilmiş parlaq qələbə bu gözəl nəticəyə
gətirib çıxardı
ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid
vermədən qaytarmışıq".
Siyasi şərhçi Aydın Quliyevin sözlərinə görə, 28 il öncə Laçının işğalı çox asanlıqla baş vermişdisə, 28 ildən sonra onun erməni işğalından azad olunması çox böyük çətinliklə başa gəldi: "Laçının işğaldan azad olunması üçün Azərbaycan böyük resurslar, böyük intellektual zəhmət sərf etdi. Azərbaycan oğulları bu yolda şəhid oldu. Xalqımız Laçını heç bir zaman unutmadı və Laçınsız Azərbaycan dövlətinin olmayacağını bu 28 ildə demək olar ki, bütün məqamlarda nümayiş etdirdi. Laçının işğalı dövründə onun işğal səbəbləri, işğal olunduğu şərait nə qədər mübahisəli qarşılanırdısa, azad olunması ətrafında da bir sıra mübahisələr var və bu mübahisələrin davam etməsi təbiidir. Çünki Laçının işğal olunması ölkədə qeyri-adi siyasi daxili proseslər şəraitində baş verib. Bu gün də Azərbaycan cəmiyyətində siyasi qüvvələrin çoxunu belə bir sual düşündürür ki, "Laçını qorumaq mümkün idi?" Maraqlıdır ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi işğal zamanı Laçının müdafiəsinin mümkün olması barədə həmfikrindədir. Amma Laçının azad olunması ətrafındakı mübahisələr isə başa düşülmür".
A.Quliyev vurğulayıb ki, müəyyən siyasi dairələr hələ də Laçının azad olunması ətrafında mübahisəli şəraitin saxlanmasında maraqlıdırlar: "Aşkar şəkildə Laçın dəhlizinin 3 il müddətinə rus sülhməramlılarının nəzarəti altında qalmasını arqument gətirərək bütün Laçının azad olunması faktını inkar edənlərə məsələnin mahiyətini izah etmək çətindir. Laçının işğaldan azad olunması ilə əlaqədar mübahisələr, əslində, öz kökü etibarilə xaricdən müəyyən dairələrə gedib çıxır. Çünki onlar Qarabağ münaqişəsinin bütünlüklə həll olunmasını qəti şəkildə istəmirlər və guya "Qarabağ problemi həll olunmayıb" mülahizəsini sübuta yetirmək üçün bu gün Laçının azad olunması faktı ətrafında müəyyən müzakirə və mübahisələrin qalmasına rəvac verirlər. Laçının işğalı böyük bir xəyanətin nəticəsi idi. Laçının azad edilməsi isə bütün Azərbaycanın xalqının və dövlət strukturlarının böyük rəşadəti və fədakarlığı sayəsində baş verdi".
PƏRVANƏ
525-ci qəzet
2021.- 19 may.- S.5.