Azərbaycanlı  gənc türkoloqun kitabı Türkiyədə nəşr olunub

 

Gənc türkoloq alim, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimovunTürk xalqlarının ortaq əlifba, imla ünsiyyət dilikitabı Türkiyənin Akçağ nəşriyyatında işıq üzü görüb.

525.az-a verilən məlumata görə, kitab bu tədqiqatın əsas müddəalarını türkologiya elmi üçün uğurlu bir addım gərəkli bir araşdırma hesab edən akademik Möhsün Nağısoylunun ön özü ilə çap olunub. Türkiyəli türkoloq, böyük alim professor Əhməf Bican Ərcilasunun yüksək qiymətləndirdiyi əsərdə türk xalqlarının əlifba məsələləri, müstəqil türk respublikalarında əlifba islahatları istiqamətində görülən işlər, xüsusilə XX əsrin əvvəlindən bu günə kimi əlifba imla məsələləri sahəsində gedən proseslər araşdırılmışdır.

 

Kitabda türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba imla prob-lemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunmuşdur. Əsərdə türk xalqlarının ortaq ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapmışdır. Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr doktorantları faydalana bilərlər.

 

Türk dünyasının iqtisadi-siyasi mədəni əlaqələrinin gücləndiyi, müstəqil türk respublikalarının latın əlifbasına keçid prosesini sürətləndirdiyi bir vaxtda bu əsərdə işlənən mövzular ortaq əlifba imla məsələlərinin əhəmiyyətini bir daha diqqətə çatdırır. Müəllif III fəsli bütövlükdə türk xalqları arasında ortaq ünsiyyət dilinin zəruriliyi məsələlərinə, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər onların aradan qaldırılması yollarına həsr etmişdir ki, bu da bugünkü vəziyyətin dəyərləndirilməsi gələcək perspektivlərin müəyyən edilməsi baxımından son dərəcə önəmlidir. Əlbəttə ki, Türk dünyasının gələcək birliyi yolunda atılan hər addım qiymətlidir, ancaq bu yolda bir alimin ortaya qoyduğu araşdırma təkcə elmi dəyəri ilə seçilmir, həm bu binanın bünövrə daşlarını meydana gətirir.

 

525-ci qəzet.- 2021.- 21 may.- S.8.