Taniyaq və
tanıdaq!
Güneydən Qarabağ səslənişləri
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə
poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü,
ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma
qüdrətinin nə
qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Xoşbəxt adamlardan biri - Esmira Fuad
Esmira
FUAD
Filologiya
elmləri doktoru
İsmayıl ÜLKƏR
Qutsal torpağımız Qarabağın
əsgərlərinə...
Vur, qurban olum, düşmənini
vur, leşi düşsün,
Vur! Öylə ki, bir tirlə quşundan beşi düşsün,
Od yurduna layiq quşum,
ay Türk-Səməndər,
Donquz
"dığa"nın
bayquşu var, vur, quşu düşsün!
Murdar olanın göz yaşı murdar, leşi murdar,
Bir anca macal vermə
ki, gözdən yaşı düşsün!
Hər bir "yan"a bir baş seçərək
parçala, hey, heyyy!
Qoy hər yana
bir yan ilə
cəmdək yanı düşsün!
Vur! Vur! Elə vur,
baxmağa nankor gözü düşsün!
Boş gözlərinin üstünə
qıldan qaşı düşsün!
Torpaq nə demək, daş nə demək, dağ nə deməkdir?
Söndür ocağın bir
kərə, dişdən
aşı düşsün!
Qaldır,
gözəlim bayrağımız
dalğaya gəlsin!
"Bayraqdarımız" kölgəsi
üstdən quşa düşsün!
Yurd əsgəri! Birdir Qarabağ, toy günümüzdə,
Könlüncə sarıl, qoyma üzükdən qaşı
düşsün!
Yan baxma nədir,
"Ülkər"imin yurduna
əsgər?
Oy, yurda dikilmiş gözü görkən şaşı düşsün!
2020
Bir qanadı yaralı qartalım
Otağım sıcaq, Qarnım
tox, Əynim bərk!..
İpəksi yatağım: Yun, Yumuşaq!..
Başım... Ancaq başııım...Uçurtduğum
Biricik qartalımın yaralı qanadındadır...
Arazdan o
taylar
Ayaz bir gecədə taparam "ÜLKƏR"imi...
Nədənsə birdən bir əsməcə
Bir üşütmə giziltisi
saraaaar...
Tikan-tikan
olmuş dərimi:
- Olmaya ŞUŞA QALASInda
Soyuq üşüdüb bir əsgərimi?..
Ayvazullah SAFARİ
Qarabağın Laçını,
Tökdü gözdən yaşını.
Düşməninən dayandı,
Çağırdı qardaşını.
Qarabağda Xankəndi -
Şirin ömrüm peyvəndi.
Yarım
gələn yollara
Su səpdim, su tükəndi.
Qarabağın Şuşası,
Yarı yara qoşası.
Yol gözlədim, yar gələ
Yeri - göynüm
goşası.
Qarabağın Ağdamı,
Güləş gəlir bayramı.
Carı
çəkin yollara,
Gəlmiş yarım peyğamı.
Qarabağda Kəlbəcər,
Güləş dudaq bal
əzər.
Gonça güllər açılar,
Bayram gələr,
qış qaçar.
Sən sağ ol
Dağıdar ayrılığı sel təki göz
yaşlarımız,
Genə məclis bəzədir yaz çağı yoldaşlarımız.
Biz ki qəm zəncirinə
qollarımız bağlı
qalıb,
Qoy uca başlı qala Bakıda qardaşlarımız.
Yaşa
sən, ta yoluna canımı qurban eyləyəm,
Sən sağ ol, qoy
ta bizim darda qala başlarımız.
Hər kəs bir gül
yarada, yaz eyləyər ölkəmizi,
Sona kim, göldə
çimər nazlı
qələm qaşlarımız.
Olmuşuq Ənqa təki,
bir adımız dildə qalıb,
Ta bilə dərdimizi Qafdakı sırdaşlarımız.
Əli DAŞQIN
Topraq həsrəti
Bir zamanlar həsrətindən
öldüyüm
İndi sevincimə bax, mənim, mənim!
Çiynimdə bayrağım, əlimdə
silah,
Sönmüş ocağımı yax,
mənim, mənim!
Dağlarına yağmur yağacaq
gözüm,
Bax, doğruya çıxdı
verdiyim sözüm,
Qara gözlü yurdum qalmadı dözüm,
Şimşək ol, gönlümə
şax mənim, mənim!
Əylən dəstnamaz al Xəzər
suyundan,
Başın uca dursun tarix boyundan,
Hər kəs ibrət alsın türkün soyundan,
Arazdan Kürümə ax mənim,
mənim!
Azadlıq günüdür, vüsal
günüdür,
İnsanı dünyada şərəf
böyüdür,
Göytürkün bayrağı azadlıq
güdür,
Dağına, daşına tax, mənim,
mənim!
Sən yürü!
Sən yürü öz qurşununun ardınca,
O keçəcək ürəyindən
alçağın.
Sən usanma, qayğılanma, əzizim
Ordusu var, əsgəri var o bağın.
Sən atəş et, qarı düşmən qaçacaq,
Yalnız onu yollar da bağışlamaz.
Əllərində körpə qanı
darıxır,
Onlar bu il o topraqda qışlamaz.
Sən ananın duasına arxalan,
Ana vətən sənə
şərəf yüküdür.
O kimdir ki, sənin
qarşında dursun,
Daxmalara düşən donuz tüküdür.
Mavi gözlü sancağını
bir də öp,
Sənin qiblən Qarabağda Şuşadır.
Qoy zalimlər öz qanında boğulsun,
Alçaq-alçaq yalvarması boşadır.
Hadı
yürü, gözlərinə
dikilib,
Yollar səni
qucaqlayır günbəgün.
Araz sənə alqış deyir, Kür dua,
Azad olsun vətən toprağı bütün!..
Xoş gördük, dağlarım...
Gəncədə Nizami diksindi səhər
Yurduna qan verdi
qəhrəman Tərtər.
Vətənsiz yaşamaq ölümdən
betər
Xoş gördük dağlarım,
xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Şuşanın qolları qırır
zinciri,
İndi əsgər olmuş
xalqın hər biri.
Ölsün qatı düşmən,
qalmasın diri,
Xoş gördük dağlarım,
xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Əsgərin qurşunu göylərdə
şaxır,
Ellərin boylanıb Arazdan
baxır,
Azadlıq vədəsi doğruldu
axır,
Xoş gördük dağlarım,
xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Düşmənin əlləri bulaşdı
qana,
Xalqımın ordusu gəldi cövlana,
Arzumdur ocağın hər dayim yana,
Xoş gördük dağlarım,
xoş gördük daşım,
Arxanda durmuşam doğma qardaşım!
Gönlümdə duyğular Daşqın
dayanar,
Gözümdə minlərcə əsgər
oyanar,
Bu yaz Xarıbülbül yaşıl boyanar,
Xoş gördük dağlarım,
xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!..
Arsalan
MİRZAYİ
Bu bağ bizə bağlıdır,
Dörd
bir yanı dağlıdır,
Özüm Qaşqay elindən,
Gönlüm Qarabağlıdır.
Ora burdan uzaqdır,
Bir mübarək
torpaqdır.
Hər müsəlman millətin
Bir dağı
Qarabağdır.
Ələm (BƏHMƏN ƏLƏMDARLI)
Biz bu dağa dağlıyak,
Bu torpağa bağlıyak,
Qabil bilsə Qarabağ,
Biz də Qara bağlıyak.
Yanma qardaş, sönər dağın,
Əngəbin olacak ağın,
Açıl gültək, dön kədərdən,
Azad olur
Qarabağın...
Dağam, şaxta
buran mənim,
Türk oğluyam,
İran mənim.
Türksən burda, Turan oğlu,
Mən Turanın, Turan mənim.
Rəsul
QƏDİRİ
Həyat
davam edər durduğu yerdən
Ölülərin dirilməsinə inanmadım
heç zaman
Ölən ölür, köçən
köçür dünyadan.
Ancaq, ölənimiz kəndlər,
şəhərlər olarsa,
fərqlidir durum
Hamımız tanığıq, tanıq
olacağıq
Sırağa gün Füzulimiz
Dünən Cəbrayılımız, Zəngilanımız,
Xocavəndimiz, bu gün igid Şuşamız,
Sabah şəhid düşmüş
Xocalımız
Və birisi gün, bütün QARABAĞımız
dirilir...
Çox
çəkməz, onların
köçən ruhu
qayıdar gövdəsinə
Və həyat davam edər durduğu yerdən
Bəs şəhid
düşən əsgərlərimiz
necə?
Onlar da dirilməzmi
yəni?!
Onlar ölmür zatən
Torpağa düşən gündən
başlayarlar yaşamağa
Şəhidlər ölməz, Vətən
bölünməz...
Esmira Fuad
525-ci qəzet.- 2021.-
21 may.- S.14.