Şərəfli xidmət yolu

 

 

Ömür yolunu şərəflə alnıaçıq yaşayan insanlar daima böyük ehtiramla, hörmətlə yad edilirlər. Belələrinin cismani yoxluğu sanki duyulmur, onlar haqqında keçmiş zamanda danışmaq da çətindir. Azərbaycan təhlükəsizlik orqanlarında qüsursuz xidməti peşəkarlığı sayəsində hər zaman seçilən zabitlərdən biri olan Xaqani Akif oğlu Bağırov da belə şəxsiyyətlərdən idi.

 

O, 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Neft Kimya İnstitutunu bitirib. 1968-ci ildən 2007-ci ilədək təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə işləyib, idarə rəisi vəzifəsinədək yüksəlib. Ömrünün 40 ilini xüsusi xidmət orqanlarına həsr edib.

 

Xaqani Bağırov həyatını təhlükəsizlik orqanlarında şərəfli xidmətə həsr etmiş bir insanın ailəsində dünyaya göz açıb. Atası Akif Mustafa oğlu Bağırov da uzun illər dövlət təhlükəsizlik sistemində çalışıb. Atasının öz peşəsinə vurğunluğunu, məsuliyyətini, vətənpərvərliyini uşaqlıqdan hiss edən Xaqani Bağırov çox tərəddüd etmədən onun yolunu davam etdirməyi qərara alıb.

 

O, 1968-ci ildə Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Dövlət Təhlükəsizliyi Komitəsində işə qəbul edilib. X.Bağırov Naxçıvanda Dövlət Təhlükəsizlik Komitəsində iki il işlədikdən sonra vəzifədə irəli çəkilərək Bakıya, Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın kəşfiyyat şöbəsinə təyin edilib. Moskvada Kiyevdə SSRİ DTK-nın ali kurslarını bitirərək Azərbaycan SSR DTK-nın kəşfiyyat əks-kəşfiyyat strukturlarında xidmət edib. Təcrübəli peşəkar zabit kimi polkovnik rütbəsinədək yüksəlib.

 

Dövlət təhlükəsizlik orqanlarının ayrı-ayrı dövrlərini əhatə edən muzeylərin, xüsusilə Ulu öndərin təhlükəsizlik orqanlarına Azərbaycana rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu, müstəqil respublikamızın memarı qurucusu kimi fəaliyyət dövrünü əhatə edən arxiv materialları, orijinal tarixi sənədlərlə zəngin "Şöhrət" muzeyinin yaradılmasında da Xaqani Bağırovun əvəzsiz rolu olub. Onun həmmüəllifliyi ilə çap edilmiş "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" kitabı böyük zəhmətin bəhrəsidir.

 

Yaşasaydı, may ayının 19-da 76 yaşı tamam olardı... Vətəninə, dövlətinə sədaqətlə xidmət edən, sağlığında böyük hörmət qazanmış, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirəsində peşəkar təcrübəli kəşfiyyatçı kimi qalan X.Bağırov bu gün ehtiramla yad edilir.

 

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, istefada olan polkovnik Şamil Süleymanov keçmiş həmkarını böyük hörmətlə xatırlayır: "1973-cü ildə SSRİ DTK-nın 1-ci idarəsinin (kəşfiyyat) rezidenturası tərkibində xarici ölkələrin birində işləyirdim. 5 illik ezamiyyətdən sonra 1977-ci ildə Bakıya qayıtdım. Həmin ilin dekabrında DTK-nın 1-ci şöbəsinin bölmə rəisi təyin olundum. Bu bölmə tam formalaşmamışdı. Mən bu sahəni gənc kadrlarla gücləndirməyi qərara aldım həmin şöbədən kadr seçiminə başladım. Mənə həmin şöbənin əməliyyat müvəkkili Xaqani Bağırovu məsləhət görərək dedilər ki, sən onun kimi savadlı işçi tapa bilməzsən. O həm rus, həm Azərbaycan dillərini mükəmməl bilir. Onunla görüşüb söhbət etdim. Xaqani Bağırov mənim müavinim olmağa razılıq verdi. İşlədiyi müddətdə öz bacarığını nümayiş etdirir buna görə dəfələrlə mükafatlandırılırdı. Məsuliyyətli işgüzar işçi idi, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, peşəkarlıqla xidmət edirdi. Bir sözlə, onun təhlükəsizlik orqanlarındakı uğurları məni sevindirirdi seçimimdə yanılmadığımı göstərirdi".

 

"Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev Xaqani müəllimlə işlədiyi illəri belə xatırlayır: "Xaqani Bağırovu 1980-ci ildən tanıyıram. Respublika DTK-nın Kirovobad (Gəncə) şöbəsində əməliyyat müvəkkili işləyirdim. Xaqani Bağırov DTK-nın kəşfiyyat şöbəsində bölmə rəisi vəzifəsində çalışırdı xidməti işi ilə əlaqədar hərdən şəhər şöbəsinə gəlirdi. Hər dəfə şöbənin rəhbərliyi ondan respublikada əməliyyat şəraiti barədə əməliyyat işçilərinin məlumatlandırılmasını xahiş edirdi. O, böyük məmnuniyyətlə bunu edirdi hətta şəhərdə ətraf rayonlarda da əməliyyat şəraiti barədə maraqlı, dolğun məlumatları əməkdaşların diqqətinə çatdırardı. Çıxışlarından görünürdü ki, çox savadlı, geniş biliyə malik insandır. Bir neçə il Xaqani Bağırovun rəhbərliyi altında çalışmışam, bir əməliyyat işçisi kimi ondan çox şeyləri öyrənmişəm rəhbər vəzifədə işlədiyim dövrlərdə peşəkar kəşfiyyatçının təcrübəsindən, biliyindən yararlanmışam... Xatirimdədir, respublikanın Dövlət Sərhəd Xidməti yaradılan zaman Xaqani Bağırovu o qurumda yüksək vəzifəyə təyin etdilər bir müddətdən sonra yaşı ilə əlaqədar oradan təqaüdə çıxdı. Lakin peşəkarlığı, təcrübəsi nəzərə alınaraq, yenidən dövlət təhlükəsizlik orqanlarında xidmətə dəvət olundu. Ehtiyata buraxıldıqdan sonra isə o, həyatının sonunadək "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi çalışdı, öz bilik təcrübəsini təhlükəsizlik orqanlarının gənc əməkdaşlarının vətənpərvər ruhunda tərbiyəsinə həsr etdi".

 

Zəngin mənalı ömür yolu keçmiş kəşfiyyatçının bu gün həyatda olmaması həmkarlarını, xüsusilə əzizlərini çox məyus etsə , Xaqani Bağırovu tanıyanlar onunla bağlı xoş təəssüratları, səmimi xatirələri hər zaman ürəklərində yaşadırlar...

 

S.İBRAHİM

 

525-ci qəzet.- 2021.- 21 may.- S.16.