44 günlük haqq savaşının əks-sədası

RUSİYA ELİTASI QARABAĞ MÜHARİBƏSİ HAQQINDA

 

 

Həsrətlə gözlədiyimiz gün, nəhayət, gəlib çatdı. Düşməni döyüş meydanında 44 günə məğlub edən Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib əyilmiş başlarımızı dikəltdi.

 

Heç kəsə sirr deyil ki, Rusiya mediasında xeyli erməni çalışır. Bu da onlara Azərbaycana qarşı informasiya müharibəsi aparmaqda kömək edir. 44 günlük Vətən müharibəsi günlərində ermənilər istər mətbuat səhifələrində, televiziya kanallarında, istərsə sosial şəbəkələrdə həm özləri, həm ələ aldıqları ermənipərəst qüvvələr Azərbaycana qarşı olmazın böhtanlarını yayırdılar. Elə indinin özündə bu böhtanları, yalanları yaymaqda davam edirlər.

 

Amma bununla belə, Rusiyada Azərbaycana rəğbəti olan, haqqı, ədaləti müdafiə edənlər az deyil. Onlar İkinci Qarabağ müharibəsi zamanı ondan sonra Azərbaycanın haqq işini müdafiə edir, ermənilərin vəhşiliyini, qəddarlığını, faşizmə xas olan terrorçuluq siyasətini mediadakı çıxışlarında tənqid edirlər. Rusiya məkanında Azərbaycana dəstək olan şəxslər əsasən bunlardır: jurnalist, hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı jurnalist, televiziya aparıcısı Maksim Şevçenko,  Rusiya Dövlət Dumasının MDB ölkələri ilə üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Dövlət Dumasının deputatı, "Vətən" partiyasının sədri Aleksey Juravlyov, ictimai xadim, politoloq Sergey Markov, jurnalist, "qazeta.ru"nun siyasi icmalçısı Mixail Xodarenko, siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov başqaları.

 

Hələ ötən ilin sentyabr ayının sonlarından - Azərbaycan Ordusu əks hücum əməliyyatlarına start verdiyi günlərdən başlayaraq başda baş nazir Nikol Paşinyan olmaqla Ermənistanın yüksək vəzifəli şəxsləri bir-birinin ardınca yalan dolu məlumatlar yaymağa, fikirlər səsləndirməyə başladılar. Döyüş meydanında uduzan düşmən öz xalqına guya üstünlüyün onları tərəfində olması barədə yalan məlumatlar verirdi. Amma çox keçmədi, sabiq baş nazir Qrant Baqratyan etiraf etməyə məcbur oldu ki, Ermənistan ordusunun 80 faizi yoxdur.

 

Həmin günlər Azərbaycanın mövqeyini müdafiə edən Maksim Şevçenko ermənilərə müraciətdə anladırdı ki, Qarabağ Azərbaycan torpağıdır erməni hərbi birləşmələri o əraziləri tərk etməlidir.

 

Düşmən Rusiyanı müharibəyə cəlb etmək üçün döyüş meydanından yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, Bərdə, Goranboy rayonlarını raket atəşinə tutur. Maksim Şevçenkoya görə, Gəncəyə atılan raket Xocalının davamı idi. Rusiya müharibənin Azərbaycan ərazisində getdiyini əsas gətirərək erməniləri məyus edir. Söz yox ki, Ermənistanda Dağlıq Qarabağda Rusiya ilə Azərbaycanın toqquşmasında maraqlı olan qüvvələr var.

 

Müharibə zamanı ermənilər dünyaya hay salırdılar ki, Azərbaycan tərəfindən türklər, suriyalı muzdlular vuruşur. "Dojd" TV kanalının Qarabağda olmuş xüsusi müxbiri Vasili Polonski "Qovorim na çistotu"  verilişində ermənilərin yalan danışdığını dedi. O bildirdi ki, müharibə vaxtı Qarabağda olub, hansısa muzdlu əsgər görməyib.

 

Noyabrın 8-də Qarabağın döyünən ürəyi, Azərbaycanın musiqi beşiyi Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi. Elə buradaca Ermənistanın baş naziri Paşinyanın Şuşada separatçı rejimin andiçmə mərasimindəki "yeni müharibə baş verərsə, Azərbaycan ərazilərinin xeyli hissəsini itirəcək" bəyanatını xatırladım. "Dəmir yumruq" əməliyyatı baş nazirin , müdafiə nazirinin arzularını ürəklərində qoydu. Əli hər yerdən üzülən düşmən məğlub olduğunu görüb bayraq qaldırdı. Noyabrın 10-da Rusiya, Azərbaycan Ermənistanın dövlət başçıları arasında üçtərəfli bəyanat imzalandı, Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Bu sənəd Ermənistan üçün kapitulyasiya aktı idi.

 

Rusiyalı politoloq Maksim Şevçenko o günlər Azərbaycanın qələbəsinə sevincini belə dilə gətirirdi: "Azərbaycanın Qarabağdakı qələbəsi mənim üçün həm siyasi, həm geosiyasi mənada qələbədir. Qəlbim sizinlədir. Azərbaycana tarixi dəyişdiyinə görə təşəkkür edirəm. Bu qələbəni tam mənada anlamaq üçün hələ bir neçə ay düşünmək lazımdır. Noyabrın 8-nə qədər bağlı olan qapılar qəflətən açıldı. Mümkünsüz olan mümkün oldu".

 

Rusiyanın istefada olan general-leytenantı,1991-ci ildə Füzuli şəhərinin komendantı olmuş Aleksandr Volox Modern.az saytına verdiyi müsahibədə Qarabağdakı qələbə münasibətilə Azərbaycan Ordusunu, Ali Baş Komandanı Azərbaycan xalqını təbrik etdi. Xüsusilə Füzulinin azad edilməsinə sevinən A.Volox "İşğalın başa çatması çox sevindirici  xəbərdir. Haqq-ədalət sonda qalib gəldi. Prezident İlham Əliyevin uzaqgörənliyini qətiyyətini alqışlayıram" fikri ilə Azərbaycana olan rəğbətini bildirdi.

 

Azərbaycan 10 noyabr bəyanatının bütün şərtlərinə əməl etsə , Ermənistandakı bəyanatdan narazı olan separatçı qüvvələr sənədin dəyişilməsini istəyirlər. Bu məsələyə toxunan Leonid Kalaşnikov çox haqlı olaraq yazır ki, "şovinist ermənilər Rusiyaya minnətdar olmaq əvəzinə, razılaşmaya yenidən baxılması üçün çağırışlar edirlər".

 

Ötəni il dekabrın 10-da Azadlıq meydanında böyük qələbəmizə həsr olunmuş Zəfər paradı keçirildi. Sergey Markovun təbirincə desək, bu, sadəcə bir Zəfər paradı deyildi, bir millətin yenidən doğulması idi. Düşmənə göz dağı olan Zəfər paradını Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin çox qısqancıqla qarşıladı. Dekabrın 11-də İrəvan-Moskva videokörpüsü zamanı "Bu parad yalnız Ermənistanı deyil, Rusiyanı da aşağılamaq cəhdidir" - deməklə erməniyə olan məhəbbətini gizlətmədi. Bununla kifayətlənməyən K.Zatulin paradda İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın çıxışlarına tənqidi münasibət bildirərək, Azərbaycan-Türkiyə qardaşlığına olan qısqanclığını açıq büruzə verdi. Onun bu canfəşanlığı səbəbsiz deyildi - Zatulin Adler ermənilərinin səsləri sayəsində deputat seçilib.

 

Rusiya parlamentarilərinin işğaldan azad olunmuş Ağdama, Füzuliyə səfərləri onlarda acı təəssürat doğurdu. Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı gördüyü erməni vəhşiliyindən "şoka" düşmüşdü: "Sovet İttifaqında tanınan bir şəhər - Ağdam, demək olar ki, yoxdur. Ancaq məscid qismən salamat qalıb. O da mənə deyilənə görə, atəşin korreksiyası üçün saxlanılıb".

 

Digər rusiyalı hərbi ekspert İqor Korotçenko təəssüratını jurnalistlərlə bölüşərkən belə dedi: "Mən Füzulidə Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə-yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb".

 

Nümayəndə heyətinin digər üzvü Kalaşnikov Ağdamda Xurşidbanu Natəvanın qəbrinin dağıldığını görəndən sonra "21-ci əsrdə barbarlıq təzahürləri qəbuledilməzdir" - dedi.

 

Bu vəhşilikdən sonra ermənilərlə bir yerdə yaşamaq çox çətindir, qərtmək bağlamış yaralarımız hələ sağalmayıb. Hərbi ekspert Oleq Kuznetsov da bir yerdə yaşamağın mümkün olmadığını deyir: ermənilərin barbarlığından sonra Kreml azərbaycanlıların ermənilərin Qarabağda münaqişəsiz dinc yaşamaq perspektivini necə düşünə bilər?

 

Son vaxtlar Ermənistanda bəzi qüvvələr "Yeni müharibə gözləyin", "Müharibə hələ bitməyib, diqqətli olun!" kimi çaşqın fikirlər səsləndirirlər. Bu məsələyə toxunan Maksim Şevçenko bildirir ki, ermənilər 3-cü Qarabağ müharibəsinə hazırlaşır, onlar dünyanın siyasi gücləri ilə elə bir hiyləgər planın hazırlığındadır ki, Azərbaycan-Türkiyə bütün dünya yenidən Qarabağ müharibəsinin başlanmasına görə Rusiyanı ittiham edəcək. Buna görə Rusiya Qarabağ ərazisindən ordusunu təcili geri çəkməli, imkan yaratmalıdır ki, Azərbaycan Xankəndi başda olmaqla digər rayonları da işğaldan azad etsin. Əks təqdirdə Rusiya Qafqazda müttəfiqi olan Azərbaycanı dost Türkiyəni birdəfəlik itirəcək.

 

Sonda yeni müharibə arzulayan erməni separatçılarına məsləhət görərdik ki, İqor Korotçenkonun xəbərdarlığını unutmasınlar: "Ermənistan qisas yolunu tutsa, birdəfəlik dünya xəritəsindən silinəcək"

 

Akif RÜSTƏMOV

 

 

525-ci qəzet.- 2021.- 27 may.- S.8