"Gəncənin
səsi"nin bir əsrlik yaşına töhfə
İkinci şəhərimizin rəsmi qəzetinin yubileyinə
"100 ilin işəğında" adlı kitab buraxılıb
Ölkəmizin mətbuat tarixində,
eləcə də öz inkişafını
daim köklü ənənələr və
müasirliyin vəhdəti
ilə sürən Gəncənin ictimai həyatında öz izi olan
"Gəncənin səsi"
qəzetinin yaranmasından
bir əsr ötür. Bu dövr ərzində ikinci şəhərimizin həyatını,
onun qayğı və ümidlərini güzgü kimi özündə əks etdirən bu qocaman mətbu orqanının salnaməsini
yaratmaq şübhəsiz,
həmin şərəfli
yubiley üçün
ən yaxşı töhfədir. "100 ilin işığında"
adlı kitab da məhz bu missiyanı
yerinə yetirib.
"Hər kitabın
işıq üzü
görməsi onun müəllifinə sonsuz sevinc bəxş edir. Lakin yeni nəşr
olunmuş "100 ilin
işığında" kitabını ərsəyə
gətirmək təkcə
sevinc deyil, həm də boynumun borcu idi. Bizim "Gəncənin səsi" iki ictimai-iqtisadi formasiya, üç əlifba dəyişikliyi yaşayıb,
nəhayət,
onun adı yeddi dəfə dəyişib.
Doğma
qəzetimizin salnaməsinin
necə deyərlər,
əbədiyyət üçün
ərsəyə gətirilməsi
işinin onun hazırkı rəhbəri
kimi məhz mənim üzərimə
düşdüyünü düşündüm. Beləliklə, arxivlərdə işləyərək,
bu toplunu yarada bildim. Düşünürəm ki, bu kitab ilə bizə və gələcək nəsillərə
lazım olanları - yəni Gəncənin pillə-pillə böyüməsini
gözlər önünə
gətirməyi bacarmışıq",
- deyə kitabın müəllifi, "Gəncənin
səsi" qəzetinin
baş redaktoru, tanınmış jurnalist
və yazıçı,
"Tərəqqi" medallı
Rəfiqə Sadıqova
bildirir.
"100 ilin işığında"
kitabının Gəncə
Şəhər İcra
Hakimiyyətində təqdimatı
da keçirilib.
Şəhər rəhbəri Niyazi
Bayramov çıxışında
kitabın ensiklopedik xarakterini xüsusi vurğulayaraq bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat orqanı olan "Gəncənin səsi"
qəzetinin 100 illiyinə
həsr olunan nəşr sadəcə qəzetin deyil, respublikamızın ikinci şəhərinin də bir əsrlik tarixinə işıq tutur. N.Bayramov qəzetin 100 illik yubileyi münasibətilə
onun kollektivini, o cümlədən, sözügedən
kitabı ərsəyə
gətirən Rəfiqə
Sadıqovanı təbrik
edib.
Nəşri təqdim edərkən, Rəfiqə Sadıqova tədbir iştirakçılarına
bildirib ki, kitab 360 səhifədən
və 5 fəsildən
ibarətdir. Müəllif ölkədə mətbuata göstərilən
diqqət və qayğıya görə,
Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Gəncədə yaradıcılıq
işinə həssas
yanaşdığına görə
şəhər rəhbərinə
minnətdarlıq ifadə
edib.
Görüşdə AMEA Gəncə
Regional Bölməsinin sədri,
akademik Fuad Əliyev, əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov,
Azərbaycan Yazıçılar
Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova,
rusca çıxan
"Novosti Gyandji"
qəzetinin redaktoru
İrina Kalaşnikova və
digərləri qeyd edilən əlamətdar tarixlə bağlı öz ürək sözlərini çatdırıblar.
Tədbir zamanı "Gəncənin
səsi", eləcə
də rusdilli "Novosti Gyandji" qəzetlərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
məqsədilə Gəncə
Şəhər İcra
Hakimiyyəti başçısının
müvafiq sərəncamı
ilə onların redaksiyalarına maddi köməklik göstərildiyi
də bildirilib.
Zakir MURADOV
525-ci qəzet.- 2021.- 27 may.- S.13.