Azərbaycan şərqşünasının
məqaləsi Rusiya elmi mətbuatında
AMEA akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
Ərəb ölkələri
tarixi və iqtisadiyyatı şöbəsinini
müdiri, tarix üzrə fəlsəfə
doktoru Fərda Əsədovun Rusiyanın
şərqşünaslıq sahəsində aparıcı
nəşri olan və SCOPUS siyahasına daxil olan "Vostok-Oriens" jurnalıda
elmi məqaləsi dərc olunub.
Alimin
"Taqı əd-Din
əl-Məqrizinin "Kitab
İğasat al-umma
bi-kəşf əl-ğummə
(Mömin icmasına fəlakət səbəblərinin
izahı vasitəsi ilə yardım kitabı) əsərində
dövlət və
bazar münasibətləri" məqaləsi jurnalın
2021-ci il 2-ci buraxılışında çap
olunub.
Məqalədə orta əsrlər
parlaq müsəlman tarixçisi və mütəfəkkiri İbn
Xəldunun (1332-1406) şagirdi
və davamçısı
Təqi əd-Din əl-Məqrizinin (1364-1442) orta
əsrlərdə Misirdə hökumətin
bazar münasibətlərinə
dair siyasəti barədə nadir məlumatları araşdırılır.
Burada Misirdə hökumətin əsas qida məhsullarının
bazar qiymətlərinə
təsir mexanizmləri
açıqlanır. Məqalədə Taqi əd-Din
əl-Məqrizinin həyat
yolunun və bürokratik karyerasının
əsas mərhələləri
təsvir edilir, onun geniş nəzəri biliklərinin
Qahirədəki bazar işinin təşkili üçün məsul olan bir məmurun
təcrübəsinə söykənməsi
isbat edilir. Təbii amilin - Nil çayının illik daşqınlarının
kənd təsərrüfatı
istehsalına təsiri
qiymətləndirilir. Bundan sonra
qida bazarının vəziyyətinə mənfi
təsiri və təbii səbəbləri
azaltmaq üçün
hökumət tədbirlərinin
təhlili aparılır:
dövlət satınalma
planının əhəmiyyəti,
ticarət rüsumlarının
tətbiqi və ləğvi və bazar qiymətlərinə təsir göstərmək üçün
digər tədbirlər
təsvir edilir. Müsəlman dövlətinin erkən
tarixindən bəri hökumətin pul siyasəti ayrıca xarakterizə olunur. İqtisadi böhranların
və sosial gərginliyin səbəblərini
araşdırarkən müəllif
hökmdarın və
məmurların şəxsi
keyfiyyətlərinin xüsusiyyətlərinə
də diqqət yetirir, əhalinin müxtəlif kateqoriyaları arasındakı
münasibətlərin psixologiyasını
təhlil edir. Əl-Məqrizinin dövlət
aparatındakı korrupsiyanın
mahiyyəti, meydana gəlməsinin psixoloji tərəfləri, əsas
qida məhsulları bazarında böhran vəziyyətinin yaranmasında
rolu və ölkədəki siyasi vəziyyətin sabitləşməsi
barədə fikirləri
indiki ictimai araşdırmala
525-ci
qəzet.- 2021.- 7 may.- S.9.