Qafqaz Albaniyası ilə bağlı müəmma

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin nüfuzluEurasia Review” nəşrində “Qafqaz Albaniyası ilə bağlı müəmma” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazır ki, müasir dövrdə Ermənistanla Azərbaycan arasında başlamış münaqişə Qafqaz Albaniyasına marağın artmasına və mövzunun siyasiləşdirilməsinə səbəb olub. Fərid Şəfiyev qeyd edir ki, bəzi Qərb ekspertləri Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyələrini uydurmasaxta adlandır. Lakin bu ekspertlərin əksəriyyəti  Qafqaz Albaniyasının tarixi, o cümlədən bu tarixi öyrənmək üçün tələb olunan erməni, ərəb və hazırda mövcud olmayan alban dili biliklərinə və tarix üzrə fəlsəfə doktoru dərəcəsində malik deyillər. Yalnız sayla göstərilə biləcək Qərb ekspertləri Qafqaz Albaniyasının tarixini bilir, digərləri isə erməni və ya erməni əslli digər alimlərin nəzəriyyələrini təkrarlayırlar”.

Məqalədə qeyd olunur ki, Qafqaz Albaniyası ilə bağlı nəzəriyyə Ermənistan milliyyətçiləri üçün tamamilə qəbuledilməzdir. Belə ki, bu nəzəriyyə ermənilərin son 300 ildir iddia etdikləri, Qarabağ və Cənubi Qafqazı əhatə edən və Qafqaz Albaniyası coğrafiyası ilə üst-üstə düşən Böyük Ermənistanla bağlı nəzəriyyəni dağıdır.

Fərid Şəfiyev Qafqaz Albaniyası ilə bağlı bir sıra materialların siyasiləşdirildiyini deyərək Qərbdə bir çox araşdırmaların anti-Azərbaycan mövqeyi ilə tanınan, Karnegi Fondu kimi vəqflərə maddi dəstək verən Tavitian kimi erməni diasporu qrupları tərəfindən maliyyələşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, digər problem isə ondan ibarətdir ki Qafqaz Albaniyasının erməni mənbələrindən öyrənilməsi hələ də davam edir. Müəllif alban mətnlərinin əsrlərlə itkin olduğunu  və qısa müddət əvvəl gürcü alim Zaza Aleksidze tərəfindən  Misirin Dağ Sinay Monastırında aşkar edildiyini diqqətə çatdırıb: “Alban dini mətnlərinin Cənubi Qafqazda aşkar edilməməsi çox qəribədir. Üstəlik nəzərə alaq ki, 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Katolikosluğu ləğv edilərək Ermənistanın Eçmiədzin kilsəsinə verilib”.

Müəllif qeyd edir ki, Qafqaz Albaniyası 7-ci əsrdə süqut edərək Ərəb xilafətinin tərkibinə keçib və əhalinin əksəriyyəti islamı qəbul edib.  Xristian qalmaq istəyənlər isə tədricən Alban kilsəsi üzərində nəzarəti ələ keçirmək istəyən, Azərbaycan tarixçilərinin yazdığı kimi Qafqaz Albaniyasının izini itirmək üçün tarixi sənədləri məhv edən və ya saxtalaşdıran erməni kilsəsi ilə birləşib. Bildirilir ki, qeyd edilən fakt Zaza Aleksidze, Yost Qippet, Volfanq ŞulzTimur Maisak kimi alimlər tərəfindən də təsdiq olunub. Müəllifin fikrincə, Eçmiədzinin bəzi mətnləri hələ də saxlaması mümkündür, lakin çətin ki bu sənədləri əlçatan etsin.

Məqalədə qeyd olunur ki, xristian albanların xristian ermənilərlə sıx münasibətləri olsa da bəziləri öz  müstəqilliklərini saxlamağa çalışıblar. Hətta Azərbaycanın Qarabağ regionunda yerləşən Gəncəsər Alban Katolikosluğunun müstəqilliyi bir sıra orta əsr mənbələri tərəfindən təsdiqlənib. Müəllif əlavə edir ki, Rusiya İmperiyası siyasətçiləri də Albaniyanın mövcudluğunu təsdiqləyiblər. Hətta şahzadə Georgi Potemkin özünün “Şərq planında” Ermənistan və Albaniyanın 2 ayrı vassal kimi yaradılamasını nəzərdə tuturdu. “Qafqaz Albaniyasının dini iris ilə bağlı məsələ müvafiq dilləri bilən və elmi biliklərə malik peşəkar tarixçilər tərəfindən həll edilməlidir. Üstəlik məsələ hər cür milliyyətçilərin hücumlarından da azad olmalıdır”.

 

525-ci qəzet.- 2021.- 28 may. S. 10.