Başının
dumanı çəkildi, Şuşa...
Od
oldu dərdinə, sərinə Günəş,
Şahsan,
müntəzirdir əmrinə Günəş,
Əbədi
nur saçır ömrünə Günəş,
Başının
dumanı çəkildi, Şuşa.
Qaytardıq
ömrünün ilk baharını,
Sildik
göz yaşını, qəm-qubarını,
Yolduq
həsrətini, intizarını,
Köksünə
qələbə əkildi, Şuşa.
Adam
qəribsəyər, cana yığılar,
Yadlar
arasında yanar, boğular,
Üstünə
daraşan quldur yağılar
Bir əmrə
tut kimi töküldü, Şuşa.
Ordum
Yaradandan güc aldı, şükür,
Qələbə
qazandı, öc aldı, şükür,
Zəfər
bayraqları ucaldı, şükür,
Əsarət
sədləri söküldü, Şuşa.
Dözməyib,
nadanla vuruşdun axır,
Bu dərddən
biryolluq sovuşdun axır,
Şanlı
bayrağıma qovuşdun axır,
Bayrağa
şəhidlər büküldü, Şuşa.
Elvinəm,
ümidim həsrəti yendi,
Mənim
"Şuşa" adlı nisgilim səndin,
Ey
qala şəhərim, köksündə indi
Bir zəfər
qalası tikildi - Şuşa!
Başının
dumanı çəkildi, Şuşa...
İRƏVANA DÖNƏN
GÜNÜM OLACAQ!
Səni
xilas eyləməyə gəlirəm,
Nədir
tarix, nədir gerçək, bilirəm,
Qarabağa
döndüyümtək, bilirəm,
İrəvana
dönən günüm olacaq!
Yaman
yaxır bu həsrətin odu, bil,
Zəhər
olub ağzımızın dadı, bil,
Yerəvan
yox, İrəvandır adı, bil,
İrəvana
dönən günüm olacaq!
Gül
açacaq Zəngəzurun qucağı,
İtəcəkdir
Göyçəmizin sazağı,
Sönəcəkdir
orda hayın ocağı,
İrəvana
dönən günüm olacaq!
Türk
torpağı haya bəxşiş verilməz,
Bütöv
ömür yad qapıda sürülməz,
Vətəndən
pay heç bir yerdə görünməz,
İrəvana
dönən günüm olacaq!
Qəmli-qəmli
baxma, Aşıq Ələsgər,
Bu
könlümü yaxma, Aşıq Ələsgər,
Ürəyini
sıxma, Aşıq Ələsgər,
İrəvana
dönən günüm olacaq!
Əsir
düşmüş, fəryad edir torpağım,
Əzab
çəkir hər çəmənim, hər dağım,
Sancılacaq
İrəvanda bayrağım,
İrəvana
dönən günüm olacaq!
Aman
Rəbbim, bu nə ağır sınaqdır?!
Məhəmməd
xan, qəbrin yanır, ocaqdır,
Mirmehdi
xan yol gözləyir nə vaxtdır...
İrəvana
dönən günüm olacaq!
İnanıram,
güvənirəm orduma,
Çağırdımı,
gedəcəyəm yardıma,
Xalqımızın
dədə-baba yurduna -
İrəvana
dönən günüm olacaq!
Göyçə
gölün sahilinə səfər var,
Elvin,
orda çalınası zəfər var,
Hər
gecənin axırında səhər var,
Mənim
olan yenə mənə qalacaq -
İrəvana
dönən günüm olacaq!!!
QƏLƏBƏ PARADINDA
Salam
Azərbaycana,
Əkiz
övlad, bir ana,
İki
qardaş yan-yana
Qələbə
paradında.
Torpağa
məhəbbət var,
Bir
vüqar, əzəmət var,
Düşməndən
qənimət var
Qələbə
paradında.
Məğlubun
bağrı qandı,
İllərin
dərdi sındı,
Düşmən
od tutub yandı
Qələbə
paradında.
Hər
köz ocağa döndü,
Damla
bulağa döndü,
Ürəklər
dağa döndü
Qələbə
paradında.
Azaddır
torpağımız,
Gülümsər
hər çağımız,
Ucaldı
bayrağımız
Qələbə
paradında.
Bizdə
mərdlik candadır,
İlikdədir,
qandadır,
Aslanlar
meydandadır
Qələbə
paradında.
İki
qardaş - mərdlərik,
Dərdə,
sevincə şərik,
Bir
olduq, yenə birik
Qələbə
paradında.
Düşmən
bağrı alışır,
Sevincdən
ağıl çaşır,
Xaqanımız
danışır
Qələbə
paradında.
Xalqa
dəyməsin nəzər,
Bu
birlik dillər gəzər,
Çağlayır,
coşur Xəzər
Qələbə
paradında.
Nəğmə
söyləyir Vətən,
"Bütövəm"
deyir Vətən,
Bayram
eyləyir Vətən
Qələbə
paradında.
Elvin NURİ
525-ci qəzet.- 2021.-
28 may. S. 31.