Cümhuriyyətin xaricdə oxutduğu yüz nəfərdən biri

GÖRKƏMLİ ALİM ƏHMƏD RƏCƏBLİNİN ÖMÜR YOLUNDAN SƏHİFƏLƏR

 

Yüz üç illiyi yaxınlaşan, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün sahələrdə olduğu kimi, xalq təhsilinin inkişafı sahəsində böyük işlər görülmüşdü.

 

Ölkədə ali təhsilli kadrların hazırlanması üçün Azərbaycan Parlamenti 1919-cu ilin 1 sentyabrında Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Bu qanunla bərabər 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ölkələrinin ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi bunun üçün 7 milyon manat ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər. Tələbələrin ilk dəstəsi 1920-ci ilin 14 yanvar günü sürət qatarı ilə çox böyük hörmət izzətlə təntənəli şəkildə yola salındı.

 

Azərbaycan Xalq Cumhuriyyətinin xaricə ali təhsil almaq üçün göndərdiyi 100 nəfərdən biri Əhməd Məşədi Cabbar oğlu Rəcəbli idi. Onun ömrünün 14 illik məhsuldar şərəfli bir dövrü Zaqatala ilə bağlı olub. Bu illər ərzində Ə.Rəcəbli rayonumuzda elmin, təhsilin, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında böyük xidmətlər göstərmiş, rayonumuzun ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmişdi.

 

Ə.Rəcəbli 1898-ci il avqustun 28-də İrəvanda dünyaya gəlib. O, 1907-ci il sentyabrın 15-də İrəvan kişi gimnaziyasına daxil olmuş 1916-ci ildə tam səkkizillik kursu gümüş medalla başa vurmuşdu. Cümhuriyyət tələbəsi olan Ə.Rəcəbli AXC tərəfindən İtaliyaya təhsil almağa göndərilib. O, 1923-cü ildə İtaliyanın Peruçi şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu müvəffəqiyyətlə başa vurub. 1924-cü ildə gənc kadrı Zaqatala mahalına aqronom göndərirlər. Onu Zaqatala Kənd Təsərrüfatı texnikumuna direktor təyin edirlər. İstedadlı alim 1937-ci ilə qədər Texnikuma rəhbərlik edir. 1922-ci ildə yaradılan Zaqatala Kənd Təsərrüfatı Texnikumu  ölkədə kənd təsərrüfatı sahəsində orta ixtisas təhsilli kadrlara olan ehtiyacı yerinə yetirmək istiqamətində fəaliyyət göstərirdi. Ə.Rəcəbli texnikuma rəhbərlik etdiyi illər ərzində onun maddi-texniki bazasının yaradılması möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkənin  qabaqcıl tədris müəssisələrindən birinə çevrilməsi sahəsində böyük işlər görmüşdü. Öz şəxsi nümunəsi, peşəsinə vurğunluğu, yüksək intellektual səviyyəsi ilə o kollektivinin - müəllim tələbələrin sevimlisinə çevrilmişdi.

 

1922-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumuna daxil olan orada 6 il təhsil alan Azərbaycanın  görkəmli alimi tanınmış dövlət xadimi olan akademik İmam Mustafayev sevimli müəllimi Ə.Rəcəbli ilə bağlı xatirələrində yazırdı: "Heç şübhəsiz, bu təhsil ocağını rövnəqləndirən çoxsaylı müəllimlər içərisində öz xüsusi əzəməti ilə seçilən texnikumun direktoru Əhməd Rəcəbli idi. Bu əzəmətli şəxsiyyət bütün məktəbi ovsunlamışdı. Hərdənbir siniflərə gəlişi, nəhəng fizionomiyası, asta yerişi, işıq saçan gözləri fövqəladə təsir gücünə malik idi. O, şəxsi təşəbbüsü ilə texnikumun həyətində bağ, Pərzivanda təcrübə sahəsi yaratmışdır. Onun elmi mülahizələrinin hamısı təcrübədə öz əksini tapırdı. Məndə elmi yaradıcılığa yol açan bunlar idi".

 

Əhməd Rəcəblinin yüksək istedadını, dərin elmi biliklərini nəzərə alaraq rayonumuzda yenicə yaradılmış Sovetlər Birliyində yeganə olan fındıqtəmizləmə zavoduna məsləhətçi təyin edirlər. Bacarıqlı mütəxəssis rayon ölkə iqtisadiyyatında mühüm rol oynayan bu müəssisənin fəaliyyətinin genişləndirilməsində, ölkədə tanıdılmasında, yerli kadrların yetişdirilməsində müstəsna xidmətlər göstərir.

 

Əhməd Rəcəbli həmçinin kənd təsərrüfatının  gəlirli sahələrindən biri olan tütünçülüyün rayonumuzda geniş yayılmasında böyük rol oynayıb. Sovetlərin ilk illərində kollektivləşmə ilə əlaqədar ölkədə Azərbaycanda ilk kollektiv təsərrüfatlar kooperativlər yaradılırdı. Tütünçülüyün gəlirli sahə olduğunu rayonumuzun iqlim şəraitinə uyğunluğunu görən istedadlı aqronom rayonumuzda bu sahənin inkişafına da öz töhfələrini vermişdi. Məhz onun təşəbbüsü iştirakı ilə rayonumuzda "Zaqatala-Car tütünçüləri" yoldaşlıq kooperativi yaradılır. Ə.Rəcəbli uzun illər kooperativin inkişafına diqqət qayğı göstərir, təcrübəli aqronom kimi öz biliklərini yerli mütəxəssislərdən tütünçülərdən əsirgəmir.

 

Şəkil:Əhməd Rəcəbli 1937.jpg — Vikipediya

 

Hazırda Pərzivanda fəaliyyət göstərən zona təcrübə stansiyası da görkəmli alim Ə.Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə yaradılmışdı. İstedadlı alim 1937-ci ilin iyuluna kimi bu elmi müəssisəyə rəhbərlik edir. Ə.Rəcəbli Zaqatalada fəaliyyət göstərdiyi 14 il ərzində rayonumuzda şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində fəal iştirak etmişdir. 1935-ci ildə elmi-praktiki fəaliyyətindəki xidmətlərinə görə Ali Attestasiya Komissiyasının qərarı ilə Ə.Rəcəbliyə professor adı verirlər.

 

İstedadlı alimin sevincli günləri uzun sürmür. 30-cu illərin repressiyası Cümhuriyyət tələbəsi olan Ə.Rəcəblini qoynuna alır. 1937-ci ildə "İnqilab əleyhinə" fəaliyyətinə görə o, 8 il müddətində məhkum olunur Maqadana sürgün edilir.

 

Sibir sürgünündə olan Əhməd Rəcəbli orada da elmi fəaliyyətini davam etdirir, meyvəçiliyin gözəl nümunələrini yaradır.

 

Minlərlə ziyalımızın faciəsinə çevrilmiş 37-38-ci illər tufanının qurbanı olan Ə.Rəcəblinin ilk harayına çatanlardan biri sevimli şagirdi akademik İmam Mustafayev idi. O zamanlar respublikada müxtəlif məsul vəzifələrdə ləyaqətlə çalışan İmam müəllimin ciddi fəaliyyətindən sonra Ə.Rəcəbli, az bir müddətə olsa da, sürgündən azad edilir. Akademik bu barədə xatirələrində belə yazır: "Mən M.C.Bağırovun ovqatının xoş vaxtında Ə.Rəcəblinin sürgündən gətirilməsinə nail olsam da, az sonra yenidən geri göndərildi".

 

İmam müəllim sevimli müəlliminin elmi fəaliyyətini hər zaman yüksək  qiymətləndirir, onun tələbəsi olması ilə həmişə fəxr edirdi.

 

Azərbaycanın görkəmli dövlət xadimi, uzun illər bir çox rəhbər vəzifələrdə çalışmış (Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan KPMK-nın ikinci katibi, Dövlət Plan Komitəsinin sədri s.) professor Həsən Seyidov İ.Mustafayevlə bağlı xatirələrində yazır: "İmam müəllim söhbətlərində həmişə fəxrlə sevimli müəllimi Ə.Rəcəblini dünya şöhrətli seleksiyaçı-genetik alimlərdən biri kimi qiymətlədirirdi".

 

1945-ci ildə sürgündən qayıtdıqdan sonra o, Azərbaycan Elmi Tədqiqat Çoxillik Bitkilər İnstitutuna elmi işçi, sonra şöbə müdiri təyin edilir. Ancaq bu dəfə qara buludlar Ə.Rəcəblinin başı üstündə cövlan edir. Onu yenidən həbs edərək Cambula (Qazaxıstan) sürgün edilir. 1955-ci ildə Ə.Rəcəbli bəraət alır.

 

O, 1958-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmləri-Akademiyasının akademiki, bitkiçilik bölməsinin akademik katibi olub.

 

Akademik Əhməd Rəcəbli 1963-cü ildə Moskvada vəfat edib.

 

Respublika Nazirlər Kabinetinin 6 mart 1962-ci il tarixli fərmanı ilə Zaqatala Kənd Təsərrüfatı Texnikumuna akademik Əhməd Rəcəblinin adı verilib. Texnikum 2002-ci ilə kimi fəaliyyət göstərib. Respublika Nazirlər Kabinetinin 26 avqust 2002-ci il 140 saylı qərarı ilə Zaqatala Kənd Təsərrüfatı Texnikumu bazasında Zaqatala Dövlət İdarəetmə Texnologiya Kolleci yaradılıb.

 

Ölkəmizin paytaxtı Bakı şəhərindəki küçələrdən biri akademik Ə.Rəcəblinin adını daşıyır. Mənalı şərəfli ömrü nəsillərə nümunə olan Ə.Rəcəblinin əziz xatirəsi nəsillərin yaddaşında əbədi olaraq yaşayacaq.

 

Həşim İSMAYILOV

Pedaqogika üzrə fəlsəfə doktoru (Zaqatala rayonu Sumaylı kəndi)

 525-ci qəzet.- 2021.- 21 may.- S.11