"Yumşaq qüvvə" ilə terrora qarşı mübarizənin Azərbaycan modeli

 

 

Milli-mənəvi dəyərlərləri təbliğ etməklə terrora qarşı mübarizə aparmaq hazırda ən çox önəm verilən ictimai-siyasi taktikadır. Bu fikrə elmi dəstək qətiləşmişdir. Müasir kulturologiyada "yumşaq qüvvə" diplomatiyasının idarəetmə mədəniyyətinin innovasiyalı modeli kimi qəbul olunması problemin nəzəri bazasını əsaslandırmaqla yanaşı, kompleks humanitar təsir mexanizmlərinin sırasının genişləndirilməsi üçün yaxşı şərait yaratmışdır. Bütün bunlar müasir terrora qarşı mübarizədə həm güclü müdafiə platforması, həm əks-hücum cəbhəsi formalaşdırmağa imkanı verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "terrora qarşı mübarizəni terroru yaradan səbəblərə qarşı mübarizədən başlamaq lazımdır" fikri bu sahəyə dair elmi fikrin ölkəmizdə siyasi mövqedən dəstəkləndiyini göstərir.

 

Ümumiyyətlə, terrorun mənşəyində cəmiyyətin mədəni - psixoloji tənəzzül faktı durur. Bu prosesdə məhz humanitar amillərin erroziyası həlledici rol oynadığından, ona qarşı mübarizədə humanitar dəyərlər kompleksinin (HDK) ön sırada durması qanunauyğundur. Bu kontekstdən çıxış edən müasir Azərbaycan antiterror düşüncəsinin öz antiterror mübarizəsini aşağıdakı istiqamətlər üzərində formalaşdırdığını görmək mümkündür:

 

Xalqın yaşayışını yaxşılaşdırmaq həyat eşqini yüksəltmək;

 

Vətəndaşda öz milli keçmişi, ictimai-humanitar yaddaşı ilə qürur duymaq hissini daha da gücləndirmək;

 

Vətən tarixinə onun siyasi-iqtisadi coğrafiyasına sahib çıxmaq;

 

Vətənin müstəqilliyi milli dövlətçilik ənənəsinin davamlılığı uğrunda çalışmaq, onun daimiliyi, böyük dövlət quruculuğu yolunda mübariz olmaq;

 

Tolerantlıq vicdan azadlığı ideyalarını ümumyaşam səmimiyyəti olaraq gündəlik həyatda yaşamaq yaşatmaq tərbiyəsinə əsaslanmaq;

 

Beynəlxalq antihumanist siyasətə qarşı əks-təsir elementlərinin humanitar bazasını genişləndirmək zənginləşdirmək;

 

Mənsub olunduğun mədəniyyəti həm ölkə daxilində, həm xarici aləmdə "könülləri fəth etmək" məntiqilə təbliğ etmək.

 

Hazırda dövlətin böyük güclü olması məntiqi onun təbii ehtiyatlarının zənginliyi, əhalisinin say çoxluğu silahlanma dərəcəsindən daha çox HDK-nın gücünə söykənir. Müasir Azərbaycan antiterror modeli belə bir dövlətçilik fəlsəfəsinə söykənərək, onu terrora qarşı mübarizədə qalib taktikaya çevirmişdir. Azərbaycan Respublikasının antiterror doktrinasının da fəlsəfəsi bunun əyani göstəricisidir. Həmin doktrinanın məzmununu belə sistemləşdirmək mümkündür:

 

Sosialyönlü dövlət büdcəsi formalaşdırmaq;

 

Ölkənin təbii ehtiyatlarını sosial-siyasi müstəvidə fəal tutmaq;

 

Faydalı təbii ehtiyatlar kapitalını insan kapitalına çevirmək;

 

Milli koda sadiq qalmaq ictimai-siyasi münasibətlərdə onun potensialından faydalanmaq.     

 

"Hərb sülh" ideallarını paralel daşıyan Azərbaycan dünyaya baxışının əsasları onun müasir antiterror siyasətinin Azərbaycan mədəniyyətinə uyğun tələblərlə aparıldığını təsdiq edir. Bunun ən real ifadəsi Ermənistan - Azərbaycan münaqişəsi ətrafında cərəyan edən siyasətdə Azərbaycan tərəfinin dinc formatlara üstünlük verməsi faktından görünür. Bu məntiq Azərbaycan "yumşaq qüvvə" modelinin məğzini təşkil edir Azərbaycan hərb fəlsəfəsinin "müdafiə" konsepsiyasına bağlılığını göstərir. Bu, şəri hadisələrə qarşı qədim Azərbaycan mifik təfəkküründəki təbiət insan münasibətlərindən qabaran müqavimət göstərmək hissindən, ölməzlik, gəncləşmək eşqi, "dirilik ağacı", "qızıl alma" inamından çıxış edərək insan insan, cəmiyyət insan, eləcə ictimai-siyasi münasibətlərin növbəti inkişaf mərhələlərində özünü büruzə verən özünümüdafiə instinktinin təkamülü prosesi kimi xalqın ruhuna hopmuş bu günədək gəlib çatmışdır. Buna görə Azərbaycan Respublikasının Hərbi doktrinasının müdafiə fəlsəfəsi ilə biçimlənməsi təbii qəbul edilir.

 

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının terrora qarşı mübarizəsində "yumşaq qüvvə" modeli dövlət siyasəti ilə sıx bağlıdır. Bu modelin həm beynəlxalq, həm daxili siyasət istiqamətində paralel tətbiqi terror təhdidlərinin qarşısının alınmasında öz səmərəsini göstərməkdədir.

 

Azərbaycan "yumşaq qüvvə" modelinin potensialını daha da artırmaq üçün qeyri-hökumət strukturlarının da fəallığına xüsusi diqqət yetirir. Respublikadakı Analitik təhlil mərkəzləri, AMEA-nın humanitar-ictimai elm sahələri üzrə institutları həm "yumşaq qüvvə"nin yeni forma məzmununu işləyib hazırlayır, həm onun tətbiqi işində yaxından iştirak edirlər. Bu sahədə Azərbaycan mədəniyyəti məhsullarının əyləncə, hədiyyə, süvenir, ticarət deyil, ideya daşıyıcısı, tərbiyə vasitəçisi, milli tarixi yaddaşın daşıyıcısı aspektində tətbiqinə nail olmaq düşüncəsi üstünlük təşkil edir.

 

Dövlətin öz sərhəd zonalarında komfortlu həyat şəraiti yaratmağa xüsusi diqqət yetirməsi ölkənin yeni mədəni obrazının, sosial-iqtisadi inkişaf səviyyəsini əyani göstərmək məqsədinə əlavə dəstək forması olmaqla bərabər, terrorçuluğa meylin qarşısını almaqda da öz təsirini göstərir.  Azərbaycanda Novruz Qurban bayramlarının, Yeni il tədbirlərinin müxtəlif etnik-din nümayəndələr, əcnəbi qonaqlarla birgə keçirilməsi, həmçinin, Respublikanın vətəndaşı olan qeyri-ənənəvi din mənsublarının mənəvi tələblərinin həssaslıqla nəzərə alınması, dövlətin onlara maddi yardım göstərməsi, yerli KİV-in bu istiqamətdə informasiya genişliyi təminatı yaratması Azərbaycanda "yumşaq qüvvə" modelinin tərkibini zənginləşdirən əsaslardandır.

 

Xarici ölkədə Azərbaycan mədəniyyət ticarət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, Davos iqtisadi görüşləri, "Asan xidmət", "Made in Azerbaijan" digər bu kimi milli sosial brendlərin təbliği, filologiya məsələlərinə, aktual ictimai-siyasi mövzulara dair konfranslar, teatr, musiqi günlərinin (həftələrinin) keçirilməsi, incəsənət qastrolları, sərgilərin təşkili, ortaq tarixə mədəniyyətə, güclü strateji tellərlə bağlılığa malik dövlətlərin müvafiq qurumları ilə birlikdə tele-radio verilişlərinin hazırlanması yayımlanması bu qəbildəndir.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların, əlil olanların şəhid düşənlərin ailələrinin ehtiyaclarına dəstək fondunun ("YAŞAT" Fondu) təşkili, həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin dövlət tərəfindən qarşılanması, şəhid övladları üçün mədəni istirahət düşərgələrində təhsil idman təlimlərinin keçirilməsi ölkədə terrogen şəraitin yaranma perspektivinə qarşı güclü mövqe formalaşdırır.

 

Ana dilinin kütləviləşdirilməsi, təhsilə marağın artırılması, əcnəbilərin Respublikada təhsil almağa həvəsləndirilməsi istiqamətindəki çalışmalar Azərbaycanın "yumşaq qüvvə"sinin yeni variasiyalarından hesab olunur. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq xüsusi qeyd olunması "yumşaq qüvvə" üçün yenixüsusi əlaqələrin genişləndirilməsinə güclü təkan verir. Bunlar Azərbaycan modelinin tərkibində terrorçu düşüncənin qarşısını alan istiqamətlər kimi özünü göstərir.

 

Ölkənin  KİV, dövlət və özəl TV və radio kanallarının idman yarışlarının, o cümlədən, etnoqrafik məzmunlu qədim idman növlərinin yenidən canlandırması millətin və onun dövlətinin imicini formalaşdırmaqda xüsusi əhəmiyyət daşıyır. Bu sahəyə aid innovatik yeniliklərin: milli koloritli suvenirlərin hazırlanması, hədiyyə edilməsi (xalça, milli mətbəxt aksessuarları, çovqan və nərd oyunu, cıdır yarışları üçün zəruri əşyalar, Novruz bayramının əlamətlərini ifadə edən folklor amilləri, Atəşpərəstlik elementlərinin təbliği s.), beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində (Bakı prosesi, tolerantlıq günü, multikultralizm ili, islam mədəniyyəti paytaxtı, folklor paytaxtları, beynəlxalq yubileylər, mədəniyyət və incəsənət günlərinin, kino-film festivallarının, etnikklassik musiqi müsabiqələrinin təşkili və s.) müxtəlif tədbirlərin keçirilməsi, ümumiyyətlə, bu formata uyğun humanitar xarakterlərin qabardılması Azərbaycanın terrora qarşı mübarizəsində "yumşaq qüvvə" modelinin ideoloji əsasını təşkil edir.

 

Azərbaycanın terrora qarşı mübarizə modeli başqa dövlətin daxili işinə qarışmamağı bəyan edir. Və özünə münasibətdə də xarici "yumşaq qüvvə"lərdən bunu tələb edir.

 

Azərbaycanın antiterror modelinin digər ən vacib özəlliyi isə odur ki, mübarizənin müəyyən mərhələsində "yumşaq qüvvə" "sərt qüvvə"nin tətbiqini istisna etmir. Bunu erməni dövlət terroru üzərində 2020-ci ildə qazanılan qələbə tam təsdiq etdi. 

 

Bütün bunlar Azərbaycan antiterror modelinin böyük potensialını və təcrübədə özünü doğrultmasını göstərməklə yanaşı, örnək olmaq xarakterindən də xəbər verir.

 

 

Elçin CABBAROV,

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 2 noyabr.- S.13.