Naxçıvan faunasının unikallığı: zənginlik və rəngarənglik

 

Naxçıvan Muxtar Respublikasının İranla (Araz çayı boyu), Ermənistan (Zəngəzur Dərələyəz silsiləsi) Türkiyə ilə həmsərhəd - unikal bir məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirib. Qədim sivilizasiyaların mədəniyyətlərin yaranma mərkəzi kimi bu diyar vəhşi təbiətin xeyli sayda növlərinin - bəbir, manul pişiyi, dağ keçi, dağ qoyunlarının müxtəlif bitkilərin yaranmasının təkzibedilməz mərkəzlərindən biridir. Onun təbii zənginliyinin qorunması artırılması bu müqəddəs diyarda yaşayan indiki gələcək nəsillərin başlıca borcudur.

 

1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə "Arazboyu" Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə "Arpaçay" Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı da yaradılıb. Bu cür ərazilərin yaradılmasının əsas məqsədi burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir.

 

Azərbaycan biomüxtəliflik baxımından dünyada zəngin ölkələrdən biridir. Ərazimizdə faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya reptililərin 67 növ yarımnövü, həşəratların isə 15 minə yaxın növünü özündə cəmləşdirir ki, bunların da ümumilikdə 60 faizdən çoxu Muxtar Respublika ərazisində yayılıb.

 

Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ ya yarımnövə Zəngəzur Milli Parkının Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılıb. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi sairə rast gəlmək mümkündür. Zəngəzur Milli Parkının Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali nadir bitkilərə görə zəngindir. Belə ki, muxtar respublika ərazisində bitən 110 növ ali nadir bitkidən 77 növü Milli Parkın Yasaqlığın ərazisində mövcuddur.

 

Naxçıvan Muxtar Respublikasının belə zənginliklərindən, gözəlliklərindən biri burada bezoar - dağ ya qaya keçilərinin min illər boyu yaşamıdır. Bu nadir heyvanlar demək olar ki, Azərbaycan Respublikası ərazisində təkcə muxtar respublika ərazisində yaşamaqdadırlar.

 

Bezoar ya qaya keçisi dünyada milyonlarla insanın iqtisadiyyatının əsasını təşkil edən əhli keçilərin əcdadı hesab edilir. Dağ keçisi yer üzərində keçi cinsinə aid yayılmış 9 növdən biridir. Bu növlərdən Azərbaycan Respublikası ərazisində 2 növünün Dağıstan turu dağ keçisinin yayıldığı qeyd edilib. Onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində isə bir növü - dağ ya bezoar keçisi yaşayır.

 

Başqa növ keçilərlə müqayisədə kiçik ölçülü heyvanlar olub bədənin uzunluğu 140-160 sm, süysününə qədər hündürlüyü 80-85 smqədərdir. Erkəklərin diri çəkisi 40-45 kq (maksimum 60-70 kq), dişilərinki 26-30 kq-dır.

 

Bədən quruluşu keçi cinsinin başqa növlərində olduğu kimi yüngüldür. Başında düz burnu, xüsusən erkəklərdə nəzərəçarpacaq dərəcədə qabarıq alnı vardır. Bezoar keçisinin buynuzlarının səciyyəvi xüsusiyyəti - ön daxili kənar boyunca iti qabırğanın olması ön alın bucağının olmamasıdır. Buynuzları qövsşəkilli ya qılıncvari arxaya əyilsə , əyilmə çox güclü olmayıb 35-40 dərəcə altında yanlara açılır. Yayda belinin böyürlərinin rəngi qırmızımtıl ya kürən-qonur, bəzən kürən-boz, qışda isə bozumtul qonur ya açıq-şabalıdı-kürən olur.

 

Dağ keçilərinin yaşama müddəti 15-20 il arasındadır. Cütləşmə dövrü noyabr ayının ikinci ongünlüyündən başlayaraq dekabr ayının ortalarına qədər davam edir. Bu vaxt törədici təkələr arasında döyüşlər, qalib gələn güclülər bu işi yerinə yetirirlər. Çoxalma dövrü qurtardıqdan sonra yaşlı güclü təkələr qruplar halında gəzirlər. Keçilər isə yeni doğulmuş balaları 3 yaşa qədər erkəklərlə birlikdə sürü halında yaşayırlar. Ortalama 5 ay davam edən boğazlıq dövründən sonra əsasən may ayında balalar doğulur, balalarının əmizdirmə dövrü 4-5 ay davam edir 1,5 yaşında cinsi yetişkənliyə çatırlar.

 

 

 

Naxçıvan MR ərazisində dağ keçiləri əsasən dəniz səviyyəsindən 900-3000 metr hündürlük arasında sərt qayalıq ərazilərdə təsadüf edilir. Ağac, kol yarpaqları, müxtəlif növ otlarla və yabanı meyvələrlə qidalanırlar. Dağ keçiləri günün işıqlı vaxtları fəaldırlar, günün sübh çağından axşam qaranlığına qədər ərazidə yayılırlar. Günün isti vaxtları qaya kölgəsində, ağaclar arasında yatıb dincəlirlər.

 

Növün müasir arealı Kiçik Asiyanı, Qafqazı, İranı, Cənubi Türkmənistanı əhatə etməklə şərqdən Qərbi Çinə qədər uzanır. Baş Qafqaz silsiləsinin şimal yamacları boyunca bu keçi Dağıstanda, cənubda isə Girdimançaydan Gürcüstana qədər rast gəlinirdi. Hal-hazırda Böyük Qafqazda demək olar ki, onlara rast gəlinmir. Kiçik Qafqazda Şahdağ və Murovdağın şimal yamaclarında, Qarabağ yaylasında Laçın və Kəlbəcər rayonlarında qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dərəlyəz və Zəngəzur dağlarının bütün hündürlüklərində yayılıb Kotam, Gənzə vadilərində, Nehrəmdağ, Darıdağ, Haçadağ, Nəsirvaz silsiləsi və sair ərazilərdə xüsusilə çoxsaylıdır.

 

Muxtar Respublikada ova qoyulan qadağalar və qorunmanın düzgün təşkili nəticəsində bezoar keçilərinin baş sayı xeyli dərəcədə artım müşahidə olunur. Beynəlxalq təşkilat olan WWF-lə (Ümumdünya Vəhşi Təbiət Fondu ) birlikdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları son 15 ildən artıq apardıqları elmi tədqiqat işlərinin nəticələri də bir daha bunu sübut edir.

 

İsmayıl MƏMMƏDOV

Biologiya elmləri doktoru, dosent

 

Pərviz FƏTULLAYEV

Aqrar elmlər üzrə  fəlsəfə doktoru, dosent

(AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları)

 

525-ci qəzet.- 2021.- 2 noyabr.- S.11.