Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim kolleksiyası təqdim olundu
Oktyabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva bildirib ki, Zəfər Günü ərəfəsində doğma Türkiyədə də bayram əhval-ruhiyəsi vardır. Bu gün Türkiyə Cumhuriyyət Bayramının 98-ci il dönümünü qeyd edir. Bu münasibətlə Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının simasında Türkiyə dövlətini və xalqını təbrik edirb.
Məlik
Rzadan yeni hekayə: Yaşıl
“Castle
Falls” filminin treyleri yayımlanıb
Tofiq Bayramın oğlu vəfat etdi - Foto
Kolleksiyada nümayiş etdirilən
milli geyimlərin mədəniyyətimizdə xüsusi
yeri olduğunu vurğulayan Günay Əfəndiya deyib: “Bu kolleksiya bir tarixdir, çünki, özündə Qarabağın
12 tarixi şəhərini
birləşdirir. Kolleksiyanın hər bir geyimi
Qarabağın bir bölgəsini təcəssüm
edir və sanki, həmin bölgənin canlı obrazını yaradır.
Təqdim olunan kolleksiya Azərbaycan xalqının yaddaşından
silinməyən bir izdir, türk dünyasının ən
qədim yazılı
abidələrindən biri
olan “Kitabi-Dədə-Qorqud”
dastanından başlayaraq,
yüzilliklər ərzində
formalaşan milli adət-ənənələrin bərpası, mənəvi
dəyərlərin yaşadılması,
muğamların oxunması,
qəzəllərin, rübailərin
səslənməsidir.”
Qeyd edib ki, o zamanlar
Ağabəyim ağa,
Xurşidbanu Natəvan
kimi Qarabağın ziyalı qadınları gözəl ornamentlərlə,
naxışlarla, xüsusi
elementlərlə bəzədilmiş,
xalq yaradıcılığının
bədii xüsusiyyətlərini
özündə əks
etdirən libaslardan istifadə etmişlər.
“Bu kolleksiya Qarabağın qayıdışına, bu
unudulmaz hissləri bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza,
şəhid və qazilərimizə bir ithafdır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva
bildirib ki, kolleksiyanın tarixi bir gündə təqdim edilməsi rəmzi məna daşıyır. Qeyd edib ki, bir
il bundan
öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər işğal altında qalan torpaları azad edərək Qarabağın tarixində
yeni bir səhifə açıb.
İndi Şuşa
və Qarabağın
digər rayonlarında
quruculuq işləri aparılır, genişmiqyaslı
layihələr həyata
keçirilir. Uzun illər
düşmən vandalizminə
məruz qalan ərazilərin bərpası
ilə yanaşı mədəni tədbirlər
də keçirilir.
Qarabağın zəngin mədəni irsində geyimlərin xüsusi yeri olduğunu deyən Sevda Məmmədəliyeva
bildirib ki, geyimlər hər bir xalqın mədəniyyəti ilə
sıx bağlıdır. Geyimlərdə xalqın adət-ənənələri,
dünya görüşü,
yaradıcılığı, milli təfəkkürü
öz təsdiqini tapır. Azərbaycanda qadım libasları,
kələğayılar əlvan
rənglərilə seçilib.
Bu geyimlər Azərbaycan xalqının
qiymətli xəzinəsi,
əsrlərdən qalan
sərvətidir. O, Gülnarə
Xəlilovaya “Qarabağ”
kolleksiyasını hazırladığı
üçün təşəkkür
edib və yaradıcılıq işində
uğurlar arzulayıb.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri,
modelyer-dizayner, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Gülnarə Xəlilova söyləyib:
“Apardığımız müşahidələr
onu deməyə əsas verir ki, Azərbaycanın milli geyimində Qarabağ libasları xüsusi yer tutur. Qarabağın geyim mədəniyyəti
bizim milli-mənəvi
və maddi dəyərlərimizin ayrılmaz
tərkib hissəsidir”.
Bildirib ki, “Qarabağ” kolleksiyasının
tarixi Zəfər Günü ərəfəsində
təqdim edilməsində
məqsəd Azərbaycanın,
ümumilikdə bütün
türk dünyasının
ayrılmaz parçası
olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha
geniş auditoriyaya çatdırmaqdır.
Sonra “Qarabağ”
geyim kolleksiyası nümayiş
olunub.
525-ci qəzet.- 2021.- 2 noyabr.- S.9.