Naxçıvanın təbii sərvəti:
nadir bitki növləri
Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii
şəraiti, oroqrafiyası,
torpaq örtüyü
və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq diyar olub, Kiçik Qafqazın cənub-qərb
qurtaracağında yerləşir. Aparılan
son tədqiqatlara əsasən,
ərazi florasında
160 fəsilə 910 cinsə
mənsub 3020 bitki növü olduğu müəyyən edilib. Muxtar respublikanın Zəngəzur
Milli Parkı ərazisinə daxil olan Ordubad rayonu
Kotamdağ vadisi özünün zəngin
və nadir bitki örtüyü ilə fərqlənir.
Burada əsasən
petrofil (qaya-töküntü)
bitkiliyinin nadir növlərinə
rast gəlmək olur. Onlardan Azərbaycanın
və eləcə də Naxçıvanın
"Qırmızı Kitab"ına düşən
və eləcə də "Azərbaycan Respublikasının Qırmızı
Kitabı"ının gələcək
nəşrlərinə daxil
edilməsi məsləhət
görülən nadir növlər
yayılıb. Aparılan tədqiqatlar
nəticəsində ərazi
florasında 50-dən çox
nadir bitki növü müəyyən edilmişdir.
Aşağıda adları çəkilən
bu növlərin əksəriyyəti dərman,
və dekorativ, bəziləri isə qida əhəmiyyətlidir.
Dərman
əhəmiyyətli növlər
- Dufresniya valerianotu - Valerianella dufresnia Bunge, Şüvərənyarpaq pişikotu
- Valeriana sisymbriifolia Vahl, Dərman seteraxı - Ceterach officinarum Willd, Venera saçlı adiant - Adiantum capillus-veneris L, Adi ardıc - Juniperus communis, Agıriyli ardıc-Juniperus foetidissima
Willd. Hündür ardıc - Juniperus
excelsa M. Bieb., Kiçik qıfotu - Vinca minor L, Otvari qıfotu - Vinca herbacea Waldst. &
Kit, Gürcü doqquzdonu-Lonicera
iberica L, Əyilən
tozağacı - Betula
pendula Roth, Aşı
sumaxı - Rhus coriaria L, Boz albalı - Cerasus incana (Pall.) Spach, Dərman qıjısı-Nastutium
officinale R.Br, Adi əncir-Ficus carica L, Adi nar - Punica
granatum L, Kox şamı - Pinus kochiana Klotzsch ex K.Koch L, İzopironlu qaraqaytaran-Thalictrum isopyroides
C.A. Mey, Boylu acılıq - Ephedra procera Fisch. & C.A. Mey, Adi qaratikan
- Paliurus spina-christi
Mill, Kolvari jasmin-Jasminum
fruticans L, Qafqaz dağdağanı - Celtis
caucasica Willd, bu bitkilər tibdə və xalq təbabətində müxtəlif xəstəliklərin
müalicəsində istifadə
edilir.
Dekorativ növlər - Florens tülpanı - Tulipa florencky Woronov, Qafqaz süsəni - İris caucasica Hoffm, Fars süsəni-İris
persica L, İkiçiçək
tülpan-Tulipa biflora
Pall, Gmel. ex Schult. et Schult.f, Şərq qərənfili
- Dianthus orientalis Adams, Qafqaz
dağdağanı-Celtis caucasica
Willd, Turnefor dağdağanı Celtis tournefortii Lam., Mişenko zümrüdçiçəyi-Scilla mischtschenkoana Grossh., Qafqaz zümrüdçiəyi
- Scilla caucasica Miscz., Hohenger südotu - Polygala hohenackeriana
Fisch. &C.A. Mey, Xəzər nonea - Nonea caspica
(Willd.) G. Don, Dərələyəz
zəngçiçəyi - Campanula daralaghezica (Grossh.) Kolak.
& Serdyuk., Zəngəzur zəngçiçəyi- Campanula zangezura (Lipsky) Kolak. & Serdyuk,
İriçiçək xöstək
- Caragana grandiflora (M.Bieb.) DC, Sirkənvari
həlməl - Zygophyllum
atriplicoides Fisch.
& C.A. Mey, Qafqaz
qayaotu - Sempervivum caucasicum Rupr. ex. Boiss, Gözəl
Vaviloviya - Vavilovia formosa (Steven) Fed, Kürd laləvəri - Fritillaria kurdica Boiss. &
Noe, Qafqaz laləvəri - Fritillaria caucasica Adams, Akaka soğanı
- Allium akaka S.G, Mahaleb meşə albalısı - Padellus mahaleb (L.) Vass., Xırdameyvə
bulaqotu - Veronica microcarpa
Boiss, Adi qaratikan - Paliurus spina-christi Mill., Kütyarpaq
püstə - Pistacia mutica Fish.et C.A.Mey, Şərq çinarı
- Platanus orientalis L, Boissiyer şəbbugülü
- Matthiola boissieri Grossh., Güldəfnəvari
argirolobium -Argyrolobium trigonelloides Jaub. & Spach, Gözlənilməz
qargasoğanı-Gagea chomutovae
(Pascher) Pascher, Görkəmli çiriş
- Eremurus spectabilis M. Bieb, Kolvari jasmin-Jasminum
fruticans L, Meyer zuvandası
- Zuvanda meyeri (Boiss.) Askerova, Çoxbölümlü biberşteyn - Biebersteinia multifida DC.
Qida əhəmiyyətli
növlər - Mişenko
zümrüdçiçəyi-Scilla mischtschenkoana Grossh, Gövdəsiz çaşır
- Prangos acaulis (DC.) Bornm, Aşı sumaxı
- Rhus coriaria L, Boz albalı - Cerasus incana (Pall.) Spach, Adi nar - Punica
granatum L, Görkəmli
çiriş-Eremurus spectabilis
M. Bieb., və s. bura daxildir.
Gəlin
Ulu Tanrının bizə bəxş etdiyi, bizim sağlamlığımızı
qoruyan bu qiymətli və nadir sərvətimizi qoruyaq!
Namiq ABBASOV
AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu
"Bitki sistematikası" şöbəsinin
müdiri, dosent
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.22.