Oqtay Rzanı anarkən...

 

Oqtay Rza Salyan torpağına, ümumiyyətlə, Azərbaycana şöhrət gətirən şairlərdən olub. Fikirləşirəm ki, bu məhəbbət haradan idi? Dəfələrlə müxtəlif məclislərdə, poeziya yığıncaqlarında iştrak etmişdik. Arada zarafatla deyirdik ki, Oqtay müəllim əməkdar salyançıdır, həm azərbaycançıdır. O, dəvət gözləməzdi, tədbirlərdə kefinə düşəndə Əliağa Kürçaylıdan, Xəlil Rzadan, Aşıq Pənahdan, Ağacavad Əlizadədən gen-bol danışar, onların sevgiyə, məhəbbətə layiq obrazını yaradardı. Bir dəfə şeirlərinin birində yarızarafat, yarıciddi yazmışdı:

 

...İndi mən qalmışam

o beş nəfərdən.

 

Onlar Oqtay müəllimlə birgə yaşayan nəslin nümayəndələri idilər. O dörd nəfər dünyasını dəyişəndə özündə bir mənəvi yetimlik hiss edirdi, üzə vurmurdu, şirin-şəkər şeirləri ilə bu boşluğu aradan qaldırmaq istəyirdi.

 

Bu dünyadan Oqtay Rza da gəlib getdi. Hələ elə bir adam tanımıram ki, onun adı ilə yanaşı "Allah rəhmət eləsin" sözlərini işlətməsin. Qırxı günü Salyanda qəbri üstünə toplaşmışdıq. Tanımadığım bir nəfər yaxınlaşıb tanışlıq verdi: şair Zöhrab Qəmli. Dedi ki, şeir yazmışam, istərdim baxasız. Qoşa vərəqə əllə yazılmış şeirləri götürdüm, söz vermədim ki, hardasa dərc etdirəcəyəm. Amma elə şirin yazılmışdı ki, bu şeiri Oqtay Rza ruhuna ehsanat sandım.

 

Noyabrın 2-də Oqtay müəllimin ad günü idi. Gəlin o şeirlə biz tanış olaq, müəllifinə təşəkkür edək.

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.- 2021.- 3 noyabr.- S.19.