Oqtay Rzanın ölümünə...
Ölüm karvan kimi baş alıb gedir,
Ömür kərpicindən daş
alıb gedir,
Ağlayan gözlərdən yaş
alıb gedir,
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Həyat
pəncərədir, baxıb,
gedirsən,
Ölüm libasını taxıb, gedirsən.
Qaranlıq məzara axıb, gedirsən.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Ömür çata bilmir, uca yüzlərə.
Ömürdən nə qalır, belə bizlərə?!
Kəfən örtük olur, solan üzlərə.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Kəfənin üstündə qara
göndərib,
Səni
məzarında dara göndərib,
Allahım gör səni, hara göndərib?
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Şirin
nəğmələri dillərdən
soruş,
Baharın ətrini güllərdən
soruş,
Sən öz qiymətini ellərdən
soruş.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Məzardan dön bəri,
üzünə bir bax,
Zöhrabın qəlbinin gözünə
bir bax.
Səninçin ağlayan gözünə
bir bax.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Çəkib ürəyini dara
torpağım,
Səni tez apardı, hara torpağım?!
Yastığın, yorğanın qara torpağım.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Neçə ürəklərdə sözün qalardı,
Alovu sönməyən gözüm
qalardı,
Yaşamaq dalınca gözüm
qalardı,
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Sonuncu mənzilə çatmısan,
indi,
Qaranlıq zülmətə batmısan,
indi,
Soyuq məzarında,
yatmısan, indi.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi
layla çalır, məzarın sənə!
Ürək məzarında indi
dardadır,
Həmişə gözlərim səni
sardadır,
Sənə layla çalan, anan hardadır?!
İndi
layla çalır, məzarın sənə!
Zöhrab
yaxşı bilir, köçəri quşdur,
Ömrü əvvəl-axır, ölümə tuşdur,
Soyuq məzarının
yazıda, qışdır.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla
çalır, məzarın sənə!
Zöhrab QƏMLİ
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.19.