Nizaminin "Yeddi gözəl"i İslamda 7-nin sirri

 

 

Nizaminin ədəbi-bədii irsi uzun əsrlərdən bəri dünyanın bir çox tədqiqatçılarının diqqətini özünə cəlb edib onun əsərləri bir sıra elm sahələrinin mütəxəssisləri tərəfindən müxtəlif aspektlərdən araşdırılıb. Lakin soyuq ürəklə, sevgisiz, məhəbbətsiz bitib tükənməz xəzinəni, dərinliyi dürlə, gövhərlə dolu ümmanı xatırladan Nizami Gəncəvinin poetik dünyasına daxil olmaq, oradan müəyyən pay götürmək, alnıaçıq, üzüağ geri qayıtmaq mümkün deyil. Nizamiyə olan məhəbbət müxtəlif mərhələlərdən keçərək formalaşıb zaman ötdükcə mənim üçün adi estetik duyğulardan ali mənəvi keyfiyyətə, dərk olunmuş məfkurəyə, ideala, amala çevrilib. Ağıl, yaş, idrak səviyyəsinə görə hər bir nəslin öz Nizamisi var. Lakin kamil insan konsepsiyasını yaradan Nizami Gəncəvi yaradıcılığı insanın bütün yaş dövrlərini özündə ehtiva edir.

 

"Təlim-ədəb verdi ki, insan adı daşıyam" deyən Nizami Gəncəvinin nəzərində insan yer üzünün əşrəfi olmaqla yanaşı, varlığa yeni məna verən özünün mövcudluğu ilə digər canlıların da həyat tərzinə təsir göstərən güclü bir qüvvədir. Burada insan özünün ictimai təkamülü ilə yeni bir aləmin - insanlığın mənəvi dünyasının yaradıcısı, yüksək intellektə malik fəal sosial varlıq kimi təsvir edilir.

 

Ümumiyyətlə, yaradıcılıq xətti boyu Nizami Gəncəvi irsini insanın əməli mənəviyyatının məzmunu, xarakteri maraqlandırmışdır. Nizaminin yaradıcılığı bir çox alimlər tərəfindən tədqiqat obyekti kimi seçilsə , onun yaradıcılığında tədqiqata cəlb olunacaq istiqamətlər hələ öz aktuallığını itirmir.

 

"Yeddi gözəl" poeması Nizami Gəncəvinin yeni insan axtarışlarıdır. Çünki bu poema şair tərəfindən yalnız hökmdar surətinin əks olunması ilə yaradılmamışdı. Poemada Bəhram aparıcı qəhrəman olsa da, əsərin süjetini yeddi gözəl təşkil edir. Poemanın əvvəlində Bəhramın anadan olması, Yəmənə göndərilməsi təsvir olunur. Bütün bu hadisələr axını Bəhramı yeddi gözələ yaxınlaşdırır. Bəhram bir müddət atasının ölümü ilə əlaqədar yeddi gözəli unutmuş olsa da, əslində, hadisələr onların ətrafında cəmlənir.

 

Məqsədimiz "Yeddi gözəl" poemasını təhlil etmək deyil, Nizami Gəncəvi yaradıcılığında yeddi rəqəminə tez-tez müraciət simvollarla dolu, "Xəmsə"yə (beşliyə) daxil olan bu əsərin bir sıra mistik xüsusiyyətlərini araşdırmaqdır. Yeddi rəqəmindəki sirr, müqəddəslik nədir? Sadalamaya fikir verək: Göyün yeddi qatı, yerin yeddi qatı, həftənin yeddi günü, göy qurşağının yeddi rəngi, insanın yeddi bədəni var. "Quran"ın "Əl-Fatihə" (kitabı açan) surəsi yeddi ayədən ibarətdir. Allah-təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir, Peyğəmbər səllallahu aleyhi səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissəlama göndərdiyi kimi yeddi illik aclıq göndərməklə ona kömək etsin, Yusif peyğəmbərin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı yeddi idi sədəqənin savabı yeddi yüz dəfə bundan çox artırılır sair.

 

Çoxsaylı funksiyaya malik olan yeddi rəqəmini müxtəlif istiqamətlərdə araşdırmaq olar. Yeddi rəqəmi yalnız İslam dinində müqəddəs hesab olunmur. Digər dinlərdə (xristian, buddizm) yeddi rəqəmi öz müqəddəsliyini qorumaqdadır. İstər xristian, istərsə buddizm dinində yeddi rəqəminin özünün spesifik açıqlamaları var. Lakin biz digər dinlərdə deyil, yalnız İslam dinində bunun dərinliyinə varmağa çalışacağıq. Çünki burada inam etiqad kultu özünü sərgiləyir.

 

 

 

Yeddi rəqəminin xüsusiləşdirilməsi Allah-təalanın möcüzəsi ilə bağlıdır. Dünya altı günə xəlq olunsa da, Allah-təala insanın yaradılışını yeddi mərhələdə tamamlayır. Yeddinci gün hər şey tamamlanır. Həftənin yeddi günü var. Bu günlərin hər biri dini nəzərdən on dörd məsumlara aiddir. O günlər Həzrətlərin adı ilə bağlıdır. İmam Əliyyən Nəqidən (ə) bir mötəbər hədisdə belə rəvayət olunur: Şənbə - həzrət Peyğəmbərin (s) adı ilə, Bazar - həzrət Əlinin (ə) adı ilə, Bazar ertəsi - imam Həsən imam Hüseyn (ə) adı ilə, Çərşənbə axşamı - imam Zeynəlabidin (ə), imam Məhəmməd Baqir (ə) imam Sadiqin (ə), Çərşənbə - imam Museyi Kazımın (ə), imam Rza (ə), imam Məhəmməd Taqi (ə) imam Əliyyən Nəqinin (ə) adı ilə, Cümə axşamı - imam Həsənin (ə) adı ilə, Cümə günü - imami-Zamanın (əc) adı ilə bağlıdır.

 

Altı günə xəlq olunmuş bəşəriyyətin varlığı yeddinci günündə tam halını alır bu günlərin hər biri on dörd məsuma aid olduğu üçün yeddi rəqəmi müqəddəs hesab olunur.

 

Əsl həqiqətdə isə bu hadisə (yəni yeddi rəqəminin müqəddəsliyi) Məhəmməd peyğəmbərin (s) "Merac"ı ilə bağlıdır. Bildiyimiz kimi, Merac çıxmaq, yüksəlmək deməkdir. Quranda bu hadisə "İsra" adlanır. "İsra" - gecə gəzintisi deməkdir. İslamın tarixinə istinadən məlum məsələdir ki, Allah-təala Məhəmməd peyğəmbərə Cəbrayıl əleyhissəlam vasitəsilə "Büraq" adlı at göndərmiş Məhəmməd peyğəmbər bu atın vasitəsilə göyə qalxmışdır. Səmada isə peyğəmbərimiz yeddi qatdan keçmişdir. Peyğəmbərimiz hər qatdan keçdikcə bir müqəddəslə rastlaşmışdır:

 

1-ci qatda (səmada) - Adəm əleyhissəlama

2-ci qatda - Yəhya İsa əleyhissəlama

3-cü qatda - Yusif əleyhissəlama

4-cü qatda - İdris əleyhissəlama

5-ci qatda - Harun əleyhissəlama

6-cı qatda - Həzrəti Musa ilə

7-ci qatda - Həzrəti İbrahim ilə

 

Hər qatda rastlaşılan müqəddəs Peyğəmbərimizə (Meracda) insanın kamilləşməsi üçün məsləhətlər, əxlaqi nəsihətlər sair sifətlər aşılamışdır. Deməli, yeddi rəqəmi məhz buna görə İslam dinində müqəddəs hesab olunur. Kamil insan konsepsiyası isə Nizami Gəncəvinin yaradıcılığının ana xəttidir. Təsadüfi deyil ki, professor T.Məmməd "Mədəniyyətlərin inteqrasiyasında özününküləşdirmə (M.Peyğəmbərin meracı Nizami Gəncəvinin Luis Borxesin yaradıcılığında) adlı məqaləsində Meracnamənin ayrıca janra çevrilməsini N.Gəncəvinin adı ilə bağlayır, dəyərli alim T.Kərimli isə "Nizami "Xəmsə"sində meracnamə janrı" monoqrafiyasında "...meracnamə Nizami yaradıcılığında konkret bədii janr səviyyəsinə qaldırılmışdır" deyir.

 

Qayıdaq yeddinin üzərinə sonradan iki qatın əlavə olunmasına. 7+2=9. Bəs bu iki nədir? Bu iki isə birincisi - ağıl, ikincisi isə İlahi eşqdir. Yeddi qatı keçdikdən sonra Peyğəmbərimiz Sidrətül-müntəhaya çatır. Bu da səmaları cənnətləri qucaqlayan ulu varlıq ağacıdır. Buna görə 7 9 da müqəddəs hesab olunur belə bir sual yaranır ki, iradə azadlığı, ağlın fərd cəmiyyət dəyərlərində rolu, eyni zamanda, ilahi eşqin Tanrı insan münasibətlərinin tənzimlənməsində iştirakı nədən ibarətdir? Bu suala tədqiqatın növbəti hissəsində cavab axtarmağa çalışacağıq.

 

Cavablandırma isə İslam dinindən başqa, Xristianlıq və Buddizmdə yeddi rəqəminin niyə müqəddəs hesab olunması müqayisəsində öz əksini tapacaq.

 

Ümumiyyətlə, Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında inametiqad kultunun işlənmə istiqamətini biz Tağı Xalisbəylinin "Nizami Gəncəvi və Azərbaycan qaynaqları" monoqrafiyasında oxumuşuq və oradakı xüsusi tərtib olunmuş cədvəldə farsca və Azərbaycan dilində günlərin adları, yeddi iqlim Şahlıqları, yeddi iqlim Şahzadələri, Günbəzin və Bəhramın geyiminin rəngləri, şahzadələrin danışdığı nağıllar, günlərə uyğun səyyarələrə rast gəlirik. Lakin həmin cədvəldə yeddi qat öz əksini tapmır, hansı ki, bir qədər əvvəldə tədqiqata cəlb olundu. Digər tərəfdən isə həmin cədvəldə Bəhramın və geyiminin rəngləri də diqqətdən yayınmır. Yaşıl rəng İslam rəngi, ən müqəddəs gün isə Cümə günü hesab olunur. Belə olduğu halda nəyə görə Xalisbəylinin tərtib ediyi cədvəldə yaşıl rəng məhz cümə gününə deyil, bazar ertəsi gününə düşür?

 

Yeddi rəqəminin başqa bir istiqamətinə fikir verək: Sufilikdə Məqam varbu Məqamın 7 (tövbə, vərə, zöhd, fəqr, səbr, təvəkkül, riza) olduğu göstərilir. Kamilləşməyə doğru gedən yoldakı insanda mütləq sufilərdəki sadaladığımız bu yeddi əsas olmalıdır. Nizami Gəncəvi də "Yeddi gözəl" poemasında Bəhram Guru yeddi gözəllə (Furək, Yəqnəmaz, Nazpəri, Nəsrinnuş, Azəryun, Humay, Dürəsti) qarşılaşdırır. Belə bir sual ortalığa çıxır ki, müəllif nəyə görə əsas qəhrəmanı Bəhram Guru bu yeddi gözəllə qarşılaşdırır? Çünki bu qızların danışdıqları nağıllarda Bəhram Gurs əbir, düzlük, saf məhəbbət, bilik qazanmaq, qəhrəmanlıq kimi etik-əxlaqi dəyərləri qiymətləndirir (Baxmayaraq ki, Bəhram Gur sonda qızlardan əl çəkməli olur). Biz bu yeddi gözəllə Bəhramın qarşılaşdırılmasında bir qədər yuxarıda sadaladığımız sufilikdəki yeddi məqamın önə çəkilməsini görürük. Deməli, "Yeddi gözəl" poemasındakı hekayələr poemanın ümumi qayəsi ilə birləşərək xeyirin şər üzərində qələbəsini təsdiq etməklə, bizə bir sıra inametiqad kultunun açılmasına kömək edərək rənglərin və rəqəmlərin mistik aurasındakı faktları sərgiləyir.

 

 

 

Sədaqət ƏSGƏROVA

Bakı Slavyan Universitetinin

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi

 

525-ci qəzet.- 2021.- 3 noyabr.- S.16.