44 günün
telesalnaməsi
Vətən müharibsəinin möhtəşəm
zəfərlə başa
çatmasının bir
ilinin tamamına bir neçə gün qalır. Artıq dünya
siyasətçiləri bu
müharibədə Azərbaycanın
şanlı qələbəsini
tarixiləşdirən 44 günün
hərbi sirlərini və bu döyüşlərin
taktiki gedişlərini
öyrənməyə ciddi
cəhdlə çalışırlar.
Bu döyüş taktikası müxtəlif
ölkələrin hərb
təhsilində qiymətli
təcrübə kimi
öyrənilir. Xalqımız şanlı zəfər qələbəsinin ildönümünə
böyük ruh yüksəkliyi, şəhidlərimizin
müqəddəs ruhuna,
qazilərimizin rəşadətlərinə
ehtiram və məhəbbətlə hazırlaşır.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) 44 günlük
müharibənin möhtəşəm
salnaməsini yaradır. Bu salnamə illər, qərinələr, əsrlər
keçdikcə tarixmizin,
azadlıq mübarizəmizin
inci xəzinəsi kimi daha da
möhtəşəm və
əzəmətli olacaq.
Ona da inanıram ki, gələcəkdə 44 günlük
müharibədən ssenari
yazan qələm ustadlarımız, film çəkən
operator və rejissorlarımız
üçün AZTV-nin
salnamə-arxiv xəzinəsi
əvəzsiz istinad mənbəyi olacaq.
Əvvəlcədən ürək dolu sevinc və iftixarla onu xüsusi
qeyd edim ki, son üç ildə AZTV-nin proqram siyasətində yaxşılığa doğru
ciddi dönüşlər
yaranıb, perspektivli və müasir forma-məzmunlu dəyişikliklər
aparılıb. Peşəkarlıq axtarışları inam və qətiyyətlə
davam etdirilir. Proqramların mövzu əlvanlığı
artıb, yeni geniş imkanlı çağdaş kameralarla
çəkilişlərdə rəng parlaqlığı
güclənib, forma müxtəliflikləri
cazibəlidir, əlvandır,
gözəyatımlıdır.
"Əsas məsələ"
(aparıcılar Elnar
Məmmədli, Rüfət
Həmzəyev, Tofiq Abbasov, Ətayə Əlamdarqızı, Jalə
Əsgərova, Cəsarət
Qəmbərli), "Hədəf"
(Tofiq Abbasov) "Çıxışa doğru"
(Nailə Babayeva) verilişlərində təhlilə
çəkilən, müzakirə
olunan mövzuların
araşdırılıb təqdim
edilməsində peşəkarlıq,
məna və mahiyyət, aktuallıq və reallıq qat-qat güclənib. Elnar rus, fransız, ingilis, Rüfət ingilis və rus dillərində birbaşa efirdə xarici ölkə politoloqlarından müsahibələr
alırlar. Bu müsahibələr verilişlərin
mahiyyətini, siyasi təsir gücünü çox və güclü şəkildə
artırır.
"Həftə" (aparıcı Rövşən
Məmmədov) analitik
informasiya proqramı yeddi gün ərzində ölkəmizin
ictimai-siyasi həyatında,
eləcə də dünyada baş verən son dərəcə
vacib hadisələr televiziyanın bədii-estetik
təqdimatında yüksək
texniki imkanların ifadə gücü ilə efirdə yayımlanır. Verilişin dinamik ritmi,
mövzu seçimi və onun sıra
düzümü, təqdimatın
bədii cazibəsi və məntiqi aydınlığı dünyanın
qabaqcıl telekanallarının
eynitipli verilişləri
ilə yüksək peşəkarlıq rəqabəti
apara bilər.
Yenidən müharibə mövzusuna
qayıdıram. Sadaladığım
tok-şoularda və müxtəlif xarakterli siyasi-bədii verilişlərdə, AZTV-nin
çəkdiyi bədii,
bədii-sənədli, xronikal
filmlərdə 44 günün
şücaət və
qəhrəmanlığı, xalqın qələbə
və zəfər əzmi, döyüşçülərimizin
inam yenilməzliyi teletəqdimatın şah
damarını, ana xəttini təşkil edir. Çox mürəkkəb siyası mövzularda da aparıcılarımız
dilimizin zərifliyini,
lətafətini, incəliyini,
gözəlliyini, cazibəsini
həssaslıqla qoruya
bilirlər. Verilişlərin
bədii ruhu, aparıcıların davranışları
televiziya etikasına, milli
ədəb-ərkanımızın müqəddəsliyinə əsaslanır.
"Oxuyur Vətən"
konsertləri işğaldan
azad olunan ərazilərimizdə, məhz
erməni faşistlərinin
vəhşiliyini dünyaya
göstərən xarabalıqların
fonunda çəkilir
(İnanırıq ki,
tezliklə bu xarabalıqlar gülüstana
çevriləcək. Bu istiqamətdə görülən
möhtəşəm quruculuq
və abadlıq işləri göz qabağındadır). Konsertin proqram
tərtibi, rejissor işi, kompozisiya qurumu, operatorların seçdikləri cazibəli
rakurslur zəfər qələbəsinin möhtəşəmliyinə
teleəzəmət gətirir.
Çağdaş reallığı lentdə əbədiləşdirib
gələcək nəsillərə
ötürür. Yüksək zövqlü konsertlərin
ruhunda qələbə
əzmi, vətənə
ülvi sevgi var, azadlığın füsunkar hüsnü, xalqın monolit birliyinin əzəməti,
əsgər və zabitlərimizin rəşadətli
hünəri vəsf olunur.
"Döyüşçü", "Vətənimiz Azərbaycan", "Azərbaycan deyəndə", "Tarixin izi ilə" və digər bu səpkili veriləşlər müharibə mövzusuna son dərəcə müxtəlif və müxtəlif olduğu qədər də fərqli estetikada, orijinal formalarda çıraq tuturlar. Format və məzmunca fərqli olan "Telesəhər"də, "Gün başladı"da da qazi qonaqlarımız döyüşçülərimizin misilsiz rəşadətlərindən söz açırlar.
"44 günün xronikası" gün ərzində dəfələrlə ekranda yer alır. Tamaşaçılar 44 günün xronikasının telegüzgüsünü görürlər. Həmin gündə bir il əvvəl hansı vacib döyüşlər olduğu, hansı yaşayış məntəqələrinin döyüşçülərimiz tərəfindən işğaldan azad edildiyi barədə rəsmi məlumatlar verilir. Eyni zamanda, bu təqdimatı AZTV-nin müxbirlərinin məhz həmin hadisə yerlərindən qaynar xətlə hazırladıqları reportajlar informasiyanın təsir gücünü qat-qat artırır. Məsələn, Gəncəyə, Bərdəyə, Tərtərə raket zərbələrinin endirilməsi barədə AZTV-nin əməkdaşlarının hazırladqları kadrlar müharibə salnaməsinin qanlı səhifələridir və bu səhifələr xalqımızın qan yaddaşında əbədi yaşayacaq.
"Memorial" videoçarxda şəhidlərimizin şəkilləri, doğum və şəhidlik tarixləri tamaşaçılara çatdırılır.
Tamaşaçılarımıza bəllidir ki, AZTV-də neçə illərdir "Mədəniyyət" və "İdman" kanalları da fəaliyyət göstərir. Müharibə mövzusu bu kanallarda da hər qurumun bədii-estetik qayəsinə uyğun şəkildə tamaşaçılara təqdim olunur. Bütövlükdə bu verilişlərdə qürur, şərəf, ləyaqət, vətənsevərlik kimi estetik kateqoriyalar bədii ecazkarlıqla yaddaşlara həkk olunur. Həmin kanallarda da ciddi yaradıcılıq axtarışları aparılır, yeni istedadlı gənclərə yaradıcılıq üfüqləri açılır, uğurlu layihələr prqoram şəbəkəsinə daxil olur. Onlar barədə danışmaq başqa bir yazının mövzusudur, çünki nailiyyətlər və perspektiv planlar çoxdur.
Mən əminəm ki, ölkə Prezidentinin
44 günlük müharibənin rəmzinə
çevrilən "Dəmir yumruq" deyimi Vətənimizə ləyaqətlə
xidmət etmək üçün AZTV kollektivinin də daim
peşəkarlıq meyar və
yaradıcılıq şüarı, əzmkar fəaliyyət
birliyi olacaq.
İlham
ƏZİZOĞLU
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.13.