Bu Zəfər həm də iki qardaş dövlətin
gənclərinin birliyinin zəfəridir
Eyni ruhun bir əli Türkiyədə yaşayanların, digəri Azərbaycanda yaşayanların niyyətinin,
istəyinin arzusunun əlidir.
Bu əllər bəşərin
yarandığı vaxtlardan
bu günəcən belə birlik nümayiş etdirir.
Türkiyənin istiqlal savaşında təkcə türklər
döyüşmədi, azərbaycanlı
gənclər də bu döyüşlərin
iştirakçısı oldu. Çanaqqala zəfəri həm də iki qardaş
dövlətin istiqlal
savaşında qəhrəmanlığın
qələbəsi ilə
tamamlandı, türk ruhu işğalçılığı
məğlub etdi.
Nuru paşanın
komandanlığı ilə
Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Bu qələbə də iki qardaş
xalqın eyni amalının qələbəsi
oldu. Dünya gördü ki, Türkiyə ilə Azərbaycan, böyük tarixi şəxsiyyət
Mustafa Kamal paşa Atatürkün dediyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir,
Heydər Əliyevin dediyi kimi, bir
millətdir, iki dövlətdir. Belə yaşam fəlsəfəsi
ilə formalaşan gənclər bu birliyin sədaqətli əsgəri olub, indi də sədaqətli
əsgəridir.
Ermənistan havadarlarının siyasi, maddi, hərbi yardımlarından bəhrələnməklə
Azərbaycanın 20 faiz
torpağını işğal
etdi. BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinə, ATƏT-in Minsk
qrupuna daxil olan dövlətlərin tövsiyələrinə məhəl
qoymayan işğalçı
dövlət Qafqazda sülhün, əmin-amanlığın
dağıdıcı nüvəsinə
dönmüşdü. Atəşkəsi müxtəlif
miqyaslarda pozmaqla, iri miqyaslı təxribatlar törətmək
istəyi ilə istər Azərbaycanın
dövlət sərhədlərindən, istərsə
də işğal etdiyi ərazilərdən Azərbaycanın
torpaqlarına həmlələr,
hücumlar edirdi. Azərbaycan Ordusunun bölmələri
düşmənin əməliyyatlarının
qarşısını qətiyyətlə
alırdı. 2016-cı
ilin aprelində də, 2020-ci ilin iyulunda da belə
əməliyyatların qarşısı
ciddiyyətiylə alındı,
xeyli hərbi itkiyə məruz qalan düşmən geri çəkilməyə
məcbur oldu.
2020-ci ilin sentyabrın
27-də müxtəlif istiqamətlərdən
hücuma keçən
düşmənin niyyəti
baş tutmadı, düşmən Azərbaycan
əsgərinin qətiyyəti
ilə üzləşdi. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı
başladı. Bu əməliyyat Vətən
müharibəsi kimi davam etdirildi. Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı,
möhkəmləndirdiyi, təkmilləşdirdiyi
müdafiə sədlərini
darmadağın etdi.
Vətən müharibəsində minlərlə gənc döyüşlərdə iştirak
etmək üçün
Səfərbərlik və
Hərbi Xidmətə
çağırış üzrə rayon şöbələrinə
müraciət edirdi.
Həmin
vaxtlarda Türkiyədə
də minlərlə gənc Azərbaycana gəlmək, döyüşlərdə
iştirak etmək üçün dövlət
orqanlarına müraciət
edirdi. Bu müraciətlər eyni ruhun işığı idi və bu
işıq döyüşənlərin
döyüş əzmini,
qələbə ruhunu
daha da yüksəldirdi.
Hər qələbə xalqın
sevincini daşdırırdı.
Azərbaycanda da, Türkiyədə
də. Xalq bu qələbələri
böyük ruh yüksəkliyi ilə qarşılayırdı. Vətən müharibəsində Türkiyədə
yaşayan bir tanışımın telefon
zəngini heç zaman unuda bilməyəcəm.
Tanışım əməkli, yəni
təqaüdçü atasının
təqaüdünü, özünün
maaşını döyüşənlərin
hesabına köçürməyimdə
vasitəçi olmağımı
xahiş edirdi. Bu, ruhun sabahlarımıza,
iki dövlətin birliyinin sabahlarına sədaqətin təzahürü
idi.
Vətən müharibəsi ərəfəsində
Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi
"Azərbaycan tək
deyil". Vətən müharibəsi bu
birliyin dönməzliyinin
təsdiqi oldu. Vətən müharibəsində
Türkiyədə istehsal
olunan "Bayraktar"lar da bu
müharibənin əsgəri
idi. "Bayraktar"lar düşmənin
komanda-qərargah məntəqələrini
dağıdırdı, canlı
qüvvəsini, döyüş
texnikalarını məhv
edirdi. "Bayraktar"ın
yaradıcısı Səlcuq
Bayraktarı Azərbaycan
Respublikasının Prezidentinin
dövlət ordeni ilə təltif etməsi Azərbaycanın
türkiyəli gənclərə
ehtiramının təzahürüdür.
Həm də dövlət səviyyəsində.
Vətən müharibəsində bu və ya digər
yaşayış məntəqəsi
işğaldan azad ediləndə Azərbaycanda
hansı səviyyədə
sevinc yaşanılırdısa,
Türkiyədə də
həmin səviyyədə
sevinc yaşanılırdı. Türkiyədə
təhsil alan
bir tələbə deyirdi ki, noyabrın
8-i gecəsi universitetimizin
bütün tələbələri
səhərə kimi Ankaranın küçələrində
sevinc ovqatı yaşadı, Türkiyə
ilə Azərbaycanın
birliyini ifadə edən şüarlar səsləndirildi. Bu birlik türkiyəli gənclərlə azərbaycanlı
gənclərin qardaşlığının,
qardaşlıq formatlı
birliyinin təsdiqi idi. Həmin gecə Ankaranın
küçələrində sevinc, bu sevinci
yaradan qələbə
ovqatı yaşayanlar
həm də "Azərbaycan - Türkiyə"
mahnısını ifa
etdilər. Bu ifa gerçəkliyin musiqi dili ilə
bəyanı olub, şübhəsiz.
Vətən müharibəsi Zəfərlə
başa çatdı. Bu Zəfər xalqla ordunun birliyinin, iki qardaş dövlətin gənclərinin
birliyinin, Ali Baş Komandanın müzəffər
sərkərdəlik qüdrətinin,
Azərbaycanın tək
olmamasının nəticəsi
idi. Bunlar iki dövlətin
gənclərinin təkcə
bu gününün deyil, həm də zaman anlamında
sabahlarının yaşam
fəlsəfəsinin mahiyyətidir.
Bu mahiyyət milli-xəlqi ruhun eyniliyinin ifadəsidir.
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən paradda da iştirak etdi. Dünya ictimaiyyəti də,
Azərbaycan - Türkiyə
münasibətlərini dəstəkləyən
dövlətlər də,
bu münasibətlərə
qısqanclıqla yanaşan
dövlətlər də
gördü ki, eyni ruhda ayrılıq
olmayıb, yoxdur, olmayacaq.
Zəfərdən sonra Şuşa
şəhərində "Xarıbülbül" festivalı
keçirildi. Bu festival həm də Zəfərə görə
yaşanılan ovqatın
üverturası kimi yaşanıldı.
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın duyğusal
çıxışı türklüyün
bu müharibədə
qazanılan qələbəyə
münasibətinin ifadəsi
kimi səsləndi: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər
çayının sularına
qovuşmuşdur. Şuşanın dağlarının başındakı
duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül
artıq azaddır və daha gözəl
açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan
nəfəslər daha
yüksək, daha güclü olacaqdır.
Zəfər paradı mənəvi birliyin sarsılmazlığının
paradı idi, dünyanın qoşa dalğalanan iki bayrağa qoşa salamının paradı idi.
Bu parad azərbaycanlı
gənclərlə türkiyəli
gənclərin amal, əqidə, ruh birliyinin möhtəşəmliyinin
paradı idi.
Ruhunuz şad olsun Birinci Qarabağ
müharibəsinin şəhidləri,
ruhunuz şad olsun Vətən müharibəsinin şəhidləri. Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın şəhidlərin
sərdarı adlandırdığı
Mübariz İbrahimov,
ruhun şad olsun. Zəfər paradı sizin
muradınızın paradı
idi, sizin ruhunuza gözaydınlığı
paradı idi.
Bu günlərdə Füzulidə beynəlxalq aeroportun açılışı, Zəngilanda Aqroparkın təməlinin qoyulması, Zəngəzur dəhlizinin başlanğıcında bu yola iki qardaş dövlətin prezidentinin mənəvi xeyir-duası hər iki dövlətin gənclərinin birliyinin mənəvi simvolu oldu.
Türkiyədə təxribatların nəticəsi kimi irimiqyaslı meşə yanğınları olanda onunla mübarizədə Azərbaycan gəncləri də iştirak etdi. Həmin günlərdə Türkiyədə meşə yanğınları Azərbaycanda hamının, o cümlədən, gənclərin ruhunu qarsılayırdı, hamı bu yanğıını canı ilə, varlığı ilə hiss edirdi. "Biz səninləyik, Türkiyəm!" şüarı hər bir azərbaycanlı gəncin ürək harayı idi. Həm də heç kim Türkiyə demirdi, Türkiyəm deyirdi. Bu adlandırma da Azərbaycan - Türkiyə münasibətlərinin eyni ruhdan rişələndiyinin təsdiqi idi.
Azərbaycanla Türkiyə bəşərin eyni amalla yaşayan qardaş dövlətləridir.
Azərbaycanlı gənclərlə türkiyəli gənclərin birliyi sədaqətin birliyidir.
Vətən müharibəsində qazanılan Zəfər həm də azərbaycanlı gənclərlə türkiyəli gənclərin mənəvi birliyinin Zəfəridir. Bu Zəfər həm də ona görə müqəddəsdir.
Səbinə XASAYEVA
Milli Məclisin deputatı
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.12.