UNEC-in daha
bir önəmli addımı
Universitetdə "erməni dili" kursu təşkil olundu
Oktyabrın 22-dən etibarən
Azərbaycan Dövlət
İqtisad Universitetində
(UNEC) tədqiqatçılar üçün erməni
dilinin tədrisinə
başlanılıb. Ermənistan İqtisadiyyatını
Araşdırma Mərkəzi
tərəfindən təşkil
olunan təlimlərin
(kursun) məqsədi tədqiqatçılara Ermənistan
mətbuatını mütəmadi
izləmək, Ermənistanın
mövcud iqtisadi durumu və gələcək vəziyyəti
ilə bağlı erməni dilində olan mənbələrdən
daha dolğun məlumat əldə etməkdir. Həmçinin, bu dildə
olan elektron resurslardan istifadə etməklə araşdırmalar
aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış
edərək dünya
ictimaiyyətini məlumatlandırmaq
imkanı yaratmaqdır.
UNEC Tədqiqat mərkəzlərinin
işinin əlaqələndirilməsi
və təşkili şöbəsinin müdiri
Rəna Hüseynovanın
sözlərinə görə,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
rektoru, professor Ədalət
Muradovun müvafiq əmri ilə UNEC-də 32 tədqiqat Tədqiqat Mərkəzi yaradılıb və yaradılan mərkəzlərdən
biri Ermənistan İqtisadiyyatının Araşdırma
Mərkəzidir: "Qeyd
edim ki, UNEC-də "erməni dili" kursunun təşkili barədə
təşəbbüs rektor
Ədalət Muradov tərəfindən irəli
sürüldü. Bizim tərəfimizdən
də müvafiq hazırlıqlara başlanıldı.
Hazırlıqlar başa
çatdıqdan sonra
Ermənistan İqtisadiyyatının
Araşdırma Mərkəzi
və Tədqiqat Mərkəzlərinin işinin
əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı
ilə Tədqiqat Mərkəzlərinin tədqiqatçıları
üçün ödənişsiz
erməni dilinin tədrisi ilə bağlı dərslərə
start verildi. Pandemiya səbəbindən dərslər onlayn formada təşkil olunub. Kurs həftədə iki dəfə olmaqla bir akademik
saat müddətində
keçirilir".
Rəna Hüseynova bildirib ki, kursun keçirildiyi
müddətdə iştirakçılar
müəllim tərəfindən
hazırlanan test tapşırıqları
əsaında aralıq
imtahanlar və kursun sonunda yekun imtahan verəcəklər. İmtahanın nəticələrinə uyğun
olaraq iştirakçılara
sertifikatlar təqdim olunacaq.
Kursu bitirən zaman iştirakçılar mətnləri
oxuyub tərcümə
etmək, dialoqlar qurmaq kimi bacarıqlara
yiyələnəcəklər: "Kursun sonunda tədqiqatçılarımız erməni dilinə yiyələnməklə Ermənistan
mətbuatını mütəmadi
izləmək, Ermənistanın
mövcud iqtisadi durumu və gələcək vəziyyəti
ilə bağlı erməni dilində olan mənbələrdən
daha dolğun məlumat əldə etmək imkanı əldə edəcəklər.
Tədqiqatçılarımız, həmçinin, bu dildə olan
elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, analitik təhlil materialları hazırlamaq,
elmi məqalələrlə
çıxış edərək
dünya ictimaiyyətini
məlumatlandırmaq imkanı
qazanacaqlar. İnanırıq ki, UNEC-də təşkil olunan "Erməni dili" kursları bu sahədə araşdırma
aparacaq tədqiqatçılar
üçün geniş
imkanlar yaradacaqdır.
Bir məsələni də vurğulamaq istəyirəm
ki, UNEC-in rəsmi saytında kursların başlanılması ilə
bağlı məlumat
yayımlanandan dərhal
sonra həm Azərbaycanın kütləvi
informasiya vasitələrində,
həm də erməni saytlarında kurs barədə kifayət qədər xəbərlər yayıldı
və böyük əks-səda doğurdu.
Müxtəlif peşə sahibləri
və gənclərimiz
tərəfindən kursda
iştirak etmək üçün bizə xeyli müraciətlər oldu. Sevindirici haldır ki, saytlarda bu kursun
yaradılması ilə
bağlı xəbərlərə
yazılan şərhlər
bir daha sübut edir ki, ölkə ictimaiyyəti
tərəfindən bu
təşəbbüs çox
müsbət qarşılanıb".
Şöbə müdirinin dediyinə görə, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının
baş müəllimi
Hüseyn Əsgərov
tərəfindən tədris
edilən kurslar ilkin mərhələ üçün 6 ay müddətində
davam edəcək.
Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi
haqda söz açan Rəna Hüseynova qeyd edib ki, Mərkəzə
Türkiyənin Erciyes
Universitetinin Ermənişünaslıq
bölümünün müdiri,
Azərbaycan-erməni Araşdırmaları
Mərkəzinin rəhbəri,
görkəmli jurnalist,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, Erciyes (Türkiyə, Kayseri) Universitetinin
professoru Qafar Mehdiyev rəhbərlik edir. UNEC-də yaradılan tədqiqat mərkəzlərinin fəaliyyətinin
təşkili və koordinasiyası Tədqiqat
Mərkəzlərinin (TM) işinin
əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən
həyata keçirilir:
"Universitetdə fəaliyyət
göstərən TM üçün
başlıca prioritet
- müasir tələblər
səviyyəsində iqtisadiyyatın
müxtəlif istiqamətləri
üzrə yeni elmi təfəkkürün
və innovasiyalı iqtisadiyyatın formalaşdırılması,
fundamental elmi-tədqiqatların aparılması, yüksək
ixtisaslı iqtisadçılar
tərəfindən öyrənilməsi
və tədqiq edilməsidir. Həmçinin,
xarici universitetlərin
tədqiqat mərkəzləri
ilə əməkdaşlığın
qurulması və mübadilələrin həyata
keçirilməsi, tədqiqatçı
potensialını inkişaf
etdirmək məqsədilə
treninq, seminar, xarici dil və müxtəlif
proqramlar üzrə kursların təşkil olunması, xarici universitetlər, tədqiqat
mərkəzləri və
xaricdə fəaliyyət
göstərən azərbaycanlı
alimlərlə əlaqələrin
qurulması, təcrübənin
paylaşılması, xarici
tədqiqatçıların mərkəzlərə cəlb
olunması, xarici tədqiqat mərkəzləri
ilə UNEC TM-nin fəaliyyətinin koordinasiya
olunması və
regional layihələrə Tədqiqat mərkəzlərinin
cəlb olunması işinin təşkili də Mərkəzlərin
fəaliyyət istiqamətlərindəndir".
Şöbə müdiri vurğulayıb
ki, Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq təşkilatlar
və şirkətlərlə
əlaqələrin qurulması,
əməkdaşlıq tədbirləri
çərçivəsində onların maraq dairələrində olan mövzularla bağlı tədqiqatların aparılması
Mərkəzlərin əsas
iş prinsipidir: "Məlumat üçün
bildirim ki, UNEC-in rəsmi saytında bütün tədqiqat mərkəzlərinin veb-səhifələri
yaradılıb və
şöbə tərəfindən
idarə olunur, bütün mərkəzlər
və onların fəaliyyəti haqqında
ətraflı məlumat
yerləşdirilir. Bununla yanaşı,
UNEC Tədqiqat Mərkəzlərinin
feysbuk sosial şəbəkəsində səhifəsi
yaradılıb və
Mərkəz tərəfindən
həyata keçirilən
bütün tədbirlər
haqqında ictimaiyyətə
məlumatlar çatdırılır.
Bununla paralel universitetin inkişaf strategiyasına uyğun olaraq tədqiqat mərkəzlərinin
fəaliyyəti haqqında
hesabatlar hazırlanır,
ildə bir dəfə kitabça formasında çap edilir. Qeyd edim ki,
unec.edu.az domeni ilə
Tədqiqat Mərkəzinin
e-mailləri yaradılıb
və mərkəzlərə
təqdim olunub. Əsas məqsəd meydana çıxan problemlər
ilə bağlı daha innovativ həllərin tapılmasında
iştirak etmək, Mərkəzlər tərəfindən
aparılan tədqiqatlara
gənc tədqiqatçıların
və təcrübəçilərin
cəlb olunması, yüksək keyfiyyətli
tədqiqatların aparılması
üçün çevik
tədqiqatçılar qrupunun
formalaşdırılmasıdır".
Rəna
Hüseynovanın sözlərinə
əsasən, Tədqiqat
Mərkəzləri tərəfindən
yerli (dövlət və özəl) və beynəlxalq şirkətlər və ya qurumlarla əməkdaşlığa
dair müqavilə, memorandumlar imzalanıb (ümumi mərkəzlərə
aiddir): "İki ildən çoxdur fəaliyyət göstərməsinə
baxmayaraq və nəzərə alsaq ki, son 2 il pandemiya
dövrünə təsadüf
edib, Ermənistan İqtisadiyyatının Araşdırma
Mərkəzi öz fəaliyyətinə ara verməyib və bir sıra aktual
tədbirlər keçirib.
Mərkəz tərəfindən 2019-cu ildə UNEC-də keçirilən "Elm həftəsi"
çərçivəsində Ermənistan İqtisadiyyatının
Araşdırma Mərkəzinin
"Ermənistanın zəif,
Azərbaycanın güclü
iqtisadiyyatı: təhlilin
nəticələri" mövzusunda
ilk tədbiri təşkil
olunub. Müzakirəyə
çıxarılan mövzular
ətrafında aparılan
diskussiyalar və təhlillərin nəticələri
2019-2020-ci tədris ili üzrə UNEC-in elmi fəaliyyəti haqqında AMEA-ya təqdim edilən hesabatda öz əksini tapmış və humanitar-ictimai elmlər sahəsində aparılan tədqiqat işləri arasında
ilk sırada yer alıb. Bundan əlavə, 2020-ci ilin noyabr ayında
UNEC-də elm və dövlət xadimlərinin,
ekspertlərin və xarici qonaqların iştirakı ilə
"Qarabağ müzakirələri"
çərçivəsində silsilə tədbirlər keçirilib. Mərkəz
tərəfindən "Ermənistan
işğalının Azərbaycana
vurduğu zərər:
metodologiya və ilkin qiymətləndirmə"
mövsuzunda keçirilən
tədbirdə Birinci Qarabağ müharibəsi
və Vətən müharibəsi zamanı,
eləcə də münaqişə dövründə
Azərbaycana dəymiş
maddi, iqtisadi zərərlərlə yanaşı,
ekoloji və sosial sahələrə, eləcə də insan həyatı və sağlamlığına
vurulan zərərlər
təhlil olunub. 2021-ci
ilin may ayında Mərkəz tərəfindən
"Ermənistanın Qarabağda
iqtisadi terroru" mövzusunda keçirilən
tədbirdə işğal
dövründə Ermənistan
və xarici ölkələr tərəfindən
Azərbaycanın sərvətlərinin
talan edilməsi, Azərbaycanın 44 günlük
zəfərindən sonra
Cənubi Qafqaz bölgəsində siyasi-iqtisadi
durum və perspektivlər
barədə müzakirələr
aparılıb. Mərkəz rəhbəri Türkiyədə
yaşayıb fəaliyyət
göstərdiyi üçün
bir sıra beynəlxalq tədbirlərdə
iştirak edir, aparılan tədqiqatların
nəticələri ilə
bağlı elmi məruzələrlə çıxış
edir və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır".
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 3 noyabr.- S.14.