ALİ BAŞ
KOMANDAN - ŞANLI QƏHRƏMAN
Səfərbər eylədi mərd övladları,
Yurddan qovmaq üçün o cəlladları,
Ən doğru zamanda verdi qərarı,
Əmr etdi: "İrəli, yetişib zaman!"
Ali Baş Komandan - şanlı qəhrəman.
Od, alov yağdırdıq
düşmən başına,
Yağı öz məkrindən
bəlkə daşına,
Səslədi milləti ər
savaşına,
Tutdu işğalçıya layiqli
divan,
Ali Baş Komandan - şanlı qəhrəman.
Əzmi,
iradəsi, uca niyyəti
Göstərdi dünyaya sonsuz
qüdrəti,
Düşməni sarsıtdı sərt
qətiyyəti,
Nitqiylə hamını eylədi
heyran,
Ali Baş Komandan - şanlı qəhrəman.
Verdi haqsızlara ustad cavabı,
Bildirdi düz-dürüst haqqı-hesabı,
Bağlandı düşmənin artıq
kitabı,
Yağı fitnəsinə vermədi
imkan
Ali Baş Komandan - şanlı qəhrəman.
Millət
arxa durub "Can İlham" - dedi,
"Hamımız əsgərik,
et davam" - dedi.
O da: "Yurd sərhəddi olsun
tam!" - dedi,
Zəfər ilə çıxdı
haqq savaşından,
Ali Baş Komandan - şanlı qəhrəman.
MİLLƏTİMİN MƏRD
ƏSGƏRİ
Bəsdir,
yetər, düşmən
girdi min bir dona,
Dərsini ver, kimliyini qandır ona,
Anlasın ki, hoqqaları yetir sona.
Qoy ortaya ruhundakı güc-hünəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Üzərinə qartal təki göydən şığı,
Harda dursa, oda düşsün
orda yağı,
Qoy qalmasın işğalçının
bircə sağı,
Dünyamızdan sil at daha qara şəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Çox
oynadıq uzun illər nazıyla, çox,
Lap qudurdu, həddi aşdı, həyası yox,
Acsa, içsin öz qanını, qoy olsun "tox",
Yedir ona özü əkən hər zəhəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Əmr verdi Baş
Komandan: "Hücum,
hücum!"
Yetib zaman, çıx səngərdən, irəli
cum!
Zəfər qazan, qalib qayıt,
öpüm, qucum.
Ver vətənə gözlənilən
şad xəbəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Əsir
yurdlar intizarla gözləyir yol,
"Tələs" - deyir oralarda hər ağac, kol,
Torpağını gözlətmə çox,
xilaskar ol,
Sərhəddində ölkəmizin qur sipəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Füzulini, Cəbrayılı, Ağdamı al,
Qubadlıda, Zəngilanda qələbə
çal.
Qoy qalmasın o işğalçı
düşməndə hal,
Azad elə tez Laçını,
Kəlbəcəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Arxayınıq təkcə sənə,
vətən oğlu,
Aç
Şuşaya aparan o bağlı yolu,
Nifrətini yağdır dolu-dolu,
Boğsun
azğın düşmənləri
yas qəhəri,
Millətimin qorxubilməz, mərd əsgəri.
Ağrıları, acıları yetir
sona,
Ta ki, qəmli çöhrələrə fərəh
qona.
Qeyrət
göstər, heyrət
etsin dünya buna:
Çox
cəsurdur Azərbaycan
igidləri,
Millətimin qorxubilməz, mərd əsgəri.
28.09.2020
BİTDİ LAÇIN
HƏSRƏTİ
Qardaşım Maarif müəllimə
Vətən dərdi köksünə
çəkilmiş bir
dağdı, dağ,
Düşünürdün: "Nə fərqi, ölüyəm
indi, ya sağ..."
Məlhəm olar yarana yurddan bir çimdik
torpaq,
Qalib ordu yaratdı bizə bax bu
fürsəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
Kəndinizə gedərik səfasını
bilməyə,
Otuz illik həsrəti bölüşməyə, bölməyə,
Qışqırmağa sevincdən, gülüşməyə,
gülməyə.
Göz yaşı da tökməyə arayarıq
xəlvəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
Yol, yamacı dolanar, dik-zirvəyə çıxarıq,
Əl göz üstdə, doyunca dörd bir yana
baxarıq,
Hər bir daşı, ağacı bağrımıza sıxarıq.
Ruhumuzdan
qovarıq neçə
illik zilləti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
Su içərik doyunca bulaqların gözündən,
Təşnə qəlblər qurtular
ayrılığın közündən,
Danışmarıq, əhvalı oxuyaram üzündən.
Burda aciz olar söz,
kəlmələr yetməz
qəti,
Gözün aydın, qardaşım, bitdi Laçın həsrəti.
Minnətdarıq, minnətdar - Ali Baş
Komandana,
Göstərdi elə qüdrət,
örnək oldu cahana,
Qarabağı qaytardı yenə
Azərbaycana
Azad etdi torpağı, sevindirdi milləti,
Gözün aydın, qardaşım,
bitdi Laçın həsrəti!
AÇAR XARIBÜLBÜL
Bu il Qarabağda
başqa hal-əhval...
Əsgərim vuruşdu, qurtuldu mahal.
Çevrilib gerçəyə o uzaq xəyal,
Yetib millətimin kama murazı,
Açar Xarıbülbül, gözləməz yazı.
Görüb yağların ağır sonunu,
Yal-yamac tez geyər yaşıl donunu,
Qürurla qarşılar qalib oğlunu -
Ondan xalq da razı, əcdad da razı,
Açar Xarıbülbül, gözləməz yazı.
Ərənlər savaşda haqqa güvəndi,
Aşdı sərt, keçilməz bərəni-bəndi,
Şuşaya yaxındır, yaxın Xankəndi,
Elim bu vüsala çoxdan tamarzı,
Açar Xarıbülbül gözləməz yazı.
Buludlar sevincdən tökər göz yaşı,
Yuyar yad nəfəsdən qayanı, daşı,
Açılar dağların dumanlı başı.
Qovar öz üstündən qışı, ayazı,
Açar Xarıbülbül, gözləməz yazı.
Açar, ətir saçar ulu torpağa,
Açar, əsir ruhlar qalxar ayağa,
Açar,
baş endirər üçrəng bayrağa,
Eşitcək muğamı, şirin avazı,
Açar
Xarıbülbül gözləməz yazı.
Nəcməddin Mürvətov
525-ci qəzet.- 2021.- 4 noyabr.- S.15.