Qarabağ savaşı və böyük
qələbəmizin tarixi Azərbaycan mətbuatında
(İkinci yazı)
Böyük qələbədə mətbuatın
danılmaz rolunu dəyərləndirən professor Cahangir Məmmədli
qeyd edir ki, "Mən həmin dövrdə qəzetlərin
bu məsələyə necə yanaşmasını
xüsusi diqqətlə nəzərdən keçirirdim. Mənim üçün
doğma olan bir sıra qəzetlər var ki, bunlara rəsmi
"Xalq qəzeti", müstəqil "525-ci qəzet",
"Şərq" və s. nəşrlər daxildir. Bu qəzetlərin səhifələri 44
günlük savaş günlərində başdan-ayağa
müharibə mövzusu ilə bağlı idi. Bu vətənpərvərliyə, peşəkarlığa
və döyüşkənliyə görə mən
jurnalistlərimizin fəaliyyətindən çox razıyam.
Azərbaycan mediası Vətən müharibəsi
zamanı yüksək peşəkarlıq və vətənpərvərlik
sərgilədi".
Təbii
ki, professorun "və s." deyərək qeyd etdiyi
sıraya "Azərbaycan", "Respublika", "Yeni
Müsavat" kimi onlarca nəşrlərin və gündəlik
informasiya portallarının adlarını da əlavə etmək
olar. Amma bu material bolluğunda həm də informasiya zənginliyi
baxımından daha çox diqqəti cəlb etdiyi
üçün "Xalq qəzeti"nin
(Baş redaktor Əməkdar jurnalist Həsən Həsənov)
üzərində dayanmağı məqsədəuyğun
hesab etdik.
Prezident
İlham Əliyevin xarici mətbuata müsahibələri
düşmənüzərində üstünlüyü təmin
etdi
Prezident
xarici mətbuat orqanlarına, televiziya kanallarına verdiyi
müsahibələrində, hətta jurnalistlərin çox
aqressiv suallarını belə təmkinlə
cavablandırmış, ikili mövqelərinə görə
onları haqlı qınaq obyektinə belə
çevirmişdir: "Biz Qərb mediasını yaxından
müşahidə edirik və bu qırx gün ərzində
mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu,
müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan
tərəfində isə sanki heç nə baş vermir.
Heç kim Paşinyandan nəyə
görə Gəncəyə ballistik raketlərlə zərbə
endirdiyini soruşmur. Nəyə görə o,
92 nəfəri qətlə yetirib? Nəyə
görə o, Tərtərdə dəfn mərasiminə
hücum edib? Nəyə görə onlar
21 insanı qətlə yetirərək və 70 nəfəri
yaralayaraq Bərdəyə hücum etmək üçün
kassetli bombalarla "Smerç"dən istifadə ediblər?
Heç kim ondan soruşmur. Yalnız
bizə hücum edirlər. Beynəlxalq
media yalnız Azərbaycanı ləkələyir".
Açıq mövqe, haqq işimizə böyük inam
Azərbaycanın haqlı mövqeyi Prezidentin bütün
müsahibələrində görünür. Əgər Türkiyənin
"A Haber", NTV, CNN-Türk, "TRT Haber" televiziya
kanallarının, Rusiyanın TASS informasiya agentliyinin,
"Pervıy Kanal" televiziyasının, "Əl-Ərəbiyə"
və "Əl-Cəzirə" televiziya kanallarının müxbirlərinin suallarında
oxucu və ya dinləyici bir səmimiyyət, hadisələrin
sülh yoluna xidmət meyllərini görürürsə,
"BBC News"in, İspaniyanın EFE informasiya agentliyinin,
Almaniyanın ARD, "Sky News" telekanalının,
Rusiyanın "Rossiya-1" telekanalının "60 dəqiqə"
proqramının müxbirlərinin suallarında jurnalist səmimiyyətinin
yox, tərəfli və haqsız mövqe nümayişlərinə
şahidlik etməkdəyik. Bu suallarda təkidlə
Türkiyənin müdaxiləsi, hətta Qarabağa
suriyalı muzdluların göndərilməsi belə elə
soruşulur ki, sual verənlər jurnalistdən çox təhqiqatçı
xarakterində görünürlər. Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri Qənirə Paşayeva Almaniyanın ARD
televiziya kanalının müxbirinin suallarını "Xalq
qəzeti"ndə çox haqlı olaraq "Alman dövləti və
alman xalqı, elə bilirik, rəsmən faşizmdən imtina
edib - bu, yaxşıdır, təqdirə, alqışa
layiqdir; lakin kim deyə bilər ki, ARD əməkdaşının
ruhuna faşizm çökməyib? O suallar ki, ARD əməkdaşı
tərəfindən verilmişdi, erməni faşizminə ortaq
olmaqdır..." deyə dəyərləndirilir.
Müharibə başlayanda əks-hücum əməliyyatlarına
kölgə salmaq, cəmiyyətdə
çaşqınlıq, xaos, şübhə yaratmaq məqsədilə
yalan məlumatların qarşısının alınması
üçün bəzi məhdudiyyətlər tətbiq
edildi. Bu barədə
"Xalq qəzet"i yazırdı: "Bunu cəmiyyətdə
informasiya blokadası, məlumat tələbatının
qarşısının alınması kimi qiymətləndirmək
olmaz. Dövlətin strateji informasiya müharibəsində
əsas məqsədi düşmənin dezinformasiyalarından
müdafiə, təhlükəsizliyin təmin
olunmasıdır". Bu barədə Yaponiyanın
"Nikkei" qəzetinin suallarını cavablandıran Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyirdi:
"Bunlar müvəqqəti məhdudiyyətlərdir. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik
məsələləridir, çünki biz belə bir vaxtda
informasiya sistemimizi erməni təxribatından qorumalıyıq".
Ali Baş Komandanın savaş günlərində
müharibənin başlanması və qazanılan zəfərlərlə
bağlı xalqa müraciətlərində və xarici
KİV-ə verdiyi müsahibələrdə səsləndirilən
həqiqətlər Azərbaycanın düşmən üzərində
diplomatik və informasiya üstünlüyünü təmin
etdi. Prezidentin
erməni yalanlarının ifşa edilməsində bir ordu qədər
xidmət göstərdiyini vurğulayan Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri, Azərbaycan Mətbuat
Şurasının sədr müavini Umud Rəhimoğlu
"Xalq qəzeti"nə bildirirdi: "Ali Baş
Komandanın dünyanın nüfuzlu media qurumlarına
bir-birinin ardınca verdiyi müsahibələr dünya
ictimaiyyətində Qarabağ müharibəsinin obyektiv və
əhatəli mənzərəsini yaradır. Bunlar
beynəlxalq ictimai rəyə önəmli təsir göstərir.
Dünya bu müsahibələri izləməklə
müharibə bölgəsindəki əsl reallıqla
tanış olur".
Məhz
bu dolğun və obyektiv informasiya mənbəyi az qala dünyanın hər yerində
böyük bir təbliğat sisteminin başında duran ermənilərin
informasiya müharibəsindəki məğlubiyyətini də
qaçılmaz etdi. "Xalq qəzeti"nin
yazdığı kimi, "Ali Baş Komandan İlham
Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr
Qarabağ müharibəsinin mahiyyətinə, erməni yalan və
saxtakarlıqlarına aydınlıq gətirilməsi
baxımından dünya ictimai rəyinə hər şeydən
artıq təsir göstərir".
Ali
Baş Komandanın siyasəti xalqı yumruq kimi birləşdirdi
Dünya ictimaiyyətini həyasızcasına aldadan Ermənistan
rəhbərliyi sözdə sülh tərəfdarı
olduğunu, Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həllinin
mümkünlüyünü bəyan edirdi. Amma əməli
fəaliyyətində isə əksinə, Füzulidə, Cəbrayılda,
Ağdamda, Ağdərədə istehkamlar quraraq işğal
etdikləri torpaqları qaytarmamaq üçün məkrli
planlar qururdular.
Bəs sonu nə oldu?! Möhtərəm
Prezident və Ali Baş Komandanın dediyi kimi, "nə oldu
Paşinyan?" Təxribat xarakterli bəyanatları
faktiki olaraq danışıqlar prosesinə vurulan böyük
zərbə adlandıran Xalq artisti, professor
Tofiq Bakixanov "Xalq qəzeti"nə müsahibəsində
deyirdi: "Dağlıq Qarabağ Respublikası"ilə
danışıqları Azərbaycan Ordusu aparmalıdır. Buyurun, həmin danışıqlar gedir". Şah İsmayılın, Nadir şahın
qurduğu imperiyaların süqutundan sonra torpaq itirə-itirə
gələn Azərbaycan ilk dəfə idi ki,
torpaqlarının mühüm bir hissəsini - Qarabağı
yenidən özünə qaytarmaqla şanlı tarixinin yeni səhifəsini
yazmış oldu.
Barıt qoxusu çəkilməyən torpaqlara cənab
Prezidentin xanımı, Birinci vitse-prezidentlə birlikdə səfər
etməsi isə yeni bir fədakarlıq nümunəsidir. Bunu "Tarixi əhəmiyyətli
səfər" adlandıran Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü,
hüquq elmləri doktoru Nizami Səfərov "Xalq qəzeti"ndə
yazırdı: "Cənab İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın 10 noyabr Qələbəsindən
cəmi 6 gün sonra işğaldan azad olunmuş yurd yerlərimizə
- Füzuli və Cəbrayıl rayonlarına səfəri
tarixi əhəmiyyət kəsb edir. Bu səfər... Ali Baş Komandanının rəhbərliyi
altında həyata keçirilən zəfər
yürüşünün məntiqi nəticəsidir".
Bundan sonra Ağdam səfəri reallaşdı, Ali
Baş Komandan bir daha ortaya qoydu ki, Azərbaycan xalqı tarixi
torpaqlarının sahibidir və bu gün onun sahibləri bu
torpaqlarda rahat və qorxusuz gəzə bilər. Bu, həm də
Azərbaycan dövlətinin gücünün, haqq
savaşında qalibiyyətinin təntənəsi idi. Ali Baş Komandan erməni tapdağından təzəcə
qurtarmış əzəli torpaqlara getməsi ilə buraya
qayıtmaq istəyən xalqın inamını və arzusunu
dəfələrlə artırmış oldu.
Prezident bu tarixi səfərlərində erməni
vandalizminin sifətini də beynəlxalq ictimaiyyətə
göstərdi. Vəhşiliklərindən çəkinməyən,
Kəlbəcərdən, Laçından və digər azad
olunmuş ərazilərdən çıxarkən də evləri,
meşələri yandırıb viran qoyan erməni xislətlilərin
əməllərini dünyaya göstərdi. Doğma
yuvalarını tərk edəndə bir ovuc torpaq
götürüb, qışın qar-çovğununda 10 saat
ərzində
ayaqyalın, başıaçıq canını
qurtaran azərbaycanlıları onlarla müqayisə etmək
tarixi haqsızlıq olardı. Bütün bunları bilə-bilə
Azərbaycan dövləti yeni bir humanizmi ilə onlara daha 10
gün də vaxt verdi ki, murdar ayaqları
müqəddəs torpaqlardan kəsilsin. Unitazlarını da,
leşlərini də biryolluq aparsınlar...
Son
söz yerinə
Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət
ki, Qarabağda qəhrəman bir savaşla işğal
dövrünə son qoydu. "Xalq qəzeti"nin dərc
etdiyi yüzlərcə qələbə soraqlı və müxtəlif
janrlı materialları analiz etdikcə yekun qənaət kimi qələbəmizin
obyektivliyini təmin edən bəzi detalların üzərində
dayanmağı vacib bildik:
- Azərbaycan
BMT-nin uzun illərdir kağız üzərində qalan 4 qətnaməsini
özü yerinə yetirərək ərazilərini Ermənistanın
işğalından azad etdi;
- Azərbaycan
Prezidenti İlham Əliyev Vətən müharibəsi
dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri
məhz xalqın inam və iradəsinə, birliyinə
söykənərək dəf etdi;
- Ali
Baş Komandanın savaş günlərində müharibənin
başlanması və qazanılan zəfərlərlə
bağlı xalqa müraciətlərində və xarici
KİV-ə verdiyi 30-dan çox müsahibədə səsləndirilən
həqiqətlər Azərbaycanın düşmən üzərində
diplomatik və təbliğati üstünlüyünü təmin
etdi, öz yalanları ilə illərdən bəri geniş
xarici auditoriyanı aldatmış işğalçı tərəfə
informasiya sferasında ciddi zərbələr vurdu;
- Ermənistan
hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu
müharibə cinayətləri törətməkdə - Azərbaycanın
cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan
dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumu
vahimə və sarsıntı yaratmaqda gördü;
- Ermənilərin
fitnəkar təxribatlarına, kütləvi vandalizminə
baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy,
Ağcabədi, Bərdə, Yevlax, Beyləqan
rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin
sakinləri sonadək yüksək vətənpərvərlik,
iradə, əzm nümayiş etdirdilər;
- Müharibə Azərbaycanın milli birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibə zamanı Azərbaycanda fərarilik faktı qeydə alınmadı;
- Nəhayət, Ali Baş Komandan İlham
Əliyev milyonların qəlbində qurduğu əbədi mənəvi
heykəli ilə yaddaşlara
fateh kimi düşdü.
Namiq
ƏHMƏDOV
Əməkdar
jurnalist
525-ci qəzet.- 2021.- 4 noyabr.- S.13.