Milli Kitabxanada Qarabağla bağlı iki
kitab təqdim olunub
Bu gün Azərbaycan Milli Kitabxanasında “Qarabağ dastanı: Otuz ilin həsrəti
– 44 günün zəfəri”,
“Şuşa – Azərbaycanın mədəniyyət
paytaxtı: Biblioqrafiya”
kitablarının təqdimat
mərasimi keçirilib.
APA-nın məlumatına
görə, tədbir
Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar
Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə baş tutub.
Tədbirdə çıxış edən
Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov kitablar haqqında geniş məlumat verib. O, bildirib ki,
"Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı"
kitabı Milli Kitabxananın Zəfər
Gününə hədiyyəsidir:
"Bu gün biz zəfər
bayramı ilə əlaqədar olaraq iki kitabın təqdimatına yığışmışıq.
Kitablardan biri Azərbaycan
Yazıçılar Birliyi
tərəfindən hazırlanan
“Qarabağ dastanı,
otuz ilin həsrəti – 44 günün
Zəfəri” ikinci kitab isə "Şuşa-Azərbaycan mədəniyyət
paytaxtı" adlı
biblioqrafiyadır. İkinci
kitab mədəniyyət
paytaxtımız olan Şuşa şəhərindən
bəhs edir. Kitabın qalınlığı Şuşanın
mədəniyyətinin zənginliyindən
xəbər verir.
Burda Şuşanın tarixinə
dair yazan insanların materiallarından
istifadə etmişik".
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri
Akif Marifli nazirliyin vətənpərvərlik
mövzusunda kitabların
nəşrinə start verdiyini
deyib. O, bildirib ki, Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında
Qarabağla bağlı
30-dan çox kitab sərgilənib: “Bundan sonra da Qarabağla
bağlı ard-arda kitablarımız işıq
üzü görəcək.
Bu yaxınlarda isə ard-arda iki böyük sərgidə - Moskva Beynəlxalq Kitab Sərgisi və Frankfurt Kitab Sərgisində iştirak etdik. Həmin sərgilərə Qarabağla
bağlı kitablar aparmışdıq. Orda bu kitablarla çox maraqlandılar. Bu il Moskva Kitab Sərgisində ermənilərin stendində
Qarabağla bağlı
heç bir kitab yox idi.
Frankfurt sərgisində isə
Ermənistan bu il iştirak
etməmişdi. Artıq özləri
də bunu qəbul edir ki, onların mifləri darmadağın
olub".
Qeyd edək
ki, Azərbaycan Yazıçılar Birliyi
tərəfindən hazırlanan
“Qarabağ dastanı,
otuz ilin həsrəti – 44 günün
Zəfəri” kitabında
yazıçıların Qarabağla
bağlı düşüncələrinə,
xatirələrinə yer
verilib.
Azərbaycan Milli
Kitabxanasının hazırladığı
"Şuşa-Azərbaycan mədəniyyət
paytaxtı" adlı biblioqrafiya Şuşaya həsr olunmuş
ilk fundamental
biblioqrafiyadır. Şuşanın işğaldan
azad olunması münasibətilə tərtib
olunmuş biblioqrafiyada
Şuşanın tarixi, mədəniyyəti,
tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda,
dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin
materiallar öz əksini
tapıb.
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.5.