Radio tarixindən bir epizod  

 

1941-ci il iyunun 22-də müharibənin başlanması haqqında xəbər necə hansı şəraitdə efirə verildi?

 

Azərbaycan Radiosu-95

 

Yubileylər ilini qeyd edən Azərbaycan radiosu televiziyasının tarixi dramatik qeyri-adi hadisələrlə zəngindir. Radiomuzun tarixində belə hadisələrdən biri 80 il bundan əvvəl faşist Almaniyasının SSRİ- hücumu ilə başlanan İkinci Dünya müharibəsi haqqında xəbərin ekstremal şəraitdə efirə verilməsi olub. Mən həmin epizod haqqında ilk dəfə 1999-cu ildə "Azərnəşr"də çap olunmuş "Radio dalğalarında" kitabında bəhs etmişəm. Bu yaxınlarda İTV-nin "Fatehin divanı" verilişində aparıcı həmin epizodu yada saldı indi Azərbaycan radiosunun kütləvi yayıma başlamasının ildönümündə bu barədə yazmağı maraqlı hesab etdim.

 

***

 

Gecəyarıdan xeyli keçmiş qapıları bərk-bərk döyüldü. Səsə qonşular da oyanmışdı. Hamı cınqırını içinə çəkib işıqları yandırmadan küçəyə boylanırdı. Küçədə isə üstüörtülü qara bir maşın dayanmışdı. Sükan arxasında hərbi geyimli adam oturmuşdu. Bütün bina bu qorxulu maşının gəlişindən vahimələnmişdi. Çünki o vaxt gecə döyülən qapılar xeyirə açılmırdı...

 

Evdə hamı hövlnak yerindən qalxıb qorxu təlaşla bir-birinə baxırdı. Atası zəndlə Zəhraya tərəf dönüb köks ötürdü ayağını sürüyə-sürüyə qapını açmağa getdi. Anası əllərini dizinə döyərək: "Ay Allah, sən özün dadımıza yet",   deyirdi. İki saat əvvəl radioda növbətçi diktor kimi işini qurtarıb evə gec gələn Zəhra gözünün çimirini almamış səs-küyə oyanmışdı, evdəkilərə yuxulu-yuxulu baxır, amma baş verdiyini soruşmağa ürək eləmirdi. Nəhayət, qapı ağır-ağır açıldı, dəhlizin işığı qaranlıq bloka süzüldü Zəhra astanada dayanmış iki hərbçinin yanında radionun dispetçerini görəndə yerindəcə qurudu:

 

- Xeyir ola, baş verib? - deyə həyəcanla soruşdu. O, sualını sona çatdırmamış gələnlər bildirdilər ki, təcili bizimlə getməlisiniz. Dispetçer Zəhranın özünü itirdiyini görüb ona yaxınlaşdı, bir az qorxa-qorxa pıçıltı ilə "qorxma" dedi, işdə heç olmayıb sonra da pıçıltı ilə əlavə etdi ki, deyəsən, Moskvadan çox vacib məlumat gəlib, onu oxumaq lazımdır.

 

 

 

Zəhra evdən necə sürətlə çıxdığını heç özü bilmədi... Onu öz yerinə - Radio komitəsinə yox, tamamilə tanımadığı bir ünvana gətirmişdilər. Buranı zirzəmiyə oxşatdı, onu yarıqaranlıq bir otaqda əyləşdirdilər. Həmin otaqla üzbəüz olan iri salon da studiyaya oxşayırdı. Stolun üzərinə iri çox ağır mikrofon qoyulmuşdu. Darısqal pəncərədən radiopult da görünürdü. Zəhra  baş verdiyini bilmədən nigaran-nigaran gəzişən adamları seyr edirdi. Artıq bura gəlmələrindən 4-5 saat vaxt keçmişdi. Onu dindirib-danışdıran yox idi. Deyəsən, səhər açılmışdı. Dəhlizdəki ümumi qapı açılıb-örtüldükcə küçədən keçən tramvayın təkərlərinin cingiltili səsi otağa dolurdu. Studiyadakı saat 11-i göstərirdi. Bir azdan otaqda canlanma yarandı. Hamı əsgər kimi farağat dayanmışdı. Kimsə pıçıldadı ki, Mircəfər Bağırov özü buraya təşrif gətirir. Zəhra bu pıçıltını eşitmədi.

 

O, bir az olardı ki, studiyaya keçmişdi indi oradan bayaq oturduğu yerə diqqətlə baxırdı. Bağırovun parıldayan eynəyini zəhmli sifətini aydın görürdü, amma kimliyini bilmirdi. Respublika rəhbəri əyləşən kimi qarşısına bir mətn qoydular. Bağırov mətnə göz gəzdirdikdən sonra studiyaya keçib üzünü Zəhraya tərəf tutub, "Bu məlumatı birbaşa efirə oxuyacaqsınız", dedi.

 

Zəhra ona əmr verənin kim olduğunu bilmədiyi üçün: "Axı hər bir xəbəri efirə verməzdən əvvəl diktor mətnlə tanış olmalıdır", - deyə nəzakətlə dilləndi. Mircəfər Bağırov Zəhranın yanındakı boş stulu çəkib oturdu, bir qədər qayğılı və soyuqqanlı şəkildə: "Bu dəfə ona ehtiyac yoxdur",   deyib əlindəki materialı stolun üstünə qoydu və şəhadət barmağı ilə oxumağı işarə etdi. Mikrofonun işığı yandı və faşist Almaniyasının SSRİ-yə qəfil hücumu, müharibənin başlanması haqqında xəbər bütün Azərbaycana yayıldı.

 

baş verdiyini tam mənası ilə indi anlayan Zəhra bu xəbəri qısa fasilələrlə bir neçə dəfə ağır-ağır oxudu. O, təşvişlə studiyadan çıxanda günorta idibu nabələd binanın qarşısında radionun digər diktorları ilə üz-üzə gəldi. Deməli, müharibə xəbərləri efirə buradan oxunacaqdı. Hamı həyəcanlı, hamı təlaş, hüzn və kədər içində idi...

 

Faşist Alamaniyasının SSRİ-yə hücumu və müharibənin başlanması xəbərini oxuyarkən 19 yaşı yenicə tamam olmuş həmin diktor sonralar məşhur Azərbaycan həkim-nervpatoloqu, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Salayeva idi. Bir neçə il sonra Zəhra xanım radiodan getdi. O, tibb aləmində böyük nailiyyətlər qazanaraq şöhrətli bir həkim, tibb alimi kimi minlərlə insana şəfa verdi. Amma 1941-ci ilin 22 iyun gecəsi həyatının unudulmaz bir anı kimi professor Zəhra xanımın hafizəsinə əbədi yazıldı...

 

***

 

Müharibə dövründə insanların həyatında misilsiz rol oynayan radio Sovet Məlumat Bürosu   "Sovinformbüro"nun məlumatlarını Sovet xalqına çatdırırdı. Ümumittifaq radiosunda bu məlumatları müharibə dövrünün əfsanəvi diktoru Yuri Levitan, Azərbaycan radiosunda isə, əsasən Tələt Əyyubov oxuyurdu.

 

Müharibə şəraiti hərbi mətbuatı inkişaf etdiməyi təbii zərurətə çevirdi, tezliklə 300-ə yaxın yeni hərbi qəzet açıldı. Artıq 1943-cü ildə bütövlükdə silahlı qüvvələrin şəxsi heyəti üçün 128 gündəlik qəzet, 600 günaşırı çıxan qəzet və 20 hərbi jurnal nəşr edilirdi. Amma çoxsaylı qəzetlərin mövcudluğuna baxmayaraq, əsas informasiya mənbəyi yenə də radio idi. Məhz müharibə dövründəki unudulmaz xidmətlərinə görə 1946-cı ildə qəbul edilmiş qərarla SSRİ-də hər il mayın 7-si "RADİO GÜNÜ" kimi qeyd edilməyə başladı.

 

 

Qulu MƏHƏRRƏMLİ

Professor

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.15.