Yüzə beş il qaldı
6 noyabr - Televiziya və
Radio İşçiləri Günüdür
Danılmaz faktdır ki, bu gün televizor
evimizin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də həyatımızın vacib
atributlarından biridir. Günümüzün hansısa saatlarında mütləq televiziya verilişlərinə baxmalı
oluruq. Sevdiyimiz proqramlar da
var. Ötən əsrin
ortalarından başlayaraq
dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları
öz cazibəsində
saxlamaqdadır. Milyonlarla insan
hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif
yerlərində baş
vermiş mühüm
hadisələrdən, yeniliklərdən
xəbər tutur.
İstər radionun, istərsə
də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir. Dünyada ilk televiziya verilişi
1936-cı ildə Londonda
olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri
tərəfindən televiziya
ötürücü trupkası
ixtira edilmişdir.
Avropada yalnız ötən əsrin 50-ci illərindən
başlayaraq televiziya geniş yayılmışdır.
Respublikamızda radio 1926-cı ilin noyabrın
6-da fəaliyyətə başlayıb,
televiziya isə
1956-cı il fevralın 14-də "Bakı"
studiyası adı ilə efirə çıxıb. Sovet dövründə
yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi.
Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən
sonra müstəqil teleradio şirkətlərinin
sayı da artdı. Təkcə paytaxtda deyil,
bölgələrdə də
televiziya kanalları fəaliyyətə başladı.
Ölkə miqyaslı kanallar
nəinki respublikamızda,
sərhədlərimizdən kənarda da özünə tamaşaçı
auditoriyası toplayıb.
Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə
qarşılayaraq onu
"sehrli qutu" adlandırıblar.
Mərkəzi televiziyanın ("Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC) nəzdində
fəaliyyət göstərən
iki müstəqil kanal - "İdman-Azərbaycan",
"Mədəniyyət" kanalları artıq tamaşaçılar tərəfindən
maraqla izlənilir. O cümlədən,
ATV, İTV,
"Xəzər", "Space" televiziya
kanallarının da öz tamaşaçıları
formalaşıb. Gəncə,
Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət
göstərən televiziya
kanalları öz işlərini dünya standartları səviyyəsində
qurmağa çalışırlar.
Naxçıvan Muxtar Respublikasında
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsi də fəaliyyət göstərir.
Bundan başqa, xaricdə azərbaycandilli
televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri var.
Paytaxt və bölgələrdə yaradılan
bütün kanalların
qaynaqlandığı, mənbələrinə
söykəndiyi, təcrübəsindən
öyrəndiyi, bu gün də "Qızıl Fond"undan müntəzəm istifadə
etdiyi ana televiziyamız "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-dir.
Son illərdə AzTV-nin
maddi-texniki bazası xeyli dərəcədə
dəyişib və modernləşdirilib. Bütün studiyalar və
montaj otaqları rəqəmsal avadanlıqlarla
təchiz olunub. HD-səyyar televiziya
stansiyaları alınıb.
Hətta
nəqliyyat vasitələri
də yenilənib və müasirləşdirilib.
Televiziya
proqramlarının Avropa
ölkələrində keyfiyyətlə
yayımı təmin
edilib. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri
teleqüllə kompleksində
yeni rəqəmsal stansiya quraşdırıblar.
İndi Azərbaycan televiziyasının
verilişləri həmin
stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.
Ötən illər ərzində
AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlarla müşahidə edilir:
"Aztv xəbər",
"Xəbərlər", "Həftə", "Region xəbərləri",
"İqtisadiyyat xəbərləri",
"Əsas məsələ",
"Hədəf", "Çıxışa doğru",
"Gün başladı",
"Çöl adamı
macəra axtarışında",
"Məmləkətim", "Tarixin izi ilə", "Gəncsən", "Obyektiv",
"Parlament saatı",
"Oxuyur Vətən",
"Türk dünyası",
"Mən azərbaycanlıyam",
"Jurnalist araşdırması",
"Texno-xəbər", "Agent
001", "Belə-belə işlər", "Gül
kimi", "Görüş
yeri", "Yolun davamı", "Tut əlimdən"
və s.
Son bir il isə televiziyamızın
tarixində daha əlamətdar, şərəfli
və yadda qalan oldu. 44 günlük möhtəşəm
mübarizəmizdə, torpaqlarımızın
mənfur düşmənlərdən
təmizlənməsində igidlərimizin göstərdiyi
qəhrəmanlıqlar barəsində
ilk məlumatları məhz
ana televiziyamız bizə çatdırırdı.
Bu, danılmaz bir faktdır ki, həmin həyacanlı günlərdə bütün
gözlər AzTV-yə dikilmişdi. Zəfər xəbərini də məhz bizə çatdıran ana televiziyamız oldu.
Son illərdə AzTV-nin
studiyalarında maraqlı
teletamaşalar da çəkilib. "Zəfər
Günü" ilə
əlaqədar müxtəlif
sənədli film, veriliş
və konsertlər lentə alınıb.
Növbəti ildən geniş
fəaliyyət proqramının
həyata keçirilməsi
də nəzərdə
tutulub.
Azərbaycan televiziya məkanının
ən təzə mavi ekranı - 10 yaşlı "Mədəniyyət"
kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın - AzTV-nin çəmənində göyərən
bu pöhrənin yenilikləri çoxdur.
Mədəniyyət aləmində baş
verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar,
yubileylər, görüşlər
bu kanalda hazırlanan müxtəlif
verilişlərdə əhatəli
şəkildə əks
olunur. "Mədəniyyət
xəbərləri", "Nəcib söhbətlər"
, "Vətənim", "Yadigarlar", "Kadra düşməyən həqiqətlər",
"Zəmanə", "Saz-söz axşamı",
"Kəndimiz", "Üçüncü
zəng", Bəhruz
Niftəliyevin təqdimatında
"O" verilişi, "Rəqslərimiz" , "Harmoniya",
"Danışan məktublar",
"Ömrün fəsilləri",
"Kod 22" və
s. verilişlər artıq
tamaşaçıların diqqətini çəkib.
Bu kanalda dünya
kinosunun və musiqisinin ən dəyərli nümunələri
təqdim olunur.
"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə
və xaricdə keçirilən beynəlxalq
və yerli yarışların, turnirlərin
əksəriyyətini yayımlayır.
İdmanın müxtəlif növləri
üzrə keçirilən
yarışlardan canlı
reportajlar, maraqlı proqramlar da nümayiş
etdirilir. Bu gün "İdman-Azərbaycan"
gənclərin sevimli
kanalına çevrilib.
Onlar
"sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münxendə, Moskvada, Pekində keçirilən
müxtəlif idman yarışlarından xəbər
tuturlar. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi deyil,
Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini ustalıqla
əhatə edir.
"İdman Azərbaycan"
telekanalı idmanın
bütün növlərinin
təbliğində mühüm
və əhəmiyyətli
rol oynayır. İdman kanalının
səhər verilişi
isə tamaşaçıları
hər səhər idmana səsləyir.
Bu kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş,
boks, avtomobil
yürüşü ("Formula-1") və s. idman növlərinə aid olan
bir çox görüş və türnirlər tamaşaçılara
təqdim olunur. Kanalın hazırladığı verilişlər
böyük maraq doğurur.
6 noyabr həm də radio işçilərinin
bayramıdır. Televiziyada aparılan islahatlar
bu sahədə də müşahidə olunur. Milli radiomuz tam şəkildə
kompüterləşməyə və servis xidmətinə keçib.
Azərbaycan radiosunun
"Lirika dəftəri"ndən,
"Bulaq", "Muğam
saatı", "Elm və
həyat", "Radio teatrı"
kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub.
Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq
Çalğı Alətləri
Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına
Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangir ovadına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.
Bir məsələni
də qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC həmişə
dövlətçiliyin, milli-mənəvi
dəyərlərin keşiyində
dayanıb. Təqdim etdiyi verilişlər
əxlaqımıza, mənəvi
dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə
söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəb
gətirici söhbətlərdən
uzaq olub. Maarifçilik kanalın əsas
ideyasıdır. Elə bu
uğurlu fəaliyyətinə
görədir ki, AzTV fəaliyyət göstərdiyi illər ərzində Avropaya yayımın texniki müvafiqliyinə görə
"Avropa keyfiyyəti"
medalına layiq görülüb. Eləcə də
Avropa Biznes Assambleyası Azərbaycan
televiziyasına "Teleradio
yayım sahəsində
ən yaxşı şirkət" mükafatını
təqdim edib. Burada çalışan əməkdaşlar
da müntəzəm olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif
mükafatlara, fəxri
adlara, Prezident təqaudünə, orden və medallara layiq görülüb, mənzillə təmin olunublar.
Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında
televiziya rəhbərliyinin,
yaradıcı heyətin
xüsusi əməyi
vardır. Şübhəsiz, son illər aparılan
islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, ana televiziyamız öz ənənəsinə
sadiqliyi ilə seçilir, milli-mənəvi
dəyərlərimizin qorunmasında,
təbliğində yorulmadan
axtarışlar aparır.
Təqdim olunan hər bir verilişdə
dilimizin saflığı
qorunur, maarifçilik
aşılanır, vətənpərvərlik
məhəbbəti təsirli
şəkildə tamaşaçının
ruhuna hopur!
6 noyabr Televiziya
və Radio İşçiləri Günüdür. Radiomuzun 95, televiziyamızın 65 yaşı
tamam olur. Bu münasibətlə bütün
elektron KİV-də çalışan həmkarlarımızı
ürəkdən təbrik
edir, onlara çətin və şərəfli işlərində
yeni uğurlar arzulayırıq. Qarşıdakı
Zəfər bayramımız da mübarək
olsun!
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2021.- 6 noyabr.- S.14.