“Ədəbiyyat İnstitutunun
Qarabağnaməsi” mövzusunda tədbir keçirilib
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Zəfər
Gününə həsr olunmuş “Ədəbiyyat İnstitutunun
Qarabağnaməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli tarixi qələbəmizin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Dünyada və ölkədə, o cümlədən akademiyada Zəfər gününə aid tədbirlər davam edir. Bu həm bizim qanuni haqqımızdır, həm də müharibə reallıqlarını dünyaya çatdırmaq lazımdır. Elmimizin bu istiqamətini təşfiq etməliyik. Akademiyada çalışan alimlərin 38 rəsm əsəri bu mövzudadır. Bölmənin isə Zəfər mövzusunda 39 kitabı çap olunub. İndiyədək Ədəbiyyat İnstitutunun əməkdaşlarından Elçin Mehrəliyevin 4, Mərziyyə Nəcəfovanın 5, Fəridə Hicranın 3 kitabı nəşr olunub və Əlizadə Əsgərli, Bahar Bərdəlinin də kitabları vardır”.
Sonra filologiya elmləri doktoru Əlizadə Əsgərli “Ədəbiyyatımızda Qarabağ mövzusu: İnstitut əməkdaşlarının elmi tədqiqatlarına baxış” adlı məruzə ilə çıxış edib. O vurğulayıb ki, “bu gün tarixi günlər sırasındadır. Həmin tarixi günlər şərəfini Ədəbiyyat İnstitutu da bu gün yaşamaqdadır. Tarixi Zəfər günü münasibətilə dövlətimizi və millətimizi, dövlətimizin başçısı cənab İlham Əliyevi və milli ordumuzu institutumuzun kollektivi adından təbrik edir, daha böyük zəfərlər arzulayırıq. Bu tarixi zəfər günündə Ədəbiyyat İnstitutu olaraq əməkdaşların bu və ya digər şəkildə xidmətləri vardır. Bu xidmət ondan ibarətdir ki, biz Azərbaycan dövlətinin idealogiyasını təbliğ edir, elmimizi inkişaf etdiririk. Qarabağ mövzusunda tədqiqatlar aparmış əməkdaşlarımızdan Elçin Mehrəliyevin və Mərziyyə Nəcəfovanın doktorluq dissertasiyalarını xüsusi qeyd etməliyik. Bunlardan başqa Qəzənfər Paşayev, Rahid Ulusel, Tehran Əlişanoğlu, Elçin Mehrəliyev, Mərziyyə Nəcəfova, Fəridə Hicran, Bahar Bərdəli və başqa əməkdaşlarımızın Qarabağ mövzusunda əsərləri vardır”.
Tədbirdə institutun
alimləri Qəzənfər Paşayev, Məhərrəm
Qasımlı, Leyli Əliyeva, Fəridə
Hicran, Bahar Bərdəli,
İbrahim Yusifoğlu,
Zəkulla Bayramlı bədii nümunələrlə
çıxış ediblər.
525-ci qəzet.- 2021.- 6 noyabr.- S.13.