"Nizami
Gəncəvi ili"nin humanist çağırışları
Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda çıxışının vətəndaş cəmiyyətinə
təsiri barədə
qeydlər
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
VIII Qlobal Bakı Forumu öz işini bu günlərdə
başa çatdırıb.
Prezident İlham Əliyev Forumun açılış
mərasimində çıxışı
zamanı nəinki Bakı Forumlarının tarixi əhəmiyyətini
xatırladıb, həmçinin,
müasir dünyanı
narahat edən bir sıra qlobal
problemlərə münasibət
bildirib.
Çünki 2012-ci ildə təsis olunan Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi
dünya ictimaiyyətinin
gündəliyində olan
təxirəsalınmaz məsələlərin
müzakirə edildiyi
nadir platformaya, aparıcı
beynəlxalq təsisatlardan
birinə çevrilib.
Bu baxımdan dövlət
başçısının forumda çıxışı,
dünya ictimaiyyətinə
verdiyi mesajlar cəmiyyətdə böyük
əks-səda doğurub.
Prezident
İlham Əliyevin Forumda bu ilin
ölkəmizdə "Nizami Gəncəvi ili" elan olunmasını xüsusi vurğulaması nəinki
ölkəmizdə dahi
şairin xatirəsinin
əziz tutulmasının,
həm də bütövlükdə ədəbiyyata
xüsusi önəm verilməsinin göstəricisi
sayıla bilər. İndiki qarışıq dünyada,
bəşəriyyətin COVİD-19 pandemiyası ilə sınağa çəkildiyi
bir dövrdə, şübhəsiz, ədalət
və humanizm prinsiplərinin önə
çəkilməsi vacibdir.
Böyük Nizami Gəncəvinin
yaradıcılığında ədalət və humanizm prinsiplərinin qırmızı xətt kimi keçməsi isə heç kimə sirr deyil.
Cənab
Prezident çıxışında
dünyanın diqqətini
məhz bu məqamlara yönəldib:
"Biz qlobal səviyyədə
"peyvənd millətçiliyi"
və vaksinlərin ədalətsiz bölgüsü
haqqında danışan
ölkələrdənik. Bəzi ölkələr
artıq peyvəndin üçüncü dozasının
tətbiqini planlaşdırır.
Digər
ölkələrdə isə
vaksinasiyanın səviyyəsi
aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması
üçün bu məsələni müzakirə
etməliyik".
Dövlət başçısının bu ili ölkəmizdə
"Nizami Gəncəvi
ili" elan etməsi, xüsusən Forumda səsləndirdiyi fikirlər Azərbaycanın
vətəndaş cəmiyyətini
də daha fəal iş aparmağa, Nizami ideyalarının dünya
miqyasında təbliğinə
xüsusi diqqət yetirməyə çağırır.
"Sönməz Məşəl"
Mədəni Əlaqələr
İctimai Birliyi Nizami Gəncəvi ilinə töhfə olaraq "Yeddi gözəl" poemasının
təhlili əsasında
"Yeddi gözəl,
yeddi mədəniyyət,
yeddi planet" adı
altında maraqlı layihə həyata keçirib. Layihə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin, Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyinin, Azərbaycan
Milli Elmlər Akademiyasının Fəlsəfə
və Sosiologiya İnstitutunun, Gəncə
şəhər Nizami
Gəncəvi Muzeyinin,
Nizami Gəncəvi məqbərəsinin rəhbərliyinin,
Azərbaycan Dillər
Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı
səfirliyinin Bakı
Amerika Mərkəzinin
təşkilati dəstəyi
ilə gerçəkləşdirilib.
Layihə çərçivəsində "Yeddi gözəl" poemasındakı yeddi gözəl qəhrəmanın
fəaliyyəti müasir
dövrümüzdə yeddi
ölkəni, yeddi fərqli iqlimi təmsil edən yeddi ictimai-siyasi dövlət xadimi olan xanımlarla müqayisədə təqdim
olunur. Müasir ictimai-siyasi xadim
olan yeddi xanım vitse-prezidentdir, dövlət katibidir, nazirdir, parlament üzvüdür və s.
Onlar öz nümunəvi xidmətləri
ilə prezidentlərin,
baş nazirlərin fəaliyyətlərini tamamlayırlar.
Məsələn, Azərbaycan
Prezidenti İlham Əliyevin müdrik siyasəti Azərbaycan mədəniyyətini
və incəsənətini
dünyada təbliğ
edən və tanıdan birinci vitse-prezident, Heydər Əliyev fondunun və Azərbaycan Mədəniyyət Fondunun
prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın incə diplomatiyası ilə daha da güclənir.
Bəli,
dəmir yumruq zərif güclə birləşəndə daha
təsirli olur.
Layihədə Mehriban xanımın mədəniyyət və
incəsənətin təbliği
sahəsində gördüyü
nəhəng işlər
Nizami qəhrəmanlarının
fəaliyəti ilə
müqayisədə təqdim
edilir.
Poemadakı hind gözəlinə qarşılıq
olaraq müasir dövrdə "bir uşaq, bir müəllim, bir kitab və bir
qələm dünyanı
dəyişmək əzmindədir"
deməklə, bütün
dünyaya ibrət dərsi verən pakistanlı gənc xanım Malala Yusifzai göstərilir.
Uels şahzadəsi ledi Diana, Qazaxıstanı dünya siyasi meydanında ləyaqətlə təmsil
edən Dariqa Nazarbayeva, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ərəb
xanım Şeyxa Moza, Uyğur konqresinin prezidenti, xeyriyyəçi Rabiə
Qadir və öz oğlunu Vətən uğrunda döyüşə yola salan şəhid anası, öz övladı üçün
ömrünü şam
kimi əridən ümumiləşdirilmiş ana
obrazı Nizaminin yeddi gözəli fonunda təqdim olunur.
Bu maraqlı və qiymətli paralelləri layihə çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
Qadın Filosofların
Beynəlxalq Şəbəkəsinin
üzvü (YUNESKO), akademiyanın
İslam fəlsəfəsi
şöbəsinin müdiri,
Asya Fəlsəfə
Assosasiyasının vitse-prezidenti
Könül Bünyadzadə
aparıb.
Nizami Gəncəvi ili
davam edir. Deməli, Nizami yaradıcılığının, böyük şairin
humanist ideyalarının təbliği
sahəsində işlər
görmək üçün
hələ imkanlarımız
var. Bunu nəzərə
alaraq, "Sönməz
Məşəl" Mədəni
Əlaqələr İctimai
Birliyi "Yeddi gözəl, yeddi mədəniyyət və
yeddi planet" layihəsi
çərçivəsində hazırlanan video-diskin bu ilin dekabr
ayında müasir yeddi gözəlin birinin - Kamala Harrisin ölkəsində - ABŞ-ın
paytaxtı Vaşinqtonda
təqdimatını keçirməyi
planlaşdırır. Şübhəsiz,
bu video-diskdə yer alan
materialların ingiliscə
subtitrlərlə müşayiət
olunması və onun yutub-da yerləşdirilməsi,
habelə ingilisdilli auditoriyada təqdimatı və video-disklərin Amerika kitabxanalarına hədiyyə edilməsi Nizami Gəncəvi dühasınnın təbliği
işinə kiçik
də olsa töhfə verəcəkdir.
Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumundakı çıxışı
zamanı Azərbaycanın
COVİD-19 pandemiyası ilə
mübarizədə dünyaya
təqdim etdiyi pozitiv nümunələrdən
də bəhs edib.
Həqiqətən ölkəmizdə COVİD-19 ilə
bağlı həyata
keçirilən dövlət
siyasətinə dəstək
məqsədilə vətəndaş
cəmiyyəti nümayəndələrinin
fəallığı daim
müşahidə olunur.
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq!" kampaniyası çərçivəsində "Koronavirusla mübarizə mədəniyyəti: Kim, Harada, Necə?" mövzusunda videokonfransın keçirilməsi də məhz bu məqsədə xidmət edib.
Bizim təşkilatın moderatorluğu ilə keçirilən videokonfransda koronavirusa qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, xarici ölkələrdə yaşayan soydaşlarımız və Azərbaycan QHT-lərinin xarici tərəfdaşlarının karantin rejimindəki həyat tərzi, yaradıcılıqları və digər fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb.
Videokonfransa ABŞ-ın Florida,Texas və Kaliforniya ştatlarından, Fransanın Lion şəhərindən, Romadan, Kuzey Kıprıs Türk Cümhuriyyətindən, Lüksemburqdan, Polşadan, Vaşinqtondan, Nyu-Yorkdan, Malaziyadan və s. ölkələrdən qoşulan ədəbiyyat, mədəniyyət və incəsənət adamları pandemiya dövründə yaratdıqları əsərləri nümayiş etdirməklə, koronavirusa qarşı mübarizədə sənətin və ədəbiyyatın rolunu xüsusi qabardıblar.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan omasının 135-ci ildönümünə həsr olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan-Amerika Musiqi Fondu, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının tərəfdaşlığı ilə "Dünyanı heyrətləndirən musiqi" adı altında gerçəkləşdirdiyimiz layihə də pandemiya dövründə insanlarda həyatsevərlik ruhunun saxlanması istiqamətində gördüyümüz işlərdəndir.
Şübhəsiz, Prezident
İlham Əliyevin VIII Qlobal
Bakı Forumundakı çıxışı ölkəmizin
vətəndaş cəmiyyəti nümayəndələrinə
yeni ideyalar, yeni mövzular verəcək.
Bu isə
o deməkdir ki,
qeyri-hökumət sektorunu qarşıda gərgin
iş, dövlətimizin və dövlətçiliyimizin
daha da möhkəmləndirilməsi
naminə gərəkli layihələr həyata keçirmək
kimi müqəddəs vəzifələr
gözləyir.
Şəhla
NAĞIYEVA,
"Sönməz
Məşəl" Mədəni Əlaqələr
İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin
dosenti
525-ci qəzet.- 2021.- 11 noyabr.- S.11.