Nizami Gəncəvinin poetik portretiişıq üzü görüb

 

 

 

Kürdəmir Regional Mədəniyyət İdarəsindən Manera.az-a verilən məlumata görə, kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir.

 

Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.

 

Nəşrin layihə rəhbəri ön sözün müəllifi Regional İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

 

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portretiRegional İdarənin “Nizami Gəncəvi İli”nə töhfə olaraq nəşr etdiyi ikinci kitabdır. Daha öncə “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdu.

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.15.