Xalq şairi Balaş Azəroğlu sərgi ilə anılıb

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq şairi Balaş Azəroğlunun anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, karantin qaydalarına uyğun təşkil edilən sərgidə şairin müəllifi olduğu “Məhəmməd Əmani”, “Çiçəklənən tarlalar”, “Sinəm Savalan dağıdır”, “Savalan”, “Gəl, ay bahar”, “Məcnun söyüd”, “Hafizin qəbri üstündə”, “Dünənim, bu günüm, sabahım...”, “Elə oğul istəyir Vətən”, “Seçilmiş əsərləri” və digər nəşrləri, eləcə də onun haqqında yazılmış “Balaş Azəroğlunun yaradıcılıq yolu” (Bahar Məmmədova) kitabı yer alır. Sərgi iki həftə davam edəcək.

 

Qeyd edək ki, 1921-ci ildə Bakı şəhərində anadan olmuş şairin müxtəlif mövzulu əsərlərinin əsas hissəsini Vətən həsrəti, azadlıq, milli oyanış təşkil edir. Şair 2011-ci ildə Bakıda vəfat edib.

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.15.