Sənətinin vurğunu olan alim

 

Professor Kərim Tahirov kitabxanaşünaslıq biblioqrafiyaşünaslıq sahəsində dünyada tanınmış alimlərdən biridir. O, 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilib, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışıb. 1983-2000-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparatında Baş Kitabxana müfəttişliyinin böyük müfəttişi vəzifəsindən Kitabxana Muzey işləri Baş idarəsinin rəisi vəzifəsinədək yüksəlib. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Metodik nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləyib. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır. 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması inkişafı (1923-1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

 

O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə tarix elmləri üzrə professor elmi adı alıb. Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda elmi simpoziumlarda məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunub. Məhsuldar qələm təcrübəsinə malik alim "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" adlı monoqrafiyanın, "Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası" adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi redaktorudur. Respublikamızda İlk Kitabxana Ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş baş redaktoru olmuşdur. 250-dən artıq elmi məqalənin müəllifidir. "Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri"nin, "Əlamətdar tarixi günlər təqvimi"nin, "Azərbaycan kitabı" on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur. BDU-nun kitabxanaşünaslıq biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları magistrlarının elmi rəhbəri rəsmi opponenti olub. Beynəlxalq Kitabxana Təşkilatının (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse-prezidentidir. Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlayıb, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunub, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çapdan çıxıb, cari biblioqrafiya informasiya göstəricilərinin, "Elmi əsərlər"in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılıb, 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.

 

2006-cı ildən bugünədək Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir. Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, 2013-cü ildə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə inkişafına, yeni texnologiyalarla təkmilləşdirilməsinə görə fəxri fərman diplomlar alıb. TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla, 2014-cü ildə "QIZIL FORTUNA" Beynəlxalq reytinqli texnologiyalar Sosiologiya Akademiyasının medalı ilə təltif edilib. 26 dekabr 2016-cı ildə Mədəni hüquqların təbliği, əhalinin elm yaradıcılıq potensialının, bilik bacarığının inkişafı sahəsində göstərdiyi xidmətlərinə görə Ombudsmanın Fəxri Fərmanı ilə təltif olunub. Nazirlər kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin edilib. Elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında göstərdiyi xidmətlərə görə 2018-ci ildə IX THE FIRST Beynəlxalq mükafatı ilə təltif olunub. 2 noyabr 2018-ci ildə Ədəbiyyatşünaslıq elminin inkişafına göstərdiyi ardıcıl dəstəyə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Ədəbiyyat İnstitutunun fəxri dostu" mükafatı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan ədəbiyyatının respublikamızda xarici ölkələrdə fəal təbliğinə görə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 24 dekabr 2019-cu ildə Azərbaycan Milli Kitabxanasında "İmadəddin Nəsimi. Biblioqrafiya" adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə "Ziyadar" mükafatı təqdim olunub.

 

2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin kitabxana rəhbərlərinin iştirakı ilə Milli Kitabxanada Beynəlxalq əməkdaşlıq zalının açılışının "Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı" layihəsinin təşəbbüskarı olub. Dünya milli kitabxanalarında muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub qiymətli əlyazmaların müəyyən olunaraq elektron nüsxələrinin Milli Kitabxanaya gətirilməsini bir nüsxə Milli Kitabxananın Arxiv fondu üçün nəşr olunmasını həyata keçirib.

 

3 dekabr 2020-ci il tarixində Milli Kitabxananın direktoru 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni işğalından azad edilən rayonlardakı kitabxanaların mövcud durumunu onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq bu barədə Beynəlxalq Kitabxana Təşkilatı olan Beynəlxalq Kitabxana Assosiasiyaları Fedarasiyasına (İFLA-ya) müvafiq məlumatın verilməsi məqsədilə işğaldan azad edilən 10 rayonun Mərkəzi  Kitabxana Sistemlərinin direktorları ilə onlayn videokonfrans keçirib. 8 dekabr 2020-ci ildə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov işğaldan azad edilən 10 rayonun Mərkəzi Kitabxanaları Azərbaycan Milli Kitabxanası adından İFLA-nın Prezidenti xanım Kristin Makenziyə müraciət edib.   

 

Kərim Tahirov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar "Qarabağa kitabla gedək" layihəsinin təşəbbüskarı olmuş, 2021-ci il yanvar ayının 15-də Milli Kitabxanada "Qarabağa kitabla gedək" layihəsinin təqdimatı keçirilib. Hazırda bu layihə üzrə 60 min nüsxəyədək kitab toplanıb.

 

Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq "Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı" layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə elektron bazasının yaradılmasını, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin edib. 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın - "Nizami Gəncəvi: Biblioqrafiya" kitabının (808 səhifə) müəllifi elmi redaktorudur. 

 

Öz işinə rəhbərlik etdiyi kollektivə tələbkar olan, qayğıkeş, səmimi xeyirxah insan Kərim müəllim sənətinin vurğunudur.

 

Dəyərli alim, pedaqoq-müəllim, təcrübəli rəhbər, fəal ictimai xadim, professor Kərim Tahirov. Sizin peşəkarlığınız təşkilatçılıq istedadınız sayəsində bu gün Azərbaycan Milli Kitabxanası dünyada ən inkişaf etmiş Milli Kitaxanalardan biridir. Sizi əlamətdar yubileyiniz - anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, elmi yaradıcılığınızda pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Ədibə İSMAYILOVA

Milli Kitabxananın direktor müavini    

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.9.