Şair-publisist Hidayətin poeziyası qırğız dilində təqdim olunub

 

 

Redaksiya araşdırmaları nəticəsində məlum olub ki, indi çap olunan kitab xeyli əvvəl qırğız dilinə tərcümə edilsə , müəllif, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə səlahiyyətli səfiri Hidayət Orucov rəsmi dövlət vəzifəsi tutduğu dövrdə onun çap olunmasına razılıq verilməyib. Bu yaxınlarda, oktyabrın əvvəllərində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə geri çağırılandan sonra kitab nəşr edilib. Bunu müəllifin həyat kodeksi ilə bağlı maraqlı detal olduğuna görə xatırlatdıq.

 

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycanın Əməkdar incəsənət xadimi, şair dramaturq, publisist Hidayətin qırğız dilində şeir poemalarından ibarət kitabı haqqında Qırğız Respublikasının Milli İnformasiya Agentliyi "Kabar"ın yazısını paylaşan nəşrlərin yazıya əlavəsində yer alıb.

 

Kabar” “Ulduzlu səma altındaadı ilə nəşr olunan kitabı təqdim edərək bildirir ki, kitaba görkəmli şair, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Hidayət Orucovun müxtəlif illərdə qələmə aldığı çoxşaxəli ədəbi istedadını əks etdirən şeir poemaları daxil edilib.

 

Onların tərcüməsi üzərində tanınmış şairlər Haydarbek Sarmanbetov, Dogdubek Yusupov, Jediger Saalay, Zamirbek İmanaliev, Baktyqul Çoturova Altınay Temirovanın çalışdığı qeyd olunan kitabın başlıca məziyyəti kimi şairin bəzi şeirlərinin iki-üç tərcümədə verilməsi diqqətə çatdırılır nəşrəÖn söz”ü Qırğızıstanın Xalq şairi, ictimai xadim, populyar əsərlər müəllifi, tərcüməçi Omor Sultanovun yazdığı vurğulanır: “Ön Söz”də qeyd edilir ki, Hidayət təkcə tanınmış dövlət ictimai xadim deyil, həm məşhur şair, dramaturq, nasir publisistdir, o, xidmətlərinə görə bir sıra ölkələrin yüksək dövlət mükafatlarına layiq görülüb. Şairin dünyanın müxtəlif dillərində çoxsaylı oxucuların qəlbini fəth etməyə müvəffəq olan dərin fəlsəfi məna həqiqət axtarışları ilə dolu əsərləri, indi qırğızdilli poeziya həvəskarlarına Hidayətin gözləri ilə dünyaya baxmaq imkanı qazandırıb”.

 

Yazıda Hidayətin əbədi mövzuları, onların qayəsi xatırladılaraq qeyd edilir: “Müdrik mütəfəkkir, tanınmış qələm ustadı özünün çoxşaxəli yaradıcılığında məhəbbət, din kimi sadə, eyni zamanda, dərin tükənməz mövzulara toxunur, əbədiyyət böyüklük, vətənpərvərlik duyğuları ifadə olunur, planet bütün xalqların vahid evidir ideyasını özündə əks etdirir”.

 

DəmirBank”ın Turarmətbəəsinin təşəbbüsü ilə ən yüksək poliqrafik səviyyədə çap olunan kitabın keyfiyyətli rəngli illüstrasiyalardan ibarət olduğunu vurğulayaraq onun qırğız oxucularında ancaq Hidayət barədə deyil, Azərbaycan, onun yaşadığı keşməkeşli tarix, bir il əvvəl başlayan böyük Zəfərlə tamamlanan Vətən müharibəsi barədə dolğun təəssürat yaradır: “Yaradıcılıq intuisiyası, poetik dünyagörüşü zəngin dil palitrası sayəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, poeziyanın əsaslarını dərindən bilən Azərbaycan xalqının görkəmli şairi öz adını dünya ədəbiyyatına əbədi yazdıraraq müasir poeziyaya yeni nəfəs verməyi bacarıb”.

 

Yazının sonunda qeyd edilir ki, ədəbi aləmdə Hidayət təxəllüsü ilə tanınan Hidayət Xuduş oğlu Orucov 2012-ci ildən 2021-ci ilin oktyabrınadək Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.6.