Elçin Hüseynbəylinin yeni romanı nəşr edilib
Tanınmış yazıçı-dramaturq, publisist,
Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəylinin "Vida" romanı işıq üzü görüb.
525.az xəbər verir ki, kitab
"Qələm" nəşriyyatında
nəfis indizaynla (içi qrafik şəkilli) çap olunub. "Vida" romanı müəllifin məşhur
"Gözünə gün
düşür" hekayəsi
əsasında yazılıb
və "doğulduğun
yerdə ölməli"
ideyasına söykənir.
Romanın süjeti psixoloji-dramatik
fabula ilə müşayiət olunur.
Yurdu erməni tapdağında olan məşhur və xəstə həkim doğma kəndinə gedir. Onun məqsədi babasının
vəsiyyətinə əməl
eləmək, doğulduğu
yerdə ölmək,
amma ondan qabaq bir ağac
əkməkdir. Erməni
hərbçiləri həkimi
əsir götürürlər...
Yazıçı bu dəfə də öz üslubuna sadiq qalıb: bədii dillə danışıq
dili sintez olunub, təhkiyəsi şirin və axıcıdır...
Nəşrin rəhbəri Pərviz Əyyubov, redaktoru Dürdanə İbrahimova
Hüseynbəyli, dizayneri
Ömər Məmmədovdur.
Romanı şəhərimizin kitab mağazalarından almaq olar.
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.13.