"Sözün sehri" telemüsabiqəsi başa çatıb

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə elan olunan "Nizami ili" çərçivəsində  Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş ELTV ilə birgə "Sözün sehri" devizi altında müştərək layihə hazırlayıb.

 

525.az xəbər verir ki, layihə Nizaminin əsərləri əsasında 14 yaş daha böyük yaş kateqoriyasından olan şəxslərin iştirakı nəzərdə tutulan qəzəl müsabiqəsindən ibarətdir. Müsabiqənin 3 nəfərdən ibarət münsiflər heyətində pedaqoq Bəylər Bəylərov, filologoya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, şair - qiraətçi Vaqif Yaquboğlu təmsil olunub. Layihədə regionun 4 rayonundan - Ağdaş, Göyçay,  Ucar, Zərdabdan 80 nəfər qiraətçi arasından seçiləcək 12 qiraətçinin 7 həftə davam edəcək müsabiqədə münsiflər qarşısında öz istedadlarını nümayiş etdirməsi nəzərdə tutulmuşdu. Müsabiqə şərtlərinə görə, sonuncu həftəyə qədər davam edərək qalib olan 3 iştirakçının qiymətli hədiyyələrlə mükafatlandırılacaqdı.

Avqustun 27-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Sözün sehri" qəzəl müsabiqənin ilk seçim turunda Ağdaş Göyçay rayonlarından olan həvəskar qiraətçilərdən 6 nəfər münsiflər tərəfindən seçilərək müsabiqədə iştirak etmək hüququ qazandılar. Növbəti seçim turunda isə Ucar Zərdab rayonlarının poeziya həvəskarları arasından 6 nəfər seçildi.

 

"Sözün sehri" qəzəl müsabiqəsinin ilk turu ilk efir buraxılışının çəkilişi sentyabr ayında baş tutdu. İlk turda münsiflər tərəfindən obyektiv qiymətləndirilərək  seçilən 12 iştirakçıya münsiflər tərəfindən təqdim olunan qəzəl, qəsidə, rübailər dinlənildi. Çıxışlara münsiflər, irad tövsiyələrini bildirdikdən sonra, növbəti tura keçən iştirakçılara Nizami Gəncəvinin ilk poeması olan "Sirlər xəzinəsi"ndən parçalar hazırlamaq üçün tapşırıqlar verildi.

 

Müsabiqə şərtlərinə görə hər həftə davam edən müsabiqədə dahi şairin bir poemasından parçalar təqdim olunur, iştirakçılar həftə ərzində həmin parçanı münsiflər qarşısında həvəslə ifa edərək turdan-tura keçirdilər. Hər turda nisbətən zəif iştirakçı münsiflərin qiymətləndirmələrinə əsasən müsabiqəni tərk edirdi. Sonuncu tura qalan 3 iştirakçının yarışması daha maraqlı həyəcanlı oldu. 7 həftə ərzində münsiflər tərəfindən ən yüksək bal toplayan Ağdaş rayonundan qatılan Turanə Şıxəliyeva I, Göyçay rayonundan qatılan İradə Məmmədova II, Ağdaşdan qatılan Əfsanə Dostuyeva isə III yerə layiq görüldülər. Müsabiqənin yekun konsertində qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırıldılar.

 

Dahi şairin qiymətli irsinin vurğunlarına "Sözün sehri" qəzəl müsabiqəsi oktyabr ayının 7-dən etibarən hər çərşənbə günü efir vasitəsi ilə - ARB Günəş televiziya kanalında tamaşaçılara təqdim edilirdi. Müsabiqənin hər turunda Nizami qəzəllərini ifa edən xanəndələr Sabir Hüseynov, Şakir Qədirov, Elşad EhtiramoğluYevlax, Ağdaş, Göyçay rayonlarından və Mingəçevir şəhərindən qatılan musiqiçilərin, Şəki Dövlət Dram Teatrı aktyorlarının çıxışları da müsabiqənin televiziya tamaşaçıları tərəfindən daha  maraqla qarşılanmasına səbəb oldu.

 

525-ci qəzet.- 2021.- 13 noyabr.- S.13.