Sönməz ədəbiyyat günəşi: Nizami Gəncəvi

 

 

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanıb. Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi (1141-1209) özünün böyük əbədiyaşar sənəti ilə bütün bəşəriyyətə məxsus qüdrətli ədəbi şəxsiyyətdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduğu xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir. Ölməz sənətkarın "Xəmsə" adlanan məşhur əsərləri sanki Qərbin Şərqin ədəbiyyat ensiklopediyasıdır. Yunanıstandan Hindistana, Ərəbistandan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri şəxsiyyətlərini Nizami Gəncəvi böyük məharətlə ədəbiyyata həkk edib. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dünyanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiyyatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bilməyib. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgəndərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırıb. Makedoniyalı İsgəndərin bir xidməti Qərb anlayışını Şərq xalqlarına çatdırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri vasitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanıblar. Bu mənada Nizami Gəncəvi Şərq dünyasının Azərbaycanın Qərb ölkələrində ümumən dünyada ən böyük bələdçisidir.

 

Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olub. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid olub, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tayfaları yaşayıblar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul edən İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili alıb, həyatını, əsasən, bu şəhərdə keçirib. Ehtimala görə, o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdı. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən birinin Həmdünyan kəndi olduğunu iddia edirlər. "Xosrov Şirin" poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanmış bu kəndə getmiş, "gəlirindən artıq onun xərci" olan cəmi "yarımca ağac"lıq" bu kəndin ona ərməğan edilməsindən razı qalmayıb.

 

 

 

Nizami Gəncəvinin dövrünün görkəmli sənətkarı, böyük müasiri, Şərq memarlıq məktəbinin ən böyük nümayəndələrindən biri Əcəmi Əbubəkr oğlu ilə görüşməsinə dair ehtimallar vardır. Fikrimizcə, bir çox səbəbdən bu iki nəhəng sənətkarın görüşməsi haqqındakı mülahizələr məntiqə uyğundur. Memarlığın daş "Xəmsə"sini yaratmış Əcəmi Naxçıvaninin onunla eyni dövrdə yaşamış söz sənəti "Xəmsə"sinin qüdrətli yaradıcısı Nizami Gəncəvi ilə görüşməsi bu iki böyük dühanın bir-birinin yaradıcılığına xidmətlərinə hörmət ehtiramının ifadəsi deməkdir. Bu mütəfəkkir simaların hər ikisinin Atabəylər dövlətinə yaxın olmaları da onların görüşünü şərtləndirir. Atabəylər dövlətinin paytaxtının Gəncədən Naxçıvan şəhərinə köçürülməsi iki böyük dühanın görüşünün Naxçıvan ərazisində baş tutmasını ehtimal etməyə əsas verir. Nizami Gəncəvinin müxtəlif əsərlərində öz əksini tapmış oğlu Məhəmmədə nəsihətləri ümumən Azərbaycan ədəbiyyatında nəsihətnamə janrında yazılmış dəyərli poetik nümunələrdir. Bu dərin mənalı nəsihətlər neçə yüz illərdir ki, həm Azərbaycanda, həm dünyada yeni nəsillərin yetişib formalaşmasına öz töhfəsini verir. Nizami Gəncəvi dünya ədəbiyyatında "Xəmsə" adı ilə tanınan beş məşhur poeması ilə böyük şöhrət qazanıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında "Xəmsə" ("beşlik") adlanan poemalar silsiləsinin əsasını qoyub. Böyük ustad sənətkardan sonra "Xəmsə" yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilib, bir çox xalqların şairləri "Beşlik" poemalar dəsti yaradıblar. Fars-tacik ədəbiyyatında Əbdürrəhman Cami, cığatay poeziyasında Əlişir Nəvai, Hindistanda Əmir Xosrov Dəhləvi başqaları Nizami Gəncəvinin yolunu davam etdirərək "Xəmsə"lər yazmış, bu böyük işi əsrlərdən-əsrlərə daşıyıblar. Qüdrətli sənətkarın "Xəmsə" poemalar silsiləsinə daxil olan ilk əsəri 1174-cü ildə yazılmış "Sirlər xəzinəsi" poemasıdır. Şairin cavan yaşlarında yazılmasına birinci böyük əsəri olmasına baxmayaraq, "Sirlər xəzinəsi" poeması Nizami Gəncəvinin həyata ədəbiyyata bələdlik mənasında, həqiqətən, sirlər xəzinədarı olduğunu göstərir. Poemada verilmiş 20 məqalətdə (hekayədə) Nizami Gəncəvi dövrünün ən aktual məsələlərini təsvir etmiş, bədii sənətin ali qayələrini diqqətə çatdırıb. Nizami Gəncəvini bütün yaradıcılığı boyu düşündürən humanizm bərabərlik, ədalətli hökmdar xalq, əməkçi insan mənəvi kamillik, sərvət şəxsiyyət kimi böyük ictimai mətləblər ilk dəfə "Sirlər xəzinəsi" əsərində öz əksini tapmışdır. Şairin bu əsərdə yaratdığı Kərpickəsən kişi obrazı nəinki Azərbaycan poeziyasında, geniş mənada Şərq ədəbiyyatında yeni idi. Bu mənada "Sirlər xəzinəsi" poeması Nizami Gəncəvi yaradıcılığının ədəbi proqramıdır. Dahi şairin sonrakı ölməz əsərlərindəki mövzuların ideyaların mütləq əksəriyyəti "Sirlər xəzinəsi"ndən qida alır. Nizami Gəncəvinin "Xosrov Şirin" poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır. "Xosrov Şirin" dastanı Azərbaycan ədəbiyyatında möhtəşəm eşq abidəsi kimi mühüm yer tutur. Nizami Gəncəvi bu əsərində eşqin qüdrətini dünyanın mənası insan şəxsiyyətinin əzəməti kimi tərənnüm edib:

 

Nizami Gəncəvinin 1188-ci ildə yazdığı "Leyli Məcnun" poemasında insanın mənəvi dünyasının zənginlikləri parlaq təsirli bədii vasitələrlə canlandırılır. Bu əsərdə Nizami Gəncəvi eşqin qüdrətini iki gəncin ilahi sevgisi vasitəsilə tərənnüm edib. "Leyli Məcnun" poeması Leylinin elegiyası, Məcnunun dastanıdır. Böyük sənətkarın Azərbaycan ədəbiyyatına gətirdiyi bu mövzu bütün Şərq aləmində məşhurlaşmış, sonrakı dövrlərdə yeni-yeni əsərlərin meydana çıxmasına səbəb olub.

 

Dahi şair "Yeddi gözəl" poeması ilə (1197) dünya xalqlarının həyatına və bəşər mədəniyyətinə dərindən bələd olan böyük sənətkar olduğunu nümayiş etdirir. Poemada təsvir edilən Bəhram şahın yeddi ölkənin şahzadəsi ilə söhbətləri Nizami Gəncəvinin bilikdünyagörüşünün geniş miqyasını təsəvvür etməyə imkan verir. "Yeddi gözəl" əsəri ideal insankamil həyat tərzi haqqında yazılmış mükəmməl mənzum romandır. Fikrimizcə, 1203-cü ildə yazdığı məşhur "İsgəndərnamə" poeması Nizami Gəncəvi sənətinin ümumiləşmiş möhtəşəm yekunudur. "İsgəndərnamə" Nizami Gəncəvi yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək mövzunu Azərbaycan təfəkkürü və gerçəkliyi ilə uzlaşdıraraq ədəbi mühitə, bədii əsərə gətirib. Haqlı olaraq deyildiyi kimi, Nizami Gəncəvi burada ("İsgəndərnamə"də) bizim qarşımızda alim və mütəfəkkir kimi çıxış edir. Bu əsərdə o, bütün ömrü boyu onu narahat edən və düşündürən problemləri bir yerə cəmləşdirmişdir. Ona görə də bu poema ağlının bütün qeyri-adi genişliyionun böyük ürəyini həmişə yandıran insana alovlu məhəbbəti ilə "Nizaminin həqiqi baxışlarını dərk etmək üçün daha çox və əvəzsiz material verir". "İsgəndərnamə" Azərbaycan ədəbiyyatında janr baxımdan ilk dilogiyadır. Əsərin birinci hissəsi olan "Şərəfnamə"də Makedoniyalı İsgəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmdarideal cəmiyyət axtarışlarına dair görüşləri öz əksini tapıb. "İqbalnamə" hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İsgəndərdən bəhs edir. Nizami Gəncəvi "İqbalnamə"də dövlətin idarə olunmasında ellin amilinin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İsgəndərin dövrünün görkəmli alimləri olan Platon, Aristotel, Sokratbaşqa alimlərlə söhbətləri və məsləhətlərinin təsviri ideal cəmiyyətin formalaşmasında müdriklikkamilliyin əhəmiyyətini təsdiq etməyə imkan verir. Nizami Gəncəvinin lirikası dərin və nəcib insan düşüncələrinin bədii tərcümanı olan yadda qalan və təsirli sənət nümunələridir. Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barədə heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu mənada Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi ürək dolusu söz açır. Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiya təbii olaraq daha geniş məkanı özündə cəmləşdirmişdir. Bu mənada "Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır" dedikdə, ən azı aşağıdakılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O, ilk növbədə Şərq aləmində tanınıb şöhrət qazanıb; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tapıb; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaradıb; Şairin əsərləri Şərqdə daha çox oxunur... Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarəsini axtarıb-tapa bilir. Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir. Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmişorada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır.

 

 

Həqiqət QƏDİMOVA,

UNEC-in Zaqatala filialının direktor müavini, dosent

 

525-ci qəzet.- 2021.- 16 noyabr.- S.13.