Anar Kərimov:”Ermənistan həyasızcasına Şuşadan oğurlanmış xalçaların  sərgisini keçirib”

 

Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların sərgisini keçirməsinə münasibət bildiribAnar Kərimov

"İlk növbədə azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutumalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik".

 

Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

 

"Bu, əksər hallarda dağıdılmış, talan edilmiş və oğurlanmış əşyaların aqibəti təəssüflər olsun ki, bəlli deyil. Amma bəziləri haqqında məlumatlarımız var. Həmin məlumatları toplayıb beynəlxaq konvensiyalar vasitəsilə iddialarımızı qaldıracağıq. Məqsədimiz bizdən oğurlanmış və Azərbaycan xalqına məxsus olan sənət əsərlərini ölkəmizə qaytarmaqdır. Bu yaxınlarda Ermənistan həyasızcasına öz muzeylərində Şuşadan oğurlanmış xalçaların sərgisini keçirib. Bunu fəxrlə də göstərirlər. Bu cinayətdir və beynəlxalq hüquqa hörmətsizlikdir. Bu barədə UNESCO-ya məlumat verdik. Bu işlər mütəmadi davam edəcək, onları rahat qoymayacağıq. Oğurlanmış mirasımız mütləq bizə qaytarılmalıdır”, - o deyib.

 

525-ci qəzet.- 2021.- 16 noyabr.- S.6.