Görkəmli  memar Rasim Əliyev vəfat edib

 

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.

 

Görkəmli memarın Rasim Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət hökumət rəsmiləri, eləcə sənətkarın həmkarları adından rəsmi nekroloq yayımlanıb.

 

Nekroloqda qeyd olunur ki, Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.

 

Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdəAzərdövlətlayihəİnstitutunda işləmişdir. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.

 

Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə respublikanın digər şəhərlərinin planlaşdırılması tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin əsas parkların, habelə paytaxtda digər şəhərlərimizdəki mərkəzi meydanların mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.

 

Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olanŞöhrət”, 2009-cu ildəŞərəf 2014-cü ildəİstiqlalordenləri ilə təltif edilmişdir.

 

Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

525-ci qəzet.- 2021.- 16 noyabr.- S.2.