Bu dünyadan köçmək son demək deyil...

 

 

Yəhya Yusif oğlu Əliyev 1937-ci ildə Qazaxıstana deportasiya olunmuş Əliyevlər ailəsində dünyaya göz açıb. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tarix mövzusunda 19 kitabın türk dünyasının problemlərinə, beynəlxalq münasibətlərə həsr olunmuş 60-dan artıq məqalənin müəllifidir. Onun "Tarixin qanlı yaddaşı", "Siyasi repressiya bəşəriyyətə qarşı vandalizmdir", "Böyük Azərbaycan hökmdarları haqqında qısa oçerk", "Qazaxıstandakı azərbaycanlılar" s. kimi kitablarının hər biri tarix elmi üçün vacib məlumatları ehtiva edir. Yəhya Əliyev kitab məqalələrini, bir qayda olaraq, "Caniyar" təxəllüsü ilə yazıb. Onun Azərbaycanın igid oğlu Mübarizin şücaət qəhrəmanlıqlarına həsr olunmuş "Turan mübarizi" kitabı ölkəmizdə "Qızıl qələm" mükafatına layiq görülüb. Müəllifin "Kuba mənim sevgimdir" kitabı Kubada yüksək qiymətləndirilib nəticədə Yəhya Əliyevə Havana Universitetinin fəxri professoru adı verilib.  

 

Yəhya Əliyev Azərbaycan Yazıçılar İttifaqının Azərbaycan Jurnalistlər İttifaqının üzvü, türk dünyasının, eyni zamanda Avropa ölkələrinin bir sıra akademiya universitetlərinin fəxri doktoru professoru adına layiq görülüb. Türk dünyası qarşısındakı xidmətlərinə görə 50-yə yaxın mükafat, medal fəxri adlar qazanıb. Onu yaradıcılığı geniş çoxsahəlidir.

 

 

 

Yəhya Əliyev ömrünün son günlərinə kimi ictimai statuslu Türk Xalqları Konqresinin sədri olub. Onun türk dünyası qarşısındakı xidmətləri danılmazdır. Türk xalqlarının tarixi onun fəaliyyət sahəsi deyil, həyatının ayrılmaz hissəsi olub. Türk xalqları ilə bağlı ən kiçik tarixi detal belə Yəhya Əliyevin diqqətindən kənarda qalmayıb. Türklərin yaşadığı bütün şəhər, qəsəbə, kəndləri qarış-qarış gəzmış Yəhya müəllim Rusiyanın ən ucqar əyalətinə kimi gedib çıxıb. O, qalib Osmanlı imperiyasının, Böyük Turanın izlərini dünyanın hər yerində axtarıb tapırdı. Eşitdiyi, gördüyü ən kiçik faktı belə dərhal qələmə alardı. Türklərin iz qoyduqları hər bir məkanda o, arzuolunan qonaq idi. Orta Asiyadan uzaq Rusiya torpqlarına kimi olduğu hər yerdə gördükləri qələmə aldığı kitablarda öz əksini tapıb.

 

Yəhya müəllim uzun illər Qazaxıstan Azərbaycanın daxili işlər orqanlarında çalışıb. O zamanlar polkovnik olan Yəhya Əliyev Bakının Xətai rayonunda milis rəisi vəzifəsində işləyib. Maraqlıdır ki, təqaüdə çıxdıqdan uzun müddət sonra Azərbaycan Yazıçılar İttifaqında növbəti kitablarından birinin təqdimat mərasimi zamanı Xətai rayonu sakini olan bir xanım qəfil ayağa qalxaraq Yəhya müəllimin xidmət zamanı gördüyü xeyirxah əməllərdən bəhs etmişdi. Yəhya müəllim heç zaman etdiyi xeyirxahlıqlar barəsində danışmağı sevməz, insanlara yardım etməyi mənəvi borc olaraq dəyərləndirərdi. Özü qədər təvazökar olsa da, gözəl əməlləri insanlar arasında unudulmur, hörməti gündən-günə artırdı. Etiraf edək ki, özündən sonra iz qoymaq, sənə tamamilə yad olan insanların hafizəsində, qəlbində yaşamaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.

 

Yəhya Əliyevin vətənpərvərliyi hələ Birinci Qarabağ müharibəsi dövründə artıq dillər əzbəri idi. O zaman cəsur Vətən oğullarını ətrafına toplayaraq batalyon yaradan Yəhya müəllim torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılır. Ağdam ətrafında gedən əməliyyatlarda iştirak edərək, daha sonra Şuşaya gedib çıxır. Xocavənd Xocalıda ağır döyüşlər gedən zaman Yəhya Əliyev batalyonunda sağ qalmış 29 nəfərlə birgə Xocalıya üz tutur. Rus əsgərlərinin erməni terrorçularının əhatəsində SSRİ-dən qalma tanklarla azərbaycanlılar yaşayan evləri necə hədəf aldığını o, öz gözləri ilə görür. Qeyri-bərabər döyüşlərdə o, ağır yaralanır, bədənində qalan qəlpələri ömrünün sonuna kimi özü ilə gəzdirir. Onu özü ilə o dünyaya apardı.

 

Yəhya Əliyevin qəlbində hər zaman Tanrıya, xalqına möcüzələrə inam olub. Ölümlə çarpışdığı anlar da belə ölmək üçün hələ çox tez olduğunu dilə gətirir, döyüş yoldaşlarını ruhdan düşməyə qoymazmış, canlı şahidi iştirakçısı olduğu müharibənin dəhşətlərini qələmə almamış, qələbəyədək bu dünyadan köçməyə mənəvi haqqı olmadığını tez-tez dilə gətirərdi. Beləcə, özündə güc tapıb sağ qalan 9 nəfər döyüşçü ilə birgə düşmən mühasirəsindən çıxaraq Xocavəndə gəlib çata bilir. Daha sonra yaralı halda özünü Ağdama çatdırır. Sonradan o, gördüyü dəhşətləri göz yaşları içində danışır, bütün dünyanın pulla, silahla dəstəklədiyi düşmənə qarşı kiçik çaplı silahlarla igidlərimizin necə şücaətlə vuruşduqlarını xatırdalıqca kövrələrdi. Ölümün bir addımlığında belə, əcəlin gözünün içinə baxaraq ona "Hələ yox!" deməyi bacaran Yəhya Əliyev müharibədən sonra 30 il yaşayaraq türk dünyası qarşısında öz mənəvi borcunu yerinə yetirir. Müharibənin ilk günündən sonuna kimi gördüklərini qələmə alaraq gənc nəsillərə misilsiz xəzinə qoyub gedir. Kim bilir, bəlkə elə od-alovun içərisində ölüm ayağında olarkən Tanrı onu "istedad" adlı bəxşiş ilə mükafatlandırıb. Elə həmin andan etibarən Yəhya Əliyev o günə kimi görmədiyi acı həqiqətləri dərk etməyə, türk dünyasının əsl düşmənlərini tanımağa başlayıb. Yəhya müəllim artıq həyatın hər anının öz hökmünün olduğunu hiss edir ömrünün sonuna kimi yaşadığı hər dəqiqəni faydalı keçirməyə çalışır. Bır çox mühüm tarixi həqiqətlərdən bəhs edən onlarla kitabı məhz bundan sonra işıq üzü görür, Türk Xalqları Assosiasiyasının rəhbəri kimi yeni axtarışlar aparır, hadisələrin canlı şahidləri ilə görüşüb söhbətləşər, qeydlər edərdi. Onu hər yerdə yaxşı tanıyır, hörmət sevgi ilə qarşılayırdılar. Bəzən bir neçə gün ərzində həm Orta Asiya, həm Rusiya Federasiyasının regionlarında keçirilən bir çox tədbirə qatılırdı.

 

Zəhmətkeş xasiyyəti Tanrının ona bəxş etdiyi istedad Yəhya müəllimə özünə, səhhətinə vaxt ayırmağa imkan tapmırdı. Səhhəti ilə qətiyyən maraqlanmır, həyatının hər dəqiqəsini türk dünyasına bəşəriyyətə fayda verməyə sərf edirdi. Beləcə, Yəhya müəllim ciddi xəstəliyə düçar olmasından yalnız 71 yaşında xəbər tutur. Amma o, bu acı xəbərdən qətiyyən üzülmür, torpaqlarımızın azad olunduğunu, düşmən ordusunun darmadağın edildiyini gördüyü üçün həyatından məmnun idi. Qələbə sevincini yaşamaq fürsəti verdiyi üçün Tanrıya minnətdarlıq edirdi. Müzəffər Ordumuzun gücü, Azərbaycan xalqının möhkəm iradəsi Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti sayəsində qazanılmış Zəfər Gününə şahidlik etdiyi üçün özünü xoşbəxt insan hesab edirdi.

 

Bu qələbənin iki qardaş dövlət olan Türkiyə və Azərbaycanın birgə səyi nəticəsində əldə olunması onun sevincini birə min artırırdı. Çünki türk dünyanın həmrəy görmək onun həyatda hər zaman ən böyük arzusu olub. "Türk dünyasının birliyi mənim odlar diyarım Azərbaycanımdan başladığı üçün çox xoşbəxtəm" deyə hər kəslə öz sevincini bölüşürdü. Yəhya Əliyev bu tarixi hadisədə özününrolunun olmasından çox qürur duyurdu. İllər boyu türk dünyasının birliyinə həsr etdiyi ömür nəhayət ki, öz bəhrəsini vermişdi. Yəhya Əliyev şeirlərdən ibarət sonuncu kitabını ərsəyə gətirdikdən sonra öz doğmalarının əhatəsində, deyib-gülən yerdə Tanrının dərgahına qovuşur. Özündən sonra xeyirxah əməllər, zəngin tarixi irs və Vətənə, xalqa layiqli övladlar qoyub gedən insanın bu dünyanı tərk edən, heç şübhəsiz ki, yalnız cismi olur. Çap olunmuş kitablar, qoyub getdiyi xeyirxah əməllər onu yaddaşlarda hər zaman yaşadacaq. Gözəl ailə başçısı, vətənpərvər insan, dəyərli ziyalı olaraq Yəhya Əliyev kimi bir şəxsiyyətlə dost olmaq, fikir mübadiləsi aparmaq, yol yoldaşı olmaq hər bir dost, tanış üçün həmişə xoş olub, pozitiv enerjinin çoxalmasına səbəb olurdu. O, həmişə özündən çox dostlarının, yaxınlarının qayğısına qalar, onların ortaya çıxan problemlərini həll etməyə can atırdı. "Yazdıqlarım, dostlarım mənim üçün yaşayıb yaratmağa ən qiymətli stimul, motivasiya olub" deyərdi. Həmişə ədalət tərəfdarı olan bu qəlbi təmiz, saf insanın xatirəsi hər birimizin qəlbində sonadək yaşayacaq.

 

 

Rafiq ƏLİYEV

 

525-ci qəzet.- 2021.- 17 noyabr.- S.15.