Bizi birləşdirən dəyər: İlk dərs günü, ilk Zəfər Günü

 

lk"lərin hər ikisi mənim üçün doğma və əzizdir. Ömrümün əlli ildən çoxunu ilk dərsə başlayan, təhsilimizin elmimizin flaqmanı Bakı Dövlət Universitetində keçirmişəm. İkincisi, bir qarabağlı kimi ilk Zəfər Gününün sevincini yaşayıram.

 

"Yenə təkrar edirəm: məktəb, məktəb. Bizi ancaq məktəb nadanlıqdan xilas edər" (Nəriman Nərimanov). Dahilər deyir ki, insanın ən böyük sərvəti onun maddi sərvəti deyil, elmidir. Bəli, əgər belə demək mümkünsə, elm işıqdır, gələcəyə nur saçan işıqdır, elmsizlik isə qaranlıqdır, insanı məhv edən qaranlıq.

 

Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. İyirmi üç ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti elmin, təhsilin xalq maarifinin inkişafını diqqət mərkəzində saxlayırdı.

 

Yeni hökumət Bakıda darülfün təsis etməyi planlaşdırır. Bu  münasibətlə komissiya da yaranır. Bəzi deputatlar mətbuat səhifələrində çıxış edərək əvvəlcə gimnaziya tipli orta məktəb şəbəkəsini yaratmağı məsləhət görürdülər. Onlar milli peşəkar kadrların olmadığını əsas gətirərək belə deyirdilər. Məsləhət görürdülər ki, milli professorlar hazırlayandan sonra darülfün təsis etmək olar. Bəziləri isə dərslərin rus dilində keçirilməsinə qarşı çıxaraq rus professorlarının "ruslaşdırma" siyasəti aparacağını bildirirdilər. Parlament üzvlərinin əksəriyyəti bu əsassız fikrə qarşı çıxaraq göstərdilər ki, elm həmişə beynəlmiləl olmuş, Azərbaycan ziyalılarının çoxu Rusiyada təhsil alsalar da, "ruslaşmamışdır". Onu da bildirim ki, ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyəti  Parlamentinin üzvü Mehdi bəy Hacınskinin parlamentdəki çıxışı daha çox yadda qaldı. O, deyirdi: "Bir vaxt qışqırıb deyirdilər, ey dadi-bidad, üsuli-cədid məktəbi açmayın, kafir olarsınız. İndi deyirlər ki, darülfünun açmayın, ruslaşarsınız..."

 

Gərgin keçən müzakirələrdən sonra - 1919-cu il sentyabrın 1-də Azərbaycan  parlamenti universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski parlamentdə çıxış edərək demişdi: "Siz böyük tarixi gördünüz... Mən çox şadam ki, darülfünunun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum".

 

Universitetdə ilk dəfə 102 il əvvəl, 1919-cu il noyabrın 15-i ilk dərs günü elan edilir. Bu münasibətlə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti noyabrın 17-də yazırdı: "Dün Azərbaycan Darülfünu ilk dəfə olaraq açıldı ilk gündür ki, məşğuliyyətə başladı... Azərbaycan Darülfünu, əlbəttə, bir türk darülfünudur, çünki türk parlamanı, türk hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır. Darülfünunun həyata məşğuliyyətə başlaması tarixi 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidası olacaqdır".

 

 

 

Təəssüf ki,1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu arzuları ürəkdə qoydu. Bakı Dövlət Universitetinin həyatında da mürəkkəb dövr başladı.1926-cı ildə Azərbaycan SSR-in rəhbər vəzifəsinə gətirilmiş erməni Levon Mirzoyan 1928-ci ildə vaxtilə özünün ali təhsil aldığı Azərbaycan Dövlət Univetsitetinin fəaliyyətinə son qoyur, onu musavatı təbliğ etməkdə günahlandırır. Yalnız Mir Cəfər Bağırov hakimiyyətə gəldikdən sonra ali təhsil ocağının yenidən fəaliyyətini bərpa etmək məsələsini qaldırır buna nail olur. 1934-cü ildə universitet yenidən fəaliyyətə başlayır respublikada elmi-pedaqoji fikrin mərkəzinə  çevrilir.

 

Dörd fakültə ilə həyata vəsiqə alan universitetdə bu gün 16 fakültə fəaliyyət göstərir. 121 kafedrada çalışan professor-müəllim heyəti gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur.

 

2019-cu ildə 100 illiyini qeyd edən Bakı Dövlət Universiteti Azərbaycan dövlətçiliyinin etibarlı sosial dayağı olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev BDU-nun 100 illiyi münasibətilə keçirilən mərasimdəki çıxışında universitetin fəaliyyətinə yüksək qiymət vermişdir: "Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik   bacarıqlarını nümayiş  etdirmişdir. Məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir".

 

Əllidən çox tanınmış ictimai-siyasi xadim elm adamlarının fəxri doktoru olduğu Bakı Dövlət Universiteti hazırda 60-dan çox ölkənin 200-dən cox universiteti ilə əməkdaşlıq edir. BDU dünyanın tanınmış universitetləri ilə tələbə-müəllim mübadiləsi həyata keçirir, həmçinin "ikili" diplom üzrə mütəxəssislər hazırlayır.

 

8 noyabr - Zəfər Günü. "Bu, Zəfər bayramı, rəşadət bayramı, ədalət bayramı, milli qürur, milli ləyaqət bayramıdır" (İlham Əliyev). Bu günü xalqımız düz otuz il gözləyib. Qəhrəman Azərbaycan əsgəri erməni işğalı altındakı  torpaqlarımızı 44 günə - "dastanlara yazılacaq zəfərlə" azad etdi. Bu tarixi qələbədən sonra fəxrlə deyirik: İlin ölkəsi Azərbaycandır, ilin xalqı Azərbaycan xalqıdır, ilin qəhrəmanı Azərbaycan əsgəridir. Başımıza ucalıq gətirən Azərbaycan Ordusuna eşq olsun!

 

Zəfər Gününü Azərbaycanın hər yerində geniş ruh yüksəkliyi ilə qeyd edirlər. Bakı Dövlət Universiteti bu əziz günü geniş tərzdə qeyd edir. Əvvəla qeyd edim ki, noyabrın 5-də böyük akt zalında Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxışında qeyd etdi ki, "Qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin ən canlı, parlaq səhifələri yazılıb".

 

Xalqımızın qürur mənbəyi olan universitetdə keçirilən tədbirlərin sayı o qədər çoxdur ki, mən yalnız onlardan bir neçəsi barədə məlumat verməyi lazım bildim. BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzi Jurnalistika fakültəsi tədris-teleradio studiyasının hazırladığı "Zəfər yolu"  verilişi sentyabrın 27-dən  noyabrın 8-nə - Zəfər Gününədək 44 gün davam etdi. Hər verilişə bir qazi dəvət olunur. Qazilər müharibənin ağır nəticələrindən, insanlara vurduğu mənəvi maddi zərbələrdən, əsgərlərin fədakarlığından, onların səbrli dözümlü olmalarından söz açır, bir sözlə, keçdikləri döyüş yoluna nəzər salırlar.

 

Jurnalistika fakültəsi tədris-teleradio studiyasının hazırladığı "Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə" sənədli filmi döyüş meydanında şəhidlik zirvəsinə ucalmış BDU-nun 19 nəfər məzununa həsr olunub. Filmin ilk baxışında mən iştirak etdim. Vətən  üçün, torpaq üçün, bizim üçün canlarından keçmiş şəhidlər, onların gülərüz çöhrələri gözüm önünə gəldi. şəhidlərə həsr olunmuş, adını unutduğum müəllifin bir şeiri yadıma düşdü:

 

Siz can verdiniz bizlər yaşayaq -

Heç haqqınızı danmaqmı olar?

Bu dərdi asan sanmaqmı olar?

Odsuz bu qədər yanmaqmı olar?

 

Bəli, üç minə yaxın şəhidlərimizi unutmağa bizim haqqımız yoxdur. Allah "Qurani-Kərim"də buyurur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər..." Şəhidlərdə Vətən torpaq sevgisi ata-ana sevgisi qədər təbiidir. Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun!

 

"Dövlətçilik şəxsiyyət" mövzusunda Respublika elmi-praktik konfrans, "Zəfər Günü" "Vətən bölünməz" adlı tədbirlər, Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitabların təqdimatı, fakültələrdə keçirilən elmi konfrans seminarlar, qazilərlə görüşlər universitetdə keçirilən tədbirlərin az bir siyahısıdır.

 

Hazırda universitetin rektoru Elçin Babayevin rəhbərliyi altında BDU-nun 2030-cu ilə qədər inkişaf konsepsiyası hazırlanır. O özü bu barədə APA-ya verdiyi müsahibədə bildirib. Rektor deyib ki, bununla bağlı İsraildən olan mütəxəssislərlə məsləhətləşmələr aparırıq. Təhsildə yeni yanaşmalara çox maraq göstəririk. Yüksək ixtisaslı, müasir dövrün tələblərinə cavab verən gənc nəsil yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Universitetdəki bütün proseslər buna xidmət edir və etməlidir.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universiteti bir əsirlik fəaliyyəti dövründə təkcə ali təhsilimizin flaqmanı, elm mərkəzi olmamış, həm də ölkənin ictimai-siyasi həyatında önəmli rol oynamış, Azərbaycanın inkişafına öz töhfəsini vermişdir.

 

 

Akif RÜSTƏMOV

BDU-nun professoru

 

525-ci qəzet.- 2021.- 18 noyabr.- S.13.